Icma.az
close
up
RU
Rəhbər şəxsləri korrupsiya ittihamı ilə həbs edilən Avropa Parlamentinin bütövlüyü çoxdan pozulub

Rəhbər şəxsləri korrupsiya ittihamı ilə həbs edilən Avropa Parlamentinin bütövlüyü çoxdan pozulub

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Avropa Parlamentində dünən keçirilən dinləmə və qəbul edilən saxta ittihamların əks olunduğu qətnamə erməni lobbisinin təsiri altında hazırlanmış, Azərbaycanın milli təhlükəsizliyi ilə bağlı qanuni qərarlarını "siyasi repressiya" kimi təqdim etməyə çalışır. Dövlətə xəyanət kimi ağır cinayətlərdə ittiham olunan şəxslər haqqında belə bir parlamentin siyasi qiymət verməsi qəbuledilməzdir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Kamal Cəfərov Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi dünnənki qətnaməsinə münasibət bildirərkən dedi.

"İkincisi, bu qətnamə Azərbaycanın dövlət suverenliyinə açıq müdaxilə cəhdidir. Beynəlxalq hüququn əsas prinsipi açıq şəkildə qeyd edir ki, heç bir dövlət və ya beynəlxalq təşkilat başqa dövlətin daxili yurisdiksiyasına aid məsələlərə qarışa bilməz. Ona görə də istənilən davam edən cinayət işi ilə bağlı beynəlxalq təşkilatın qəbul etdiyi siyasi qərar istintaqın gedişinə qanunsuz təsir cəhdidir və məhkəmənin müstəqilliyinə hörmətsizlikdir.

Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmayan, 30 illik erməni işğalı ilə bağlı heç bir fəaliyyəti olmayan, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı əsassız, saxta ittihamlar səsləndirən, 2023-cü ildəki antiterror tədbirlərinə dırnaqarası etnik təmizləmə kimi qiymət verən Avropa Parlamentinin qətnamələrinin heç mənəvi əsası da ola bilməz. Əgər Avropa Parlamenti səmimi olaraq insan hüquqlarına, beynəlxalq hüquqa hörmətlə yanaşsaydı, Ermənistandan kütləvi formada deportasiya edilmiş, etnik təmizləməyə məcbur qalmış qərbi azərbaycanlıların hüquqlarına, Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri və soyqırımla bağlı, erməni minalarından həlak olan jurnalistlərimiz və mülki vətəndaşların hüquqları ilə bağlı danışardı, fəaliyyət göstərərdi.

Ona görə də Azərbaycan xalqı Avropa Parlamentinin riyakarlığını çox yaxşı anlayır və görür. Azərbaycan xalqının heç bir kənar beynəlxalq təşkilata etimadı yoxdur. Rəhbər şəxsləri və üzvləri korrupsiya ittihamı ilə həbs edilən Avropa Parlamentinin bütövlüyü çoxdan pozulub", - deyə deputat əlavə etdi.

K.Cəfərovun sözlərinə görə, Avropa Parlamentinin üzvləri reallıq hissini o qədər itiriblər ki, qəbul etdikləri kağız parçasında sanksiyalarla hədələmək, əməkdaşlığı şərtləndirmək cəhdləri kimi müddəalar yer alıb:

"Amma unudurlar ki Azərbaycan bu gün regionun ən güclü, müstəqil, sürətlə inkişaf edən dövlətidir və hər kəs şahiddir ki, böyüklüyündən və strateji rolundan asılı olmayaraq, biz heç kimin təzyiqinə boyun əymirik. Əksinə, Avropa İttifaqının bir çox üzv ölkələri Azərbaycanla strateji tərəfdaşlığı dərinləşdirməkdə maraqlıdır. Çünki bu qarşılıqlı hörmətə və real marağa əsaslanır

Avropa İttifaqının 10 üzv ölkə ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamə imzalayıb. Ona görə də bizim Avropa İttifaqının üzv ölkələri ilə və Avropa Parlamenti ilə münasibətlərimiz arasında böyük fərq var. Bu fərq isə Avropa Parlamentinin özünün doğru yolda olmadığını, Avropada yaşayan xalqların maraqlarını düzgün təmsil etmədiyini göstərir.

Biz yolumuza davam edəcəyik. Azərbaycan xalqının maraqlarını, dövlətçiliyimizi istənilən platformada qoruyacağıq, möhkəmləndirəcəyik və regionda sülhü əməkdaşlığı təmin edəcəyik. Azərbaycan hər zaman dialoqa açıqdır, amma bu dialoq bərabərhüquqlu və qarşılıqlı hörmət çərçivəsində olmalıdır".

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see633

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see267

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see242

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see223

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see214

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see179

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see172

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see160

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see159

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see148

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see139

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri