Icma.az
close
up
RU
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir

Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri son illərdə Azərbaycana keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ - Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir.
Cey. Di. Vensin Azərbaycana səfəri tarixi bir səfərdir. Azərbaycanın dünyanın ən güclü ölkəsi ilə  strateji tərəfdaşlıq xartiyasının imzalanması Azərbaycanın iqtisadiyyatının inkişafı, texnoloji inkişafı, süni intellekt üzrə əməkdaşlıqda inkişafı, müdafiə və təhlükəsizlik  nöqteyi-nəzərindən Azərbaycanın müəyyən mənada qlobal səviyyədə bir təhlükəsizliyidir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasiminin heyyətlərin altı ay ərzində gördüyü şox gərgin işin təzahürü olduğunu söylədi. Qeyd etdi ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və strateji tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır: “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz həmçinin Prezident Trampa, Vitse - prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri höhfəyə görə çox minnətdarıq. 
Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik.”
Azərbaycan bəlkə də yeganə ölkədir ki, ABŞ-ın özünə rəqib saydığı  Cinlə strateji tərəfdaşlıq sənədi imzaladı, eyni zamanda Çinin rəqibi olan Amerika ilə strateji xartiya imzalayır. Bu Azərbaycanın müstəqil, siyasi iradəsini göstərir. Azərbaycan bir dövlətlə münasibəti digər dövlətlərlə münasibətdən asılı vəziyyətdə qoymur. Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini, azadlığını, müstəqilliyini, prinsipiallığını görür və eyni zamanda qiymətləndirir. Bu sənədin imzalanması Azərbaycana bir təhlükəsizlik, inkişaf gətirməklə bərabər Azərbaycanın regionda yeganə sabitləşdirici güc olduğunu təsdiq edir.
Onu da qeyd edək ki, Azərbaycan bu gün Şərqlə Qərbi, o cümlədən Şimalla Cənubu birləşdirən yeganə körpüdür. 
Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir.
Bu müddətdə Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətlər qaldırılıb, o cümlədən Azərbaycan Ermənistana neft məhsullarının təchizatına başlayıb. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp - Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti baxımından tarixidir.
Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir.
Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir.” 
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Onlar 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.
Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətindədirlər. 
Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri