Reichsbürger hərəkatının üzvü Merkel və Şoltsa sui qəsd çağırışı etdiyinə görə həbs edilib
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Almaniya prokurorları Angela Merkel və Olaf Şoltz da daxil olmaqla bir neçə alman siyasətçisinə sui-qəsd çağırışı edən və oxşar sui-qəsd cəhdləri planlaşdıran bir şəxsin həbs olunduğunu elan ediblər. Prokurorluğun açıqlamasına görə, Almaniya-Polşa vətəndaşı olan Martin S. 10 noyabrda Dortmundda həbs edilib. O, terrorizmi maliyyələşdirməkdə, ciddi zorakılıq aktlarına çağırış etməkdə və qanunsuz olaraq şəxsi məlumatların yayılmasında şübhəli bilinir.
Alman mediasının məlumatına görə, Martin S. özünün darknet platformasında keçmiş Almaniya kanslerləri Angela Merkel və Olaf Şoltz da daxil olmaqla, alman siyasətçilərinə, dövlət qulluqçularına və hakimlərinə sui-qəsd çağırışı edib. O, sui-qəsd edilməli olduğuna inandığı şəxslərin siyahılarını, eləcə də verdiyi "ölüm hökmlərini" dərc edib.
O, həmçinin partlayıcı qurğuların necə hazırlanması barədə təlimatlar paylaşıb və bu cür cinayətlər törətmək istəyənlər üçün nəzərdə tutulmuş kriptovalyuta ianələrini istəyib. Şübhəlinin uzun illərdir müxtəlif neonasist qruplarında, xüsusən də özünü Almaniya Reyxinin vətəndaşları hesab edən və Almaniya Federativ Respublikasının legitimliyini tanımayan "Reyxsbürger" hərəkatında iştirak etdiyi bildirilir.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 12 Noyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















