Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Regionun enerji paytaxtı

Regionun enerji paytaxtı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı yeni geosiyasi mərhələnin mərkəzində

Bakı Konqres Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası geniş geosiyasi və geoiqtisadi məzmun daşıyan strateji hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi toplantıya 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və 49 enerji şirkətinin qatılması Bakının qlobal enerji diplomatiyası platformasına çevrildiyini göstərir.

Cənub Qaz Dəhlizi Avropanın geosiyasi təhlükəsizlik arxitekturasının tərkib hissəsinə çevrilib. Onun mahiyyəti enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsi vasitəsilə strateji asılılıqların azaldılmasından ibarətdir. Son illər Avropanın enerji bazarlarında baş verən qiymət şokları, təchizat riskləri və siyasi gərginliklər göstərdi ki, enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsidir. Məhz bu reallıq fonunda Azərbaycan qazı alternativ və etibarlı mənbə kimi ön plana çıxdı. Avropa İttifaqının (Aİ) enerji siyasətində son dövrlər qəbul etdiyi qərarlar və Azərbaycanla imzalanmış strateji sənədlər göstərir ki, Bakı Avropanın enerji xəritəsində struktur əhəmiyyətli tərəfdaşdır.

Prezident İlham Əliyevin Məşvərət Şurasındakı çıxışında ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasına xüsusi yer ayırması iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Əgər əvvəlki dövrlərdə əməkdaşlığın əsas lokomotivi enerji sektoru idisə, hazırkı mərhələdə tərəfdaşlıq daha geniş – texnoloji, nəqliyyat-logistika, rəqəmsal transformasiya və təhlükəsizlik komponentlərini əhatə edən kompleks çərçivəyə malikdir. Süni intellekt, enerji və bağlılıq kimi istiqamətlərin bir sənəddə birləşdirilməsi müasir geosiyasətin prioritetlərini əks etdirir.

ABŞ ilə strateji tərəfdaşlıq, ilk növbədə, siyasi çəkidə artım deməkdir. Qlobal güc mərkəzi ilə institusional səviyyədə təsbit olunmuş əməkdaşlıq Azərbaycanın beynəlxalq manevr imkanlarını genişləndirir. ABŞ şirkətlərinin və maliyyə institutlarının iştirakı layihələrin risk profilini aşağı salır və onların uzunmüddətli dayanıqlığını artırır.

Eyni zamanda, bu tərəfdaşlıq təhlükəsizlik aspektinə də malikdir. Enerji infrastrukturu, rəqəmsal sistemlər və nəqliyyat marşrutları müasir dövrdə hibrid təhdidlərə açıq sahələrdir. Qeyd edilməlidir ki, ABŞ ilə əməkdaşlıq bu sahələrdə standartların yüksəldilməsi və texnoloji qoruma mexanizmlərinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycan bu prosesi balanslaşdırılmış xarici siyasət kursu çərçivəsində aparır. ABŞ ilə strateji əməkdaşlığın dərinləşdirilməsi digər tərəfdaşlarla münasibətlərin zəiflədilməsi anlamına gəlmir. Azərbaycan müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq quraraq öz suveren qərarvermə imkanlarını qoruyur.

* * *

Dövlətimizin başçısının çıxışında işğaldan azad edilmiş ərazilərdə hidroelektrik stansiyalara yatırılan sərmayələrin xüsusi vurğulaması strateji məntiqə əsaslanır. İqtisadi aspektdən yanaşdıqda, Qarabağ və Şərqi Zəngəzur zəngin su və alternativ enerji potensialına malikdir. Kiçik və orta güclü hidroelektrik stansiyaların qurulması regionun enerji təminatını yerli mənbələr hesabına formalaşdırmağa imkan verir. Bütün bunlar isə iki strateji nəticə yaradır: birincisi, daxili enerji balansında optimallaşma; ikincisi isə ölkə üzrə ümumi ixrac imkanlarının genişlənməsi. Başqa sözlə, azad edilmiş ərazilərdə istehsal olunan “yaşıl enerji” digər bölgələrdə qaz sərfiyyatını azaldaraq ixraca əlavə resurs yaradır.

Digər tərəfdən, siyasi aspekt daha dərin məzmun daşıyır. Enerji infrastrukturu dövlət suverenliyinin praktik alətidir. Elektrik şəbəkələrinin qurulması, istehsal və paylama sistemlərinin mərkəzi idarəetməyə inteqrasiyası ərazilərdə real və davamlı dövlət mövcudluğunu möhkəmləndirir. İnfrastrukturun qurulması, faktiki olaraq, siyasi nəzarətin institusional əsasını formalaşdırır. Eyni zamanda, yaşıl enerji layihələri beynəlxalq investorlar üçün mühüm siqnaldır. Postmünaqişə zonasında risklərin minimuma endirilməsi, müasir standartlara uyğun layihələrin icrası və beynəlxalq tərəfdaşların cəlb olunması göstərir ki, Azərbaycan bu əraziləri uzunmüddətli iqtisadi dövriyyəyə daxil etmək niyyətindədir. İnvestor üçün əsas meyar, təbii ki, proqnozlaşdırıla bilənlik və institusional sabitlikdir.

Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının uzun illər üçün kifayət etməsinə baxmayaraq, milyardlarla dolların “yaşıl enerji”yə yatırılması strateji uzaqgörənliyin göstəricisidir. Gələcəkdə Avropa bazarında “yaşıl enerji” və “yaşıl hidrogen” tələbatının artacağı nəzərə alınarsa, indidən yaradılan infrastruktur Azərbaycanın rəqabət qabiliyyətini qoruyacaq. Digər mühüm aspekt daxili istehlakın optimallaşdırılmasıdır. Əgər ölkə daxilində elektrik enerjisinin istehsalında bərpaolunan mənbələrin payı artırsa, təbii qazın böyük hissəsi ixraca yönəldilə bilər.

Qlobal iqlim gündəliyinə konstruktiv inteqrasiya məsələsi də diqqətəlayiqdir. Azərbaycan beynəlxalq iqlim mexanizmlərində iştirak etməklə və konkret layihələr reallaşdırmaqla məsuliyyətli enerji istehsalçısı imicini möhkəmləndirir.

Prezidentin Xəzər dənizinin səviyyəsinin azalmasına diqqət çəkməsi enerji siyasətinin ekoloji reallıqlarla uzlaşdırıldığını göstərir. İqlim dəyişiklikləri konkret regional təsirlərlə müşahidə olunan prosesdir. Həmçinin qeyd etməliyik ki, dəniz səviyyəsinin azalması liman infrastrukturuna, dəniz nəqliyyatına, xüsusilə Orta Dəhliz çərçivəsində artan yükdaşımalarına təsir göstərə bilər. Xəzər amili həm də regional əməkdaşlıq məsələsini gündəmə gətirir. Çünki dənizin səviyyəsinin dəyişməsi sahilyanı bütün dövlətləri əhatə edən ortaq çağırışdır.

Toplantı bir daha göstərdi ki, Azərbaycan enerji dialoqunun təşəbbüskarı, gündəmi formalaşdıran və müxtəlif maraqları uzlaşdıran aktora çevrilib. Əgər əvvəlki mərhələdə Azərbaycan enerji xəritəsində mühüm tranzit və təchizat ölkəsi kimi tanınırdısa, hazırkı mərhələdə enerji diplomatiyasının institusional platformasını yaradan mərkəz funksiyasını icra edir.

Ümumilikdə, Bakı platformasının strateji əhəmiyyəti bir neçə ölçüdə qiymətləndirilməlidir. Birincisi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun möhkəmlənməsi məsələsidir. Avropa üçün etibarlı və proqnozlaşdırıla bilən tərəfdaş statusu siyasi sabitlik və öhdəliklərin icrası ilə ölçülür. Məhz bu kontekstdə Bakı platforması qarşılıqlı etimadın institusional təminatına çevrilir.

İkincisi, ABŞ və digər Qərb institutları ilə strateji əməkdaşlığın dərinləşməsi faktorudur. Enerji sahəsində dialoq artıq maliyyə institutlarını, texnoloji şirkətləri və beynəlxalq təşkilatları bir masa ətrafında toplayır. Bunlar isə Azərbaycanın enerji layihələrini qlobal iqtisadi sistemə daha sıx inteqrasiya edir və riskləri bölüşdürülmüş beynəlxalq mexanizmlərlə balanslaşdırır.

Üçüncüsü, yaşıl enerji və dayanıqlı inkişaf modelinə keçidin institusional əsaslarının formalaşmasıdır. Enerji transformasiyası normativ baza, maliyyə alətləri və texnoloji tərəfdaşlıq tələb edir. Bakı bu müzakirələr üçün platforma rolunu oynamaqla gələcək enerji arxitekturasının formalaşmasında iştirakını təmin edir.

Son olaraq qeyd edək ki, Bakı geniş Avrasiya məkanında enerji-strateji qovşaq kimi çıxış etmək iddiasını praktik addımlarla əsaslandırır. Enerji diplomatiyası Azərbaycanın xarici siyasətinin əsas dayaqlarından biridir və rəsmi Bakı bu reallığı ardıcıl şəkildə institusionallaşdırır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Mart 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri