Icma.az
close
up
RU
Regionlarda gənclərin iştirakı ilə Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib

Regionlarda gənclərin iştirakı ilə Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 may, AZƏRTAC

Azərbaycan xalqının müstəqillik əldə edərək Şərqdə ilk demokratik və hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini qurmasının 107-ci ildönümü region gəncləri tərəfindən bu il də böyük təntənə ilə qeyd olunub.

Gənclərin İnkişaf və Karyera Mərkəzindən (GİKM) AZƏRTAC-a verilən məlumata görə, 28 May - Müstəqillik Günü münasibətilə təşkilatın 11 regional nümayəndəliyi və 44 bölməsi regionlarda silsilə tədbirlər keçirib.

Region gəncləri əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin şəhər və rayon mərkəzlərindəki abidələrini ziyarət edərək önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər. Gənclər regionlardakı Bayraq muzeylərinə, eyni zamanda, Cümhuriyyət muzeyinə təşkil olunan ekskursiyalarda iştirak ediblər. Həmçinin regionlarda 28 May–Müstəqillik Günü ilə əlaqədar tarixçilərin və dövlət rəsmilərinin iştirakı ilə dəyirmi masa və görüşlər keçirilib. İştirakçılar müstəqilliyimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında gənclərin rolunun vacibliyindən söhbət açıblar. Eyni zamanda, gənclər “Son iclas”, “Tarixin izi ilə” filmlərini izləyərək tariximizlə daha yaxından tanış olublar.

Əlamətdar gün münasibətilə region gəncləri arasında intellektual yarışlar, şeir müsabiqəsi və veloyürüşlər də təşkil edilib.

Qeyd edək ki, tədbirlərin əsas məqsədi gənclər arasında müstəqillik tariximizə dair biliklərin artırılması, gənclərdə vətənpərvərlik ruhunun və milli dəyərlərə bağlılığın gücləndirilməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri