Icma.az
close
up
RU
Reklam olunan hər parıltı qızıl deyil

Reklam olunan hər parıltı qızıl deyil

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Bugün sosial şəbəkələri açanda hər yer "möcüzəli" vədlərlə doludur: biri həkimlikdən dəm vurur, o biri kosmetologiyadan, əl-üz əməliyyatlarından, başqası isə heç bir əsası olmayan "super müəllimlikdən". Camaat isə karvan kimi heç düşünmədən onların arxasınca qaçır. Amma ekran arxasında parıldayan o saxta "ulduzların" gerçək üzü səhərisi gün xəbərlərdə, canlı yayımlarda tövbə edib imdad diləyəndə ortaya çıxır.
​Ən acınacaqlısı bilirsinizmi nədir? Həqiqi elmi, illərin ağır zəhmətini qoyub kənarda qalan, ziyalılığından, adından utanıb özünü ucuz şoularla reklam etməyə çəkinən əsl mütəxəssislər, alimlər. Onları ya tanımırlar, ya da tanısalar belə, səs-küylü olmadıqları üçün qulaq asan yoxdur.
​İnsanlar təhsilə, əsl elmə, savadlı mütəxəssisə pul xərcləməyə gələndə "büdcəmiz yoxdur" deyirlər. Ancaq həmin o reklam qurbanı olan, bəzən evlərdə dava-qırğınla, borc-xərclə tapdıqları pulları aparıb hansısa səthi "mütəxəssislərin" qurbanlıq meyidinə çevirirlər. Axırı nə olur? Bəzən ölüm, bəzən ömürlük şikəstlik, bəzən də savadsızlıq ucbatından başa gələn acı fəlakətlər...
​Ayıq olun! Reklam olunan hər parıltı qızıl deyil. Saxta vədlərə aldanıb həyatınızı, sağlamlığınızı və gələcəyinizi heçə saymayın. Əsl dəyər ucuz reklamda yox, elmdə, peşəkarlıqda və gerçək ziyalılıqdadır.
Kəmalə Bayramova
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Avqust 2026 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri