Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Reklam kimdədirsə, media da ondadır İNTERNETİN SƏSSİZ İŞĞALI

Reklam kimdədirsə, media da ondadır İNTERNETİN SƏSSİZ İŞĞALI

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Media sənayesi yüz ildən artıqdır ki, reklam modeli üzərində qurulub. Qəzet, jurnal, televiziya və radio üçün əsas gəlir mənbəyi reklam olub. Medianın real müştərisi oxucu yox, reklamverən sayılıb. Oxucu auditoriyanı formalaşdıran sosial komponent, reklamverən isə maliyyə axınını təmin edən əsas tərəf idi. Bu sistem uzun müddət dəyişmədən işləyib. Auditoriya nə qədər böyük idisə, reklam gəliri də bir o qədər yüksək olurdu. Bu model medianın iqtisadi müstəqilliyini qoruyurdu. Redaksiyalar maaş fondunu reklam gəliri ilə formalaşdırırdı. Texniki avadanlıqlar reklam pulları ilə alınırdı. Yeni layihələr reklam büdcəsi hesabına işə düşürdü. Media bazarında güclü olan qurumlar daha çox reklam toplayanlar idi. Bu mexanizm doxsanıncı illərin sonuna qədər nisbətən stabil qaldı. Lakin texnologiyanın inkişafı bu balansı dəyişdi.

Rəqəmsallaşma reklam bazarını necə dəyişdi

İnternet kütləvi informasiya vasitələrinin yayım modelini dəyişdi. Oxucular əvvəlcə qəzetdən sayta keçdi. Sonra sayt oxuyanlar sosial şəbəkələrə yönəldi. Nəticədə auditoriya platformaların içində cəmləşdi. "Facebook", "YouTube", "Instagram", "TikTok" və bu kimi digər platformalar bu auditoriyanı öz ekosisteminə topladı. Reklam da auditoriyanın ardınca getdi. Reklamverən üçün əsas meyar artıq media qurumu yox, istifadəçiyə çıxış idi. Platformalar bu çıxışı daha dəqiq və ucuz təmin etdi. Bu səbəbdən reklam büdcələri tədricən klassik mediadan çıxmağa başladı. Qlobal miqyasda reklam bazarında əsas dönüş də bu mərhələdə baş verdi. Rəqəmsal reklam çap mediasını, daha sonra isə televiziya reklamını geridə qoydu. Hazırda reklam bazarının çox böyük hissəsi onlayn platformaların nəzarətindədir. Bu dəyişiklik milli media üçün ciddi gəlir itkisi yaratdı.

Platforma reklamının üstünlüyü

Rəqəmsal platformalar reklamı ölçülə bilən mexanizmə çevirdi. Google reklamverənə neçə nəfərin reklama baxdığını, neçə nəfərin klik etdiyini və neçə nəfərin alış etdiyini göstərir. Facebook və Instagram istifadəçi davranışlarını analiz edir. Yaş, cins, maraqlar və coğrafiya reklam üçün dəqiq seçilir. "YouTube" video üzərindən auditoriyaya birbaşa çıxış yaradır. "TikTok" qısa formatlı kontentlə viral reklam mexanizmi qurur. Ənənəvi mediada bu imkanlar demək olar ki, yoxdur. Qəzet reklamının real təsiri ölçülə bilmir. Televiziya reklamının konkret auditoriyaya təsiri dəqiq bilinmir. Platformalar isə reklamverənə nəticəni dərhal təqdim edir. Bu səbəbdən reklam büdcələri sürətlə rəqəmsal platformalara yönəldi.

Yerli media öz bazarını necə itirdi

Azərbaycan da daxil olmaqla bir çox ölkədə yerli şirkətlər reklam büdcələrini "Google" və "Meta" platformalarına yönəldib. Əvvəllər saytlarla, qəzetlərlə və televiziya ilə işləyən biznes artıq sosial şəbəkələrdə reklam verir. "Facebook" səhifəsi, "Instagram" profili və "TikTok" videosu reklam üçün əsas kanala çevrilib. Bu zaman reklam pulu ölkənin media sistemindən uzaqlaşaraq xarici platformalara gedir. Milli media həmin vəsaitdən məhrum qalır. Nəticədə yerli media bazarda lazımsız mövqeyə düşür. Bu, medianın iqtisadi baxımdan zəifləməsi deməkdir. Media qurumları öz bazarında dominant oyunçu imkanını əldən verib.

Reklam azalır, media zəifləyir

Reklam gəliri azalanda ilk təsir maaş fonduna dəyir. Redaksiyalar xərcləri azaltmağa məcbur qalır. İxtisarlar başlayır. Təcrübəli jurnalistlər sektoru tərk edir. Media peşəkarlığını itirir. Kontentin keyfiyyəti aşağı düşür. Oxucu etimadı azalır. Oxucu azalanda reklam daha da azalır. Bu, klassik iqtisadi spiral yaradır. Gəlir azaldıqca məhsul zəifləyir. Məhsul zəiflədikcə bazar daralır. Bazar daraldıqca gəlir daha da azalır. Nə qədər kədərli olsa da, media bu dövrəyə düşüb.

Qlobal platforma monopoliyası

"Google", "YouTube", "Facebook", "Instagram", "TikTok", "Telegram" və "X" artıq sosial platforma səhədlərini keçərək qlobal reklam mərkəzlərinə çevrilib. Reklam pulları ölkələrdən çıxaraq bu platformalarda cəmlənir. Bu şirkətlər bir mərkəzdən idarə olunur. Onlar milli iqtisadiyyatlara nisbətən az vergi ödəyir. Amma reklam bazarına tam nəzarət edirlər. Bu, kapitalın ölkələrdən çıxması deməkdir. Yerli media isə həmin kapitaldan məhrum qalır. Nəticədə milli informasiya infrastrukturu da zəifləyir.

Dünya təcrübəsi

Çin Google və Facebook-u bazara buraxmayıb. Ona görə reklam bazarı ölkə daxilində qalır. Rusiya Qərb platformalarını məhdudlaşdırıb və yerli alternativlər yaradıb. Avropa ölkələri rəqəmsal platformalara xüsusi vergi tətbiq edir. ABŞ-də media ilə platformalar arasında hüquqi və iqtisadi mübarizə gedir. Türkiyədə qəzet və televiziya gəlirləri kəskin azalıb. Hindistanda reklamın böyük hissəsi artıq rəqəmsal platformalara gedir. Bu proses qlobal miqyas alıb.

Azərbaycan da bu prosesin bir hissəsidir.  Bizdədə yerli media reklam itirir, platformalar böyüyür. Proses özü medianı zəiflədir, jurnalistlərin gəlirini azaldır. Media sektoru iqtisadi böhran yaşayır. Bu, biznes problemi yaratmaqla yanaşı informasiya təhlükəsizliyi ilə də qarşıya çıxır.

Yuxarıdakıları sistemləşdirərərək deyə bilərik ki, reklam bazarı medianın nəzarətindən çıxıb. Bu bazar platformaların nəzarətindədir. Media gəlir mənbəyini itirir. Media zəiflədikcə informasiya mühiti də zəifləyir. Ekspertlər hesab edir ki, bu proses tənzimlənməsə, milli media yalnız formal struktur olaraq qalacaq. Real informasiya gücü xarici platformaların əlində olacaq. Reklam bazarı daha da mərkəzləşəcək. Media iqtisadi cəhətdən daha da zəifləyəcək. Bütün bunlar gözümüz önündə gedən real prosesdir.

Sevinc MƏHƏRRƏMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Yanvar 2026 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri