Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Regionlarımızın iqtisadi tərəqqisi...

Regionlarımızın iqtisadi tərəqqisi...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Respublikanın ümumi inkişaf göstəricilərinə təsir edən mühüm faktordur

Regionların inkişafı hər bir ölkənin sosial-iqtisadi tərəqqisinin təmin edilməsi, vətəndaşların həyat keyfiyyətinin yaxşılaşdırılması və qlobal səviyyədə rəqabət qabiliyyətinin artırılması üçün əsas amillərdən biri hesab edilir.  Azərbaycanın iqtisadi siyasətinin ön komponenti olmaqla yanaşı, regionların inkişafı həm də yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflər üçün inkişaf meyarıdır. 2004-cü ildən başlayaraq bir neçə mərhələdə həyata keçirilən təsirli və kompleks tədbirlərin icrasının mövcud tendensiyası, qazanılmış misilsiz nailiyyətlər tam əsasla bir real tezisi meydana çıxarır: XXI yüzillikdə Azərbaycan iqtisadi, sosial, siyasi, ictimai, humanitar, elmi-mədəni cəhətdən əsaslı dönüşə və yüksək indikatorlara nail olan, iqtisadiyyatını bir neçə dəfə inkişaf etdirməklə dünya üzrə ən proqressiv meyarlara malik olan tam modernləşən dövlətə çevrilib.

Aparılan siyasət respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.

Ölkə iqtisadiyyatında 3,4 dəfə artım...

Mövzu barədə “Yeni Azərbaycan”a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, sosial-iqtisadi inkişaf konsepsiyası olmadan regionların iqtisadi inkişafı məsələlərini tənzimləmək mümkünsüzdür: “Məhz bu reallıqdan çıxış edərək ölkə başçısı 2003-cü ildən başlayaraq Azərbaycanın yeni iqtisadi siyasət strategiyasını həyata keçirməyə başladı. İndiyədək dövlət proqramları konsepsiyasında həyata keçirilən siyasətin əsas istiqaməti regionların sosial-iqtisadi inkişafına şərait yaradılması və təşviqinin başlıca istiqamət kimi müəyyənləşdirilməsidir.

Bu siyasət tezliklə öz bəhrəsini verdi. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət aldı, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açıldı, əhalinin məşğulluq səviyyəsi yüksəldi. Ötən illərdə bölgələrdə kənd təsərrüfatı sahələri inkişafında yeni mərhələyə qədəm qoydu. Məhz Prezidentin rəhbərliyi ilə həyata keçirilən bu proqramlar nəticəsində 20 ildən çox müddətdə mühüm iqtisadi nailiyyətlər qazanıldı - ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artdı”.

Regionların inkişafı siyasətimizin prioritet istiqamətidir

F.İbrahimov qeyd edib ki, bölgələrimizdə rəqabətqabiliyyətli məhsul istehsalında mühüm rol oynayan aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin inkişafına, emal sənayesinin az xərclə yüksək keyfiyyətli xammal ilə davamlı təminatına, ərzaq bolluğunun yaradılmasına diqqət yetirilir: “Dövlətin qayğısı sayəsində süd emalı zavodlarının fəaliyyəti genişləndi, yeni istehsal sahələri yaradıldı, əhali keyfiyyətli məhsullarla təmin edildi. Regionlarda və ölkə daxilində yeni iş yerlərinin yaradılması sayəsində insanların məşğulluğu, xüsusilə biznes və sahibkarlıq mühitinin formalaşması və inkişafı, eləcə də bu istiqamətdə həyata keçirilən digər tədbirlər bütövlükdə Azərbaycan iqtisadiyyatının fasiləsiz, dinamik və dayanıqlı böyüməsini təsdiqləyir.

Əlbəttə, Prezident İlham Əliyev respublikamızın bütün regionlarının hərtərəfli tərəqqisini xüsusi diqqət mərkəzində saxlayır və bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirir. Ölkə başçısı qarşıya qoyduğu vəzifələrin icrasına şəxsən nəzarət edir, regionların inkişaf konsepsiyasının həyata keçirilməsinin vəziyyəti haqqında hökumətin rüblük, yarımillik və illik xüsusi iclaslarını keçirir. Bu, bir daha təsdiq edir ki, regionların inkişafı dövlət siyasətinin prioritet istiqamətidir. Dövlət başçısı hər dəfə bölgələrə səfər edərkən iqtisadiyyatın müxtəlif sahələrinin dinamik və məhsuldar işləməsi üçün nəzərdə tutulmuş yeni müəssisələr açır, onların fəaliyyətini yoxlayır, rayonların sosial-iqtisadi vəziyyəti ilə yerindəcə tanış olur, müvafiq tapşırıqlar verir”.

Heç bir layihə təxirə salınmır...

F.İbrahimovun sözlərinə görə, Prezidentin hər bir regionumuza səfərləri, görülən işlərlə tanış olması vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəlib: “İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri aparmasına baxmayaraq, digər regionlarımız da diqqət mərkəzində saxlanılır. Regionlarda böyük infrastruktur layihələri həyata keçirilir, yollar, sosial obyektlər tikilir. Heç bir layihə təxirə salınmır. Bütün bunlar bir daha onu göstərir ki, dövlət başçısının siyasətinin diqqət mərkəzində vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması dayanır”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Fevral 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri