Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Reklamı da azalıb, satışı da: Qənaətcil, sağlam, daha ucuz avtomobillər

Reklamı da azalıb, satışı da: Qənaətcil, sağlam, daha ucuz avtomobillər

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Elektromobillərlə bağlı mövcud durum bəzi suallar yaradır. Həm təbliğatda, həm də satışda müəyyən durğunluq müşahidə edilir. Bəziləri artıq elektromobil mifinin sona çatdığı qənaətindədir. Ancaq mütəxəssislər belə düşünmürlər.

Bir zamanlar elektrikli avtomobillər geniş təbliğ olunurdu. Avtomobil şirkətləri cəmiyyətin tanınmış simalarını reklam əməkdaşlığına cəlb edib, onların vasitəsilə bu avtomobilləri təriflədirdilər. Amma son dövrlərdə bu təbliğat səngiyib. Hətta tez-tez elektrikli avtomobillərdən şikayətlər eşidirik. Bu hansı anlama gəlir? Artıq elektromobil eyforiyasının başa çatdığını düşünmək olarmı?

Tanınmış texnobloqer Fərid Pərdəşünas da elektromobil istifadəçisidir. Onun sözlərinə görə, elektromobillərlə bağlı real problemlər mövcuddur: "Elektromobillərlə bağlı həm mənfi, həm müsbət cəhətdən informasiya çirkliliyi mövcuddur. Bəzi insanlar mənfi tərəfləri, bəziləri isə müsbət tərəfləri çox qabardır. Güzəştlərin olması insanlarda elektromobilə maraq yaratdı. Çünki qiymətləri münasibdir. Avtomobil brendləri maşını satanda onun getdiyi məsafəni vurğulayırlar. Tam dolu enerji ilə 500-700 km məsafə qət etmək olur. Amma bunlar şişirdilmiş rəqəmlərdir. Belə testlər avtomobilin ən ideal hava şəraitində bütün funksiyaları sönülü vəziyyətdə həyata keçirilir. Elektromobil istifadəçiləri o rəqəmləri il ərzində maksimum üç ya dörd dəfə görə bilər. Bu da istifadədən asılıdır. Mən 500 km məsafə qət edən elektromobil istifadəçisiyəm, amma onun mənə şəhər içində təqdim etdiyi performans 300-350 km-dir. Çin avtomobillərində isə bu rəqəmlər daha da aşağıdır. Elektromobildə əsas diqqət etməli olduğunuz məsələ sərfiyyatdır. Yəni avtomobiliniz 100 km məsafəyə nə qədər enerji sərf edir”.

F.Pərdəşünasın fikrincə, rayonlara tez-tez səfər edirsinizsə, maşınınız elektromobildirsə, problemlərlə üzləşə bilərsiniz.

F.Pərdəşünas elektromobil almaq istəyənlərə məsləhətlərini də verdi: "Şəhər daxilində diqqət etməlisiniz ki, sizin iş yerinizdə, evinizdə enerji stansiyası varmı? Əks halda stansiyaya getdikdə bir saatdan da artıq müddət enerji doldurmaq üçün gözləyəcəksiniz. Əgər şarj stansiyanız yoxdursa, hər hansı məntəqədə doldurmaq sizin büdcənizə də ziyandır. Çünki sürətli enerji stansiyalarında enerji üç dəfə baha satılır. Əgər öz şarj stansiyanız olarsa, bu zaman digər avtomobillərlə müqayisədə qənaət etmiş olarsınız”.

Aparıcı, avtomobil bloqeri İlkin Həsəni isə deyir ki, problemlərə baxmayaraq, elektromobillərin müsbət cəhətləri çoxdur. İlk növbədə sükut, rahat sürüş və qənaətcil istismar xərcləri vurğulanmalıdır: "Bir ilə yaxındır elektromobil sürürəm və ən çox qiymətləndirdiyim şeylərdən biri benzin növbəsində vaxt itirməməyimdir. Həm də servisə getmək demək olar ki, unudulub. Yağ, filtr dəyişmək kimi ehtiyaclarım yoxdur. Amma elektromobillərdən narazılıq edənlər də var və bu, normaldır. Çünki bu, hələ formalaşmaqda olan bir sahədir. Ən çox eşitdiyim narazılıq qışda batareyanın tez boşalması, yükləmə stansiyalarının sayının az olması və bəzən gecikmələrlə dolmasıdır. Amma yeni modellər, xüsusilə istilik pompası olan avtomobillər bu problemi demək olar ki, aradan qaldırır. Narazılıqlar daha çox infrastrukturla bağlıdır, avtomobillə yox. Hesab edirəm ki, dövlət və özəl sektor birgə işləsə, bu problemlər 2-3 il içində xeyli dərəcədə aradan qalxacaq”.

İ.Həsəninin sözlərinə görə, narazılıqlar heç də elektrikli avtomobil dövrünün sonu demək deyil. Əksinə, bu dövr yeni başlayır: "Hər yeni texnologiyada olduğu kimi, əvvəlcə böyük ümidlər olur, sonra insanlar real problemlərlə qarşılaşırlar. Amma bu o demək deyil ki, texnologiya sıradan çıxır. Əksinə, biz indi adaptasiya dövrünü yaşayırıq”.

İ.Həsəninin fikrincə, daha praktik insanlar hibrid avtomobilləri seçməlidirlər: "Əgər evində və ya yaşadığı binada yükləmə imkanı varsa və gündəlik yürüş məsafəsi 100–150 km-dən çox deyilsə, elektromobilə keçməyi tövsiyə edirəm. Qənaət və rahatlıq baxımından böyük fərq olacaq. Əgər rayonlara tez-tez səfər edirsinizsə və yükləmə vaxtı sizi narahat edirsə, o zaman hibrid avtomobil ideal seçimdir”.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev də bildirdi ki, hazırda rəsmi dilerlər elektromobil reklamlarını azaldıblar: "Ölkəmizə avtomobillər həm rəsmi dilerlər vasitəsilə, həm də fiziki şəxslər tərəfindən gətirilir. Dilerlər alıcıya avtomobili necə istifadə etməli olduğunu izah edirlər. Belə olduqda vətəndaş o qədər də problemlə qarşılaşmır, çünki əvvəldən hər şeyi bilir. Amma bir çox vətəndaşlar rəsmi dilerə yox, fərdi satıcılara üz tuturlar. Bu səbəbdən rəsmi diler də əlavə xərc çəkib reklam etmək istəmir”.

E.Əliyev bildirdi ki, insanlar hələ elektromobillərdən doymayıb. Sadəcə, hibrid avtomobillərə meyillənmə müşahidə edilir: "Güzəştlərin davam etməsi elektromobillərə tələbatı daha da artıracaq. Elektromobil istehsalçıları hər gün avtomobillərin inkişafı üçün işlər görürlər. Gələcəkdə problemlər aradan qalxmış olacaq”.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev düşünür ki, gələcək elektrikli avtomobillər üzərində qurulub: "Elektrikli avtomobil idarə edirsənsə, diqqətli olmalısan. Yanacaqla işləyən maşında da görəndə ki, yanacaq az qalıb, onu doldurmalısan. Elektromobillərdə də planını elə qurmalısan ki, yolda qalmayasan. Ümumi götürsək, elektromobillər qənaətcildir, sağlamlıq üçün faydalıdır və daha ucuz və komfortludur. Özüm üç ildir elektromobil istifadə edirəm. Puluma haradasa 70-80 faiz qənaət edirəm. Bu illər ərzində maşını cəmi bir dəfə ustaya aparmışam. Sadəcə, hazırda bizdə yükləmə məntəqələri azdır, olanların da bəziləri yararsızdır. Gələcəkdə ənənəvi avtomobil istifadəçilərinin sayı daha da azalacaq. Bazarda əsasən elektrik və hibrid avtomobillər olacaq”. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Avqust 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri