Səssiz dərdin iyrənc istismarı Bakıda bir atanın faciəsini reklam mövzusu etdilər
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Bakı Metrosunun "Sahil" stansiyasından "28 May" stansiyasına gedən yolun kənarında hər gün bir atanın məhəccərə gül qoyduğunu xəbər vermişdik.
Belə ki, həmin atanın qızı ötən il həmin ərazidə baş verən qəzada həyatını itirib və o, hər gün gül qoymaqla övladının xatirəsini yad edir.
Bu mənzərə bir çox insan tərəfindən həssaslıqla qarşılanıb.
Lakin təəssüf ki, hər kəs bu mənzərəyə eyni həssaslıqla yanaşmayıb.
Milli.Az-ın məlumatına görə, bəzi şəxslər bu faciəni özləri üçün fürsətə çevirməyə cəhd ediblər.
Belə ki, bir gül salonu "TikTok" platformasında canlı yayım açaraq həmin yerə gül düzüb. Bununla da kifayətlənməyərək, həmin canlı yayımı "Instagram"da paylaşaraq bir neçə xəbər saytını işarələyib. Açıq deyilməsə də, bu addımın arxasında bariz şəkildə mənim "yaxşılığımı" paylaşın mesajı var.
Bu davranış insanlar arasında birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub. Çünki həmin məkan bir atanın dərdini yaşadığı, övladını yad etdiyi və təsəlli aldığı yerdir. Kamera qarşısında qurulan "xeyirxahlıq" səhnəsi bu ağrını daha da ağırlaşdırır. Bir insanın acısını reklama çevirmək kənardan xoş görünməyən bir mənzərədir.
İnsanların anlamalı olduğu bir həqiqət var ki, bu həyatda pul hər şey demək deyil. Faciələr reklam mövzusu olmamalıdır. İnsanların kədərinə hörmətlə yanaşmağı bacarmaq lazımdır.
Mina Mikayılova
Milli.Az
Baxış sayı:110
Bu xəbər 14 Yanvar 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















