Icma.az
close
up
RU
Regionlarda rəqəmsal əsaslar yaradılır

Regionlarda rəqəmsal əsaslar yaradılır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev rəqəmsallaşmanı iqtisadi modernləşmə, milli təhlükəsizlik və sosial rifahın təmin edilməsinin əsas sütunlarından biri kimi diqqətdə saxlanıldığını bildirərək, bununla Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olduğunu vurğulayıb. Dövlət başçısı, eyni zamanda, müasir dövrdə dövlətlərin gücünün tək təbii resurslarla deyil, həm də məlumatın idarə olunması, innovasiya qabiliyyəti və texnoloji çevikliklə, eləcə də rəqəmsal infrastrukturun gücləndirilməsi ilə müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Respublikamızın rəqabət qabiliyyətli dövlətə çevrilməsi üçün rəqəmsal infrastrukturun gücləndirilməsinin əsas şərt olması fikri də ölkə rəhbərinin məhz yuxarıda xatırladılan fikirlərindən qaynaqlanır. Bu yanaşma isə enerji resurslarına əsaslanan iqtisadi modeldən bilik və texnologiyaya istiqamətlənən iqtisadiyyata keçidin sürətləndirilməsində mühüm amil kimi qiymətləndirilir.

Bu gün rəqəmsallaşma artıq alternativ deyil, strateji zərurətdir. Bu siyasət iqtisadi şaxələndirməni sürətləndirir, respublikanın beynəlxalq rəqabət qabiliyyətini gücləndirir, vətəndaş məmnuniyyətini yüksəldir və milli təhlükəsizlik sistemini möhkəmləndirir. Beləliklə, Azərbaycanın yeni rəqəmsal arxitekturası texnoloji yenilik olmaqla yanaşı, ölkənin uzunmüddətli inkişaf fəlsəfəsini müəyyənləşdirən strateji kurs kimi formalaşır. Bu kurs dövlətin modernləşmə siyasətinin əsas dayaqlarından biri olaraq Azərbaycanın qlobal rəqəmsal transformasiya prosesində layiqli mövqe tutmaq iradəsini nümayiş etdirir.

Sabaha açılan “ağıllı qapı”

Prezident İlham Əliyevin siyasətində azad olunmuş ərazilərin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulması mühüm yer tutur. Buna görə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunan innovativ həllər Azərbaycanın gələcək inkişaf modelinin praktik platforması kimi çıxış edir. Burada reallaşdırılan rəqəmsal idarəetmə sistemləri, “yaşıl enerji” texnologiyaları və “ağıllı infrastruktur” layihələri ölkənin ümumi modernləşmə strategiyasının tərkib hissəsidir. Belə bir yanaşma həm davamlı inkişaf prinsiplərinə, həm də yüksək texnoloji transformasiya məqsədlərinə uyğun şəkildə həyata keçirilir.

Azərbaycanın regionlarında müasir texnologiyaların tətbiq olunması ölkənin sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyası, rəqəmsal transformasiya və elektron xidmətlərin genişləndirilməsi paytaxtla yanaşı, bölgələrdə də həyat keyfiyyətinin artırılmasına xidmət edir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulmasında müasir texnologiyaların tətbiq olunması qarşıya mühüm vəzifə kimi qoyulub. Zəngilan rayonunun Ağalı yaşayış sahəsində həyata keçirilən “ağıllı kənd” layihəsi bu istiqamətdə xüsusi yer alıb. Azərbaycanın ilk “ağıllı kənd”i olan bu ərazidə bütün idarəetmə prosesləri rəqəmsallaşdırılıb. Kənddə yaşayış evləri “ağıllı ev” sistemləri ilə təchiz olunub, alternativ enerji mənbələrindən istifadəyə geniş yer verilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusilə Füzuli və Laçın şəhərlərində həyata keçirilən bərpa və yenidənqurma işlərinin əsas təməl yanaşmalarından biri isə “Yaşıl enerji zonası” konsepsiyasıdır. Bu yanaşma həmin bölgələri təkcə yaşayış məntəqəsi kimi deyil, həm də gələcəyin ekoloji cəhətdən təmiz, dayanıqlı və innovativ smart-şəhərləri kimi formalaşdırır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının timsalında bu konsepsiyanın tətbiqi barədə danışarkən, ilk növbədə, onu xatırlatmaq istərdik ki, bu coğrafiya zəngin bərpaolunan enerji potensialına malikdir. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində gerçəkləşdirilən “yaşıl enerji” layihələri – günəş, külək və kiçik su elektrik stansiyaları bunun bariz ifadəsidir. Bu layihələrin reallaşdırılması ilə şəhərlərin ənənəvi enerji mənbələrindən asılılığı azalır, enerji təhlükəsizliyi və dayanıqlılığı təmin edilir.

Bundan başqa, Füzuli və Laçında inşa edilən yaşayış binaları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər müasir enerji səmərəliliyi standartlarına (istiölçən materiallar, “ağıllı istilik” və ventilyasiya sistemləri) uyğun tikilib. “Ağıllı şəbəkə”lər (“Smart Grid”) layihəsinin icrası zamanı enerjinin paylanması və istehlakının idarə olunmasında “ağıllı texnologiya”lardan istifadə edilib ki, bununla da israfın qarşısı alınıb və itkilər minimuma endirilib.

Hazırda Füzulinin geniş düzənlik ərazilərində günəş enerjisindən istifadə və yaşıl meşə zolaqlarının salınması, eləcə də kənd təsərrüfatında enerji səmərəliliyi ön plandadır. Zəngin meşələrə, çaylara və dağlıq landşafta malik olan Laçında ekoturizmin inkişafı, su ehtiyatlarından səmərəli istifadə və dağ-külək enerjisinin tətbiqi xüsusi əhəmiyyət daşıyır.

Füzuli və Laçın şəhərlərində “yaşıl enerji” zonasının tətbiqi sadəcə bərpa prosesi deyil, eyni zamanda, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf və “yaşıl böyümə” prioritetlərinin, eləcə də qlobal iqlim dəyişiklikləri ilə mübarizə öhdəliklərinin (Paris Sazişi) əyani şəkildə həyata keçirilməsidir. Bu layihələr azad edilmiş torpaqlarımızı dünyanın ekoloji cəhətdən ən təmiz və qabaqcıl regionlarından birinə çevirir.

Bölgələrdə ekoloji nəqliyyat vasitələrinin fəaliyyətinə də geniş meydan açılır. Şəhərdaxili nəqliyyat sistemində elektrik avtomobillərinə və velosiped yollarına üstünlük verilir. Şarj stansiyalarının quraşdırılması planlaşdırılır. Regionlarda tullantıların idarə olunması yanaşması da diqqətdə saxlanılır. Bu, təsadüfi deyil. Çünki “yaşıl enerji” konsepsiyası ilə təkcə enerji istehsalı nəzərdə tutulmur, həm də tullantıların təkrar emalı, “sıfır tullantı” prinsipi ilə ekosistemin qorunması gerçəkləşdirilir.

Regionlarda müasir texnologiyaların tətbiqindən söz düşmüşkən, aqrar sektorda bu istiqamətdə genişmiqyaslı layihələrin həyata keçirilməsi xüsusi diqqət çəkir. Bununla bağlı, ilk növbədə, onu xatırladaq ki, Azərbaycan iqtisadiyyatının ənənəvi sahələrindən biri olan kənd təsərrüfatı bölgələrdə sürətlə modernləşdirilir. Məsələn, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tədbiqi xüsusi diqqətdə saxlanılır. Fermerlərə subsidiya, kredit və digər dövlət dəstəkləri tam rəqəmsal qaydada, bürokratik əngəlsiz göstərilir.

Qabaqcıl fermer təsərrüfatlarında artıq peyk monitorinqi və dronlar vasitəsilə sahələrin izlənilməsi həyata keçirilir. Başqa sözlə, aqrar sektorda sahələrin peyk təsvirləri əsasında monitorinqi müəyyən məsafədən müşahidə texnologiyaları və coğrafi informasiya sistemləri (CİS) vasitəsilə gerçəkləşdirilir. Azərbaycan Respublikasının Kosmik Agentliyinin Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışovun sözlərinə görə, bu prosesdə yüksək ayırdetmə qabiliyyətinə malik peyk təsvirləri, optik və radar məlumatlarının təhlili, eləcə də müxtəlif vegetasiya indekslərindən geniş istifadə olunur. Bu texnologiyalar fermerlərə vegetasiya dövrü ərzində əkin sahələrinin vəziyyətini operativ şəkildə izləmək imkanı yaradır.

Bölgələrdə ASAN xidmət

Yuxarıda vurğulananlarla yanaşı, “ASAN xidmət” mərkəzlərinin son illər regionlarda fəaliyyətə başlaması ilə elektronlaşdırma sürətlənib, bununla da vətəndaşların vaxtına qənaət etmək, şəffaflığı gerçəkləşdirmək imkanı yaradılıb. Yeri gəlmişkən, bu günlərdə “ASAN xidmət”də 100 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan və vətəndaş məmnunluğu, şəffaflıq, operativlik və innovativ yanaşma prinsipləri əsasında fəaliyyət göstərən 28 “ASAN xidmət”də, ümumilikdə, 400-ə yaxın xidmət təqdim olunur. Bu model beynəlxalq səviyyədə də yüksək səviyyədə qiymətləndirilir və indiyədək 35-dən çox ölkəyə ixrac edilərək dövlət xidmətlərinin təşkili sahəsində Azərbaycanın uğurlu təcrübəsi kimi paylaşılır.

Bütün bunlar deməyə əsas verir ki, “ASAN xidmət” modeli ilə vətəndaş-dövlət münasibətlərində yeni keyfiyyət mərhələsinə keçid reallaşıb. Bu mərhələdə isə məqsəd dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması, kağız dövriyyəsinin minimuma endirilməsi və vətəndaşın dövlət qurumları ilə təmasının maksimum sadələşdirilməsidir. Belə bir şərait isə həm vaxt itkisini azaldır, həm də sosial ədalətin təmininə xidmət edir. Rəqəmsal idarəetmə modeli olaraq “ASAN xidmət” dövlətin daha çevik və nəticəyönümlü fəaliyyət göstərməsinə imkan verir.

Hazırda bölgələrdə insan kapitalının inkişafı üçün texnologiyanın əsas vasitəyə çevrilməsinə xüsusi diqqət yetirilir. Məsələn, respublika üzrə ümumtəhsil məktəblərinin genişzolaqlı internetə çıxışı getdikcə asanlaşır. Region məktəblərində “STEAM Azərbaycan” layihəsi uğurla həyata keçirilir, şagirdlərə robototexnika, 3D modelləşdirmə və proqramlaşdırma əsasları öyrədilir.

Eyni zamanda, bu yanaşma ilə məktəblilərin analitik düşüncəsi, bacarıqları və yaradıcı potensialı inkişaf etdirilir. Bu təşəbbüslə həm də yerli şagirdlərin müasir texnologiyalar və innovativ mühəndislik sahələrinə yiyələnmələri gerçəkləşdirilir. “STEAM Azərbaycan” layihəsi ölkənin fərqli regionlarında regional mərkəzlər və məktəblərarası qeydiyyat proqramları vasitəsilə həyata keçirilir.

Bundan başqa, rayon mərkəzi xəstəxanalarının elektronlaşdırılması və teletibb xidmətlərinin genişləndirilməsi sayəsində kənd yerlərində yaşayan hər bir vətəndaş paytaxtın aparıcı həkimləri ilə onlayn məsləhətlər ala bilir. Regionlarda əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində də mühüm addımlar atılır. Məsələn, smart sayğacların tətbiqi diqqətdə saxlanılır. Qaz, su və elektrik enerjisi sayğaclarının kartlı və ya distansiyadan oxunan “smart” sistemlərlə əvəzlənməsi prosesinə mühüm önəm verilir.

Yeni çağırışlar, gələcək hədəflər

Azərbaycanın regionlarında müasir texnologiyaların tətbiqinin gerçəkləşdirilməsi, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi qeyri-neft sektorunun prioritet istiqaməti kimi müəyyənləşdirilib. Bu, eyni zamanda, artıq respublikanın iqtisadi şaxələndirmə siyasətinin mühüm tərkib hissəsinə çevrilib. İnnovativ startapların dəstəklənməsi, texnoparkların və innovasiya mərkəzlərinin genişləndirilməsi, informasiya texnologiyası üzrə yerli mütəxəssislərin hazırlanması və beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlığın gücləndirilməsi ölkənin rəqəmsal transformasiyasını sürətləndirəcək əsas amillər kimi diqqətdə saxlanılıb.

Regionlarda rəqəmsal sahibkarlığın təşviqi yeni iş yerlərinin yaradılmasına, yüksək əlavə dəyərli məhsul və xidmətlərin ixracına şərait yaradır. Azərbaycan regional rəqəmsal mərkəzə çevrilmək ambisiyasını reallaşdırmaq üçün institusional və infrastruktur bazasını möhkəmləndirir. Rəqəmsal transformasiya ilə paralel olaraq kibertəhlükəsizliyin gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır.

Bölgələrdə dövlət informasiya resurslarının qorunması, milli məlumat bazalarının təhlükəsizliyi və zəruri infrastrukturun müdafiəsi müasir təhlükəsizlik konsepsiyasının ayrılmaz hissəsi olaraq diqqət çəkir. Bu istiqamətdə yerli mütəxəssislərin hazırlanması və beynəlxalq standartlara uyğun müdafiə mexanizmlərinin qurulması da xüsusi əhəmiyyət kəsb edir.

Lakin bütün bu müsbət tendensiyalarla yanaşı, regionlarda texnoloji inkişafı ləngidən bir sıra çətinliklər də mövcuddur. Məsələn, bəzi dağlıq və ucqar kəndlərdə yüksəksürətli internetə çıxış hələ də məhduddur. Bundan başqa, xüsusilə yaşlı nəsil arasında rəqəmsal xidmətlərdən istifadə bacarıqlarının artırılmasına ciddi zəruri ehtiyac var.

Beləliklə, ölkə regionlarında müasir texnologiyaların tətbiqi respublikanın iqtisadi potensialını gücləndirir, bölgələrin cəlbediciliyini artırır və mərkəzlə regionlar arasındakı rəqəmsal fərqi aradan qaldırır. Qarşıdakı illərdə 5G (beşinci nəsil mobil rabitə) şəbəkəsinin regionlara inteqrasiyası və süni intellekt həlləri tətbiqinin sürətləndirilməsi bu sahədə yeni mərhələnin başlanğıcı olacağını deməyə əsas verir.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyul 2026 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see310

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see275

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see271

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see270

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see263

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see260

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see253

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see253

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see248

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see238

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see233

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see224

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see221

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see216

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see216

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see215

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see204

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see204

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see204

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri