Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Bakı regionun enerji nəqliyyat xəritəsini müəyyənləşdirir

Bakı regionun enerji nəqliyyat xəritəsini müəyyənləşdirir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bildirib ki, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkə olsa da, Mərkəzi Asiya ilə müxtəlif logistika-kommunikasiya xətləri ilə bağlantıları var. Xəzər dənizi bu bölgə ilə Azərbaycanı ayırsa da, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən möhkəm körpülər qurulub. Orta Dəhliz bu coğrafiyaları sıx birləşdirməklə, həm də bütün tərəfdaşların öz nəqliyyat infrastrukturlarını, tranzit xətlərini yeniləşdirmək, müasir kommunikasiya xidmətləri qurmaq üçün də tələbatlar yaradıb. Nəticədə, ötən əsrin ortalarında qurulmuş köhnə logistika və nəqliyyat qovşaqları yenidən qurularaq ən modern xidmət səviyyəsini təmin etməyə imkan verir və həyata keçirilən daşınmaların tezliyi, səmərəliliyi, iqtisadi rentabelliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Asiya və Avropa arasında möhkəm körpülər qurulur

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir. Orta Dəhzə inteqrasiya istiqamətində fasiləsiz infrastrukturları yeniləyən ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu xəttini modernləşdirib, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünü artırıb, qonşu ölkələrlə nəqliyyat bağlatılarının çevikliyi təmin edib. Nəticədə son illərdə təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən Avropaya və əks istiqamətdə daşınan yüklərin həcminin artması qeydə alınıb. “Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir”.

Hazırda Orta Dəhlizdə yer almaq üçün Avropa İttifaqı (Aİ) ölkələrinin təklifləri dayanmadan artır. Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri mövcud nəqliyyat şəbəkələrinin əlaqələndirilməsi üçün tədbirlər ssenarisi hazırlancağını vurğulayıblar. Eləcə də digər Aİ ölkələrinin bu nəqliyyat ailəsinə qoşulması çoxşəbəkəli habın əhəmiyyətini daha da arıtırır.

Göründüyü kimi Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu Orta və ya TransXəzər Dəhlizinin fiziki-coğrafi sxemi nəhəng bir geoiqtisadi platformaya çevrilir.

“Şimal-Cənub” və “yaşıl enerji” dəhlizlərində imkanlar böyüyür

Azərbaycan, həmçinin digər mühüm dəhliz - “Şimal-Cənub” dəhlizinin tərkib hissəsidir. Respublikamızın yerləşdiyi əlverişli və strateji mövqe bu nəqliyyat qovşağının da hərəkətliliyinin artması fonunda imkanlarını davamlı şəkildə böyüdür. Azərbaycanın “Şimal-Cənub” nəqliyyat alyansını yaratdığı ölkələrlə sıx iqtisadi-ticari münasibətləri, birgə enerji-nəqliyyat proqramları sözügedən  nəqliyyat dəhlzinin də qlobal əhəmiyyətini artırır.

Azərbaycan, həmçinin region ölkələrinin gündəliyində önə çıxan qlobal sinerjinin - “yaşıl enerji” halqasının genişlənməsində öncül təşəbbüsləri ilə seçilir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan, Türkiyə, Mərkəzi Asiya dövlətləri ilə “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan sazişlər “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin formalaşmasını təmin etməkdədir. Mərkəzi Asiya və Azərbaycanın bərpaolunan enerjisi güclərindən əldə edilən “yaşıl enerji”nin Avropaya nəqli yeni tranzit arteriyasını yaradır. Beləliklə, bölgədə 10-dan çox ölkənin təmsil olunduğu “yaşıl dəhliz”in gerçəkləşməsi ilə  yeni tərəfdaşlığın yeni mərhələsi başlayıb. Digər ölkələrin tranzit zəncirinə qoşulmaq istəyi  “yaşıl dəhliz”in daha böyük coğrafiyanı əhatə edəcəyindən və regional enerji habna çevriləcəyindən xəbər verir.

Körfəz ölkələri ilə əməkdaşlıq yeni reallıqlar yaradır

Azərbaycan, həmçinin birləşdirici və rifahyaradıcı aktor kimi Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında sıx kommunikativ təmasları möhkəmləndirir. Həmin bölgə ölkələri ilə qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələrin qurulması yeni iqtisadi təşəbbüslərin, ticari qapıların da açılmasını təşviq edir, müxtəlif investisiya layihələri üzərində fəal işləkliyi artırır. Respublikamızın KƏŞ blokunda yer almasından sonra əlaqələrin dinamikası daha da genişlənib. Birgə fəaliyyət kursu aparıcı iqtisadi sektorları, o cümlədən energetika, bərpa olunan enerji, nəqliyyat, logistika, turizm, xidmət sahələrini inkişaf etdirmək üçün münbit şərait yaradır. Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunun yaradılması isə bu inteqrasiyanın daha da güclənməsinə davamlı töhfələr verəcək.

Beləliklə, yeni nəqliyyat-enerji qovşaqlarında birgə əməkdaşlığın güclənməsi, habelə “yaşıl enerji” sahəsində sıx inteqrasiyaların dərinləşməsi, digər mühüm proqrmalrda yaxın tərəfdaşlı bütün ölkələrin təhlükəsizliyi, sabitliyi və rifahı üçün mühüm əhəmiyyət daşıyır. Bu proseslərin mərkəzində yer alan Azərbaycanın dövlətçiliyi və müstəqilliyini möhkəmləndirməsinə töhfə verir.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Aprel 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see575

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see398

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see330

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see290

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see264

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see263

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see259

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see246

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see242

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see240

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see236

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see228

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see209

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see208

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see198

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see195

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see193

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see191

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see179

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri