Icma.az
close
up
RU
Rejissordan türk dünyasına çağırış: Biz mütləq ortaq kino sənayemizi yaratmalıyıq

Rejissordan türk dünyasına çağırış: Biz mütləq ortaq kino sənayemizi yaratmalıyıq

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mən yüz il əvvəl həyatlarını riskə ataraq türk xalqlarının gələcəyini düşünmək üçün Bakıda toplaşan atalarımıza, babalarımıza minnətdarlıq edirəm.

Bütün sənətləri özündə birləşdirən və çox mühüm problemləri həll etməyə qadir qüdrətli kinematoqrafın təmsilçisi kimi öz-özümə sual edirəm: atalarımızın işini onlara layiq şəkildə davam etdirə bilirikmi? Məncə, yox".

Bunu Baku TV-də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihənin yeni buraxılışında Türkmənistanın Xalq artisti, kinorejissor Hocaquli Narliyev deyib.

O vurğulayıb ki, Sovet İttifaqı dağılandan və birləşmək üçün bütün imkanları əldə etdikdən sonra biz öz ortaq kino sənayemizi yarada bilərdik. Gənclərin orta və ali təhsili üçün yeni sistem formalaşdıra bilərdik:

"Bütün təhsil ocaqlarımızda öz istehsalımız olan, xalqımızın qəhrəmanlıq, şücaət və ağrı-acı dolu tarixindən, dünya mədəniyyətinə, sivilizasiyasına ciddi töhfələr vermiş böyük şəxsiyyətlərimizdən, qəhrəmanlarımızdan bəhs edən filmləri göstərə biləcəyimiz filmotekalar təşkil edə bilərdik. Mən bunu çox vacib hesab edirəm. Çünki bizim gənclik xalqımızın qədim və yeni tarixini yaxşı bilmir".

Kinorejissor əlavə edib ki, mərkəzləşdirilmiş, ümumi, birgə film istehsalı təşkil edilə bilərdi ki, bu həm yaradıcılıq, həm də maliyyə baxımından hamı üçün əlverişli olardı:

"Biz nə bu, nə də bir çox başqa məsələləri indiyədək həll etdik. Əlbəttə, biz bu gün ortaq filmlər, yeni filmlər çəkirik. Amma təəssüf ki, biz bu filmləri yalnız istehsalçı ölkədə göstərə bilirik. Həmin filmlərin ümumi baxışını təmin edəcək ümumi prokat sistemi, təəssüf ki, yaradılmayıb. Biz mütləq əhalisi təxminən 250 milyon nəfər olan, bütün böyük türk dünyasını əhatə edən ümumi, ortaq, böyük prokat sistemini yaratmalıyıq".

Ətraflı Baku TV-nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://baku.ws
archiveBu xəbər 09 Dekabr 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri