Icma.az
close
up
RU
Regionda yeni müttəfiqlik oyunu Azərbaycan və Ermənistan necə təsirlənəcək?

Regionda yeni müttəfiqlik oyunu Azərbaycan və Ermənistan necə təsirlənəcək?

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər Türkiyə və ABŞ arasında müəyyən yaxınlaşma müşahidə olunur. Bunun Cənubi Qafqaz regionunda, xüsusilə Azərbaycan-Ermənistan münasibətləri kontekstində mühüm geosiyasi təsirlər yaradacağı ilə bağlı fikirlər sələndirilir. Görünür, NATO müttəfiqi olan bu iki ölkə regional təhlükəsizlik və siyasi sabitlik məsələlərində mövqelərini uzlaşdırmağa başlayıb. Vaşinqton-Ankara əməkdaşlığının regionda sabitlik və əməkdaşlıq imkanlarına necə təsir göstərəcəyi isə aktuallığını qoruyan əsas suallardandır.

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, ABŞ və Türkiyə strateji müttəfiqdirlər və hər iki ölkə NATO blokunda təmsil olunur:

“Bu müttəfiqliyə baxmayaraq, zaman-zaman tərəflər arasında gərginliklər yaşanır. Son 15 ildə bu daha qabarıq şəkildə özünü büruzə verib. Bunun iki əsas səbəbi var. Birincisi, Türkiyənin regional gücə çevrilməsi və müstəqil siyasət yürütməsidir. İkincisi isə rəsmi Ankaranın hərbi-sənaye kompleksini inkişaf etdirməsi və Rusiyadan “S-400” sistemləri almasıdır.

Digər əsas problem isə ABŞ-ın bu və ya digər formada Türkiyənin daxili işlərinə müdaxilə etməsi, Yaxın və Orta Şərqdə PKK-YPG-ni dəstəkləməklə Türkiyənin təhlükəsizliyinə təhdid yaratmasıdır. Bu amillər tərəflər arasında soyuqlaşmanın yaranmasına səbəb olub.
Keçən ilin mart ayında ABŞ-ın sabiq dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan danışıqlarda əldə olunan razılaşma olduqca maraqlı idi. Razılaşmaya əsasən, tərəflər Yaxın Şərq, Orta Şərq, Güney Qafqaz və Orta Asiyada siyasətlərini koordinasiya edəcəklərini bildirdilər. Bu kifayət qədər ciddi məsələdir”.

Oqtay Qasımov

Politoloqun sözlərinə görə, “S-400” sistemlərinin alınması ilə bağlı ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar, rəsmi Ankaranın “F-35” layihəsindən kənarlaşdırılması və “F-16” təyyarələrinin verilməsindəki süründürməçilik tərəflər arasında yaranmış gərginliklərlə əlaqəlidir:
“Keçən il əldə olunmuş razılaşma bu gün də yeni ABŞ administrasiyası ilə davam etdirilir. Donald Tramp bir neçə dəfə Türkiyə və lideri Rəcəb Tayyib Ərdoğan haqqında müsbət fikirlər səsləndirib. Yeni hakimiyyətlə Türkiyə münasibətlərinin daha da güclənməsi gözlənilir.

Bu yaxınlaşma baş verərsə, Yaxın və Orta Şərq, eləcə də Güney Qafqazdakı proseslərə müsbət təsiri olacaq. Beləliklə, Türkiyənin Azərbaycan-Ermənistan normallaşma prosesinə təsir imkanları da artmış olacaq. Ankara Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında maraqlı güclərdən biridir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Aprel 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri