Icma.az
close
up
RU
Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib

Rejissor: “Söz” filminin kadrları birdəfəyə çəkilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 9 iyul, AZƏRTAC

“Söz” (“The word”) filmini prinsipcə xarici auditoriyaya təqdim etmək məqsədilə çəkmişik. Qarabağla bağlı yaddaşlarda qalan ağrıları, yaşantıları, xatirələri əcnəbi tamaşaçıya çatdırmaq çox vacib idi. Düşünürəm ki, buna nail olduq. Belə ki, film Roma və Los-Ancelesdə iki kinofestivalın qalibi oldu.

Bunu AZƏRTAC-a açıqlaması zamanı Baku TV-nin istehsal etdiyi “Söz” ("The word") qısametrajlı sənədli filminin rejissoru Leyli Məhərrəm deyib.

“Bu filmi çəkəndə həmkarım, Vətən müharibəsi iştirakçısı Ələkbər Nəsirov mənə dedi ki, müharibə illərində Şuşaya getmək istəmişdim, amma bu arzumu reallaşdıra bilmədim. Onun sözlərində və baxışlarında dərin bir ağrı hiss etdim – insanın içini parçalayacaq qədər güclü bir ağrı. O anda qərara gəldim ki, ona bu səfərdə mənəvi dəstək olum. Dedim ki, əgər bu səfərin sonunda daxilində bir dəyişiklik, bir dönüş hiss etsən, bu, mənim üçün gözəl nəticə olacaq. Çəkilişlər zamanı ikinci, ya da üçüncü dubl olmadı. Bütün kadrlar birdəfəyə çəkildi. Buradakı dialoqlar real, yaşanmış duyğuların ifadəsidir. Ələkbər aktyor deyil, mən də aktrisa deyiləm - rejissoram. Biz Şuşa qalasına çatanda bir müddət ətrafı seyr etdik, sonra çəkilişə başladıq. Operatora dedim ki, hər şeyi olduğu kimi lentə alsın. Çünki yaşadığımız duyğular – ağrı, qürur, həyəcan – bu filmin ən vacib və ən təbii hissələridir", - deyə Leyli Məhərrəm diqqətə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri