Icma.az
close
up
RU
Rəisinin ölümündən 1 il ötdü İranda nələr dəyişdi?

Rəisinin ölümündən 1 il ötdü İranda nələr dəyişdi?

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İran prezidenti İbrahim Rəisinin faciəli helikopter qəzasında həlak olmasından bir il keçir. Hadisə baş verdiyi zaman bir çox müşahidəçilər Azərbaycanla İran arasında münasibətlərin daha da gərginləşəcəyini proqnozlaşdırırdı. Lakin sonrakı proseslər tam əks istiqamətdə inkişaf etdi. Hər iki ölkə rəhbərliyi qarşılıqlı əməkdaşlığı davam etdirməyə üstünlük verdi.

Bu bir il ərzində Azərbaycan-İran münasibətlərində hansı dəyişikliklər baş verdi? İkitərəfli əlaqələrin inkişafı istiqamətində hansı addımlar atıldı?

Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, İranın mərhum prezidenti İbrahim Rəisinin faciəli şəkildə həlak olması bütün region üçün sarsıdıcı hadisə oldu:

“Azərbaycan və İran arasında zaman-zaman ziddiyyətlər və mübahisə doğura biləcək məqamlar olsa da, mərhum prezident Rəisi Azərbaycanla sərhədə səfər etdi, Prezident İlham Əliyevlə görüş keçirdi. Bu səfər çərçivəsində “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi baş tutdu. Bu tarixi görüşdən dərhal sonra baş verən helikopter qəzası nəticəsində İran prezidenti həyatını itirdi. O, hər zaman Cənub qonşumuzun tarixində mühüm siyasi fiqur kimi xatırlanacaq.

İlyas Hüseynov

Azərbaycan və İran arasında dostluq münasibətlərini pozmağa çalışan qüvvələr bu faciədən də öz maraqları üçün istifadə etməyə cəhd etdilər. Lakin bu niyyətlər reallaşmadı. Hər iki dövlət müdrik davranaraq sağlam və konstruktiv münasibətlərin qorunmasına çalışdı.

Ardınca keçirilən prezident seçkilərində Azərbaycan əsilli Məsud Pezeşkianın dövlət başçısı seçilməsi Azərbaycanda da müsbət qarşılandı. İranla qonşuluq münasibətləri çərçivəsində əməkdaşlığı dəyərləndiririk. Orada yaşayan soydaşlarımız, nəqliyyat, iqtisadi əlaqələr bizim üçün önəm daşıyır. Bu tərəfdaşlıq mühüm, perspektivli və qarşılıqlı faydalı münasibətlər qurmağa imkan verir.

Pezeşkianın Azərbaycana səfəri və verdiyi müsbət mesajlar, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi və yeni logistik layihələrlə bağlı planlar göstərir ki, son bir il ərzində iki ölkə arasında münasibətlərdə əhəmiyyətli dönüş baş verib. Buzların əriməsi, qarşılıqlı inam və etimadın formalaşması münasibətlərin gələcəyi baxımından ümidvericidir. İran-Azərbaycan əlaqələrinin perspektivi müsbətdir”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 May 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri