Icma.az
close
up
RU
Regional və qlobal dəyişikliklərə uyğun strategiya

Regional və qlobal dəyişikliklərə uyğun strategiya

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə başçısı cənab İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə ölkəmizin daxili və xarici siyasətinin əsas istiqamətlərini, regional və qlobal dəyişikliklərə uyğun strategiyasını aydın şəkildə nümayiş etdirdi. Ölkə rəhbərinin "Euronews" televiziyasına müsahibəsi bir daha göstərdi ki, Azərbaycan dövlət başçısının rəhbərliyi ilə uğurlu daxili və xarici siyasət həyata keçirir. Dövlət başçısının vurğuladığı məsələlər, Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil və qətiyyətli mövqeyini, milli maraqlarını qorumaq üçün həyata keçirdiyi düşünülmüş siyasəti bir daha təsdiqləyir.

Yeri gəlmişkən, Prezident İlham Əliyev müsahibəsində dünya düzənində baş verən dəyişiklikləri realist yanaşma ilə şərh edərək qeyd etdi ki, artıq mövcud dünya nizamı dəyişib. Dövlətlər yeni reallıqlara uyğunlaşmalı, daxili güclərinə əsaslanmalı və beynəlxalq hüququn selektiv tətbiqinə arxalanmamalıdırlar. Azərbaycanın bu istiqamətdə öz modelini yaratdığı və uğurla tətbiq etdiyi xüsusi qeyd edildi. Beynəlxalq təşkilatların zəifliyi və bəzi hallarda iflic vəziyyətində olması da müasir dövrdə ölkələrin ikitərəfli münasibətlərə daha çox üstünlük verməsinə səbəb olub. Azərbaycanın xarici siyasətində bu yanaşmanın aydın şəkildə öz əksini tapması Prezidentin düşünülmüş və praqmatik diplomatiyasının göstəricisidir. Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, Cənubi Qafqaz uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Lakin Azərbaycan post-münaqişə dövründə regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xüsusi önəm verir. Dövlət başçısının vurğuladığı kimi, növbəti hərbi qarşıdurmanın qarşısını almaq üçün davamlı sülh sazişi imzalanmalıdır. Bu baxımdan, Azərbaycanın strateji yanaşması özünü doğruldur. Qarabağ məsələsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll olunması Azərbaycanın prinsipial siyasətinin nəticəsidir. Ölkəmiz müharibədən sonra bərpa və quruculuq işlərinə yönəlmiş, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma layihələrinə start vermişdir. Dövlət başçısı vurğuladı ki, Azərbaycan milli maraqlarını təmin etmək üçün heç bir xarici təsisata və ya dövlətə güvənmədən, öz resurslarına əsaslanaraq siyasət yürüdür. Müstəqil siyasətin nəticəsi olaraq, ölkəmiz daxili resursları hesabına ərazi bütövlüyünü təmin edib və öz gələcəyini qurur. Azərbaycanın iqtisadi inkişafı və enerji strategiyası da bu müstəqilliyin əsas təminatçılarından biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, xarici sərmayələrin cəlb edilməsi və qeyri-neft sektorunun inkişafı ölkəmizin dayanıqlı iqtisadi artımını təmin edir. Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkdiyi əsas məqamlardan biri də qlobal geosiyasi dəyişikliklər fonunda Azərbaycanın uğurlu diplomatik fəaliyyəti oldu. Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və praqmatik yanaşma sayəsində ölkəmiz qlobal arenada nüfuzlu aktora çevrilib. Dövlət başçısı qeyd etdi ki, ABŞ-ın əvvəlki administrasiyası dövründə münasibətlərdə müəyyən çətinliklər yaşansa da, yeni siyasi reallıqlar Azərbaycanın beynəlxalq tərəfdaşlarla əlaqələrini daha da gücləndirmək üçün yeni imkanlar açır. Xüsusilə, Azərbaycan xarici siyasətində milli maraqlara əsaslanan müstəqil mövqe nümayiş etdirir və bu, ölkəmizin strateji tərəfdaşlarını artırır. Ölkəmizin müstəqil siyasəti, regional və beynəlxalq proseslərə çevik və praqmatik yanaşması, iqtisadi inkişafı və strateji diplomatiyası Azərbaycanın güclü və nüfuzlu dövlət kimi mövqeyini möhkəmləndirir.

Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycanın daxili və xarici siyasətinin uğurlu olması Prezident İlham Əliyevin uzaqgörən və prinsipial liderliyinin nəticəsidir. Dövlət başçısının qətiyyətli mövqeyi və həyata keçirdiyi islahatlar Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir, ölkəmizi regionda və dünyada etibarlı tərəfdaş kimi tanıdır.

İsmayıl Əvəzov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Suvarma Sistemlər İdarəsi ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri