Icma.az
close
up
RU
Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilib

Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü əlaqədar Gəncə və Naxçıvan şəhərlərində, Bərdə, Oğuz, Quba, Ağdaş rayonlarında maarifləndirmə tədbirləri keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər Beynəlxalq Əmək Təşkilatının (BƏT) 155 nömrəli “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” Konvensiyasının tələbinə uyğun olaraq və “Əmək və Məşğulluq” altsistemi üzərindən təhlillər aparılmaqla, işçi sayı çox olan, ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerləri olan müəssisələr üzrə işəgötürənlərinin iştirakı ilə keçirilib.

400-dən çox işəgötürənin nümayəndələri ilə yanaşı, sosial tərəfdaşlar və digər qurumlarının nümayəndələrinin, hüquq-mühafizə orqanları əməkdaşların da iştirak etdiyi tədbirlərdə qeyd olunub ki, BƏT tərəfindən 2003-cü ildən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü kimi elan edilib.

Əməyin mühafizəsi ölkəmizdə dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. BƏT-in əməyin mühafizəsi ilə bağlı Konvensiyaları da ölkəmiz tərəfindən ratifikasiya edilib və əməyin mühafizəsi sahəsində dolğun milli qanunvericilik bazası yaradılaraq daim təkmilləşdirilir.

Ümumilikdə BƏT-in 59 Konvensiya və 1 protokolunu ratifikasiya edən Azərbaycan MDB ölkələri arasında ən çox BƏT standartlarını qəbul etmiş ölkələrdən biridir. BƏT-in digər konvensiyalarının ratifikasiya imkanlarının araşdırılması prosesi davam etdirilir.

Tədbirlərdə əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübəyə əsasən aparılmış təhlillər, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklər, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyəti, habelə əməyin mühafizəsi üzrə yeni qəbul edilmiş standartlar ilə bağlı ətraflı məlumatlar verilib. Həmçinin iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, səsləndirilən təkliflər əsasında müzakirələr aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri