Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

Reklamı da azalıb, satışı da Elektromobil eyforiyası başa çatır?

Reklamı da azalıb, satışı da Elektromobil eyforiyası başa çatır?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bir zamanlar elektrikli avtomobillər geniş təbliğ olunurdu. Avtomobil şirkətləri cəmiyyətin tanınmış simalarını reklam əməkdaşlığına cəlb edib, onların vasitəsilə bu avtomobilləri təriflədirdilər. Amma son dövrlərdə bu təbliğat səngiyib. Hətta tez-tez elektrikli avtomobillərdən şikayətlər eşidirik. Bu, hansı anlama gəlir? Artıq elektromobil eyforiyasının başa çatdığını düşünmək olarmı?
Demokrat.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.
"Bunlar şişirdilmiş rəqəmlərdir"
Tanınmış texnobloqer Fərid Pərdəşünas da elektromobil istifadəçisidir. Onun sözlərinə görə, elektromobillərlə bağlı real problemlər mövcuddur: "Elektromobillərlə bağlı həm mənfi, həm müsbət cəhətdən informasiya çirkliliyi mövcuddur. Bəzi insanlar mənfi tərəfləri, bəziləri isə müsbət tərəfləri çox qabardır. Güzəştlərin olması insanlarda elektromobilə maraq yaratdı. Çünki qiymətləri münasibdir. Avtomobil brendləri maşını satanda onun getdiyi məsafəni vurğulayırlar. Tam dolu enerji ilə 500-700 km məsafə qət etmək olur. Amma bunlar şişirdilmiş rəqəmlərdir. Belə testlər avtomobilin ən ideal hava şəraitində bütün funksiyaları sönülü vəziyyətdə həyata keçirilir. Elektromobil istifadəçiləri o rəqəmləri il ərzində maksimum üç ya dörd dəfə görə bilər. Bu da istifadədən asılıdır. Mən 500 km məsafə qət edən elektromobil istifadəçisiyəm, amma onun mənə şəhər içində təqdim etdiyi performans 300-350 km-dir. Çin avtomobillərində isə bu rəqəmlər daha da aşağıdır. Elektromobildə əsas diqqət etməli olduğunuz məsələ sərfiyyatdır. Yəni avtomobiliniz 100 km məsafəyə nə qədər enerji sərf edir".
F.Pərdəşünasın fikrincə, rayonlara tez-tez səfər edirsinizsə, maşınınız elektromobildirsə, problemlərlə üzləşə bilərsiniz.
"Stansiyalarda enerji üç dəfə baha satılır"
F.Pərdəşünas elektromobil almaq istəyənlərə məsləhətlərini də verdi: "Şəhər daxilində diqqət etməlisiniz ki, sizin iş yerinizdə, evinizdə enerji stansiyası varmı? Əks halda stansiyaya getdikdə bir saatdan da artıq müddət enerji doldurmaq üçün gözləyəcəksiniz. Əgər şarj stansiyanız yoxdursa, hər hansı məntəqədə doldurmaq sizin büdcənizə də ziyandır. Çünki sürətli enerji stansiyalarında enerji üç dəfə baha satılır. Əgər öz şarj stansiyanız olarsa, bu zaman digər avtomobillərlə müqayisədə qənaət etmiş olarsınız".
"Narazılıqlar daha çox infrastrukturla bağlıdır"
Aparıcı, avtomobil bloqeri İlkin Həsəni isə deyir ki, problemlərə baxmayaraq, elektromobillərin müsbət cəhətləri çoxdur. İlk növbədə sükut, rahat sürüş və qənaətcil istismar xərcləri vurğulanmalıdır: "Bir ilə yaxındır elektromobil sürürəm və ən çox qiymətləndirdiyim şeylərdən biri benzin növbəsində vaxt itirməməyimdir. Həm də servisə getmək demək olar ki, unudulub.
Yağ, filtr dəyişmək kimi ehtiyaclarım yoxdur. Amma elektromobillərdən narazılıq edənlər də var və bu, normaldır. Çünki bu, hələ formalaşmaqda olan bir sahədir. Ən çox eşitdiyim narazılıq qışda batareyanın tez boşalması, yükləmə stansiyalarının sayının az olması və bəzən gecikmələrlə dolmasıdır. Amma yeni modellər, xüsusilə istilik pompası olan avtomobillər bu problemi demək olar ki, aradan qaldırır. Narazılıqlar daha çox infrastrukturla bağlıdır, avtomobillə yox. Hesab edirəm ki, dövlət və özəl sektor birgə işləsə, bu problemlər 2-3 il içində xeyli dərəcədə aradan qalxacaq".
İ.Həsəninin sözlərinə görə, narazılıqlar heç də elektrikli avtomobil dövrünün sonu demək deyil. Əksinə, bu dövr yeni başlayır: "Hər yeni texnologiyada olduğu kimi, əvvəlcə böyük ümidlər olur, sonra insanlar real problemlərlə qarşılaşırlar. Amma bu o demək deyil ki, texnologiya sıradan çıxır. Əksinə, biz indi adaptasiya dövrünü yaşayırıq".
"Hibrid avtomobil ideal seçimdir"
İ.Həsəninin fikrincə, daha praktik insanlar hibrid avtomobilləri seçməlidirlər: "Əgər evində və ya yaşadığı binada yükləmə imkanı varsa və gündəlik yürüş məsafəsi 100-150 km-dən çox deyilsə, elektromobilə keçməyi tövsiyə edirəm. Qənaət və rahatlıq baxımından böyük fərq olacaq. Əgər rayonlara tez-tez səfər edirsinizsə və yükləmə vaxtı sizi narahat edirsə, o zaman hibrid avtomobil ideal seçimdir".
"Hibrid avtomobillərə meyillənmə müşahidə edilir"
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev də bildiribi ki, hazırda rəsmi dilerlər elektromobil reklamlarını azaldıblar: "Ölkəmizə avtomobillər həm rəsmi dilerlər vasitəsilə, həm də fiziki şəxslər tərəfindən gətirilir. Dilerlər alıcıya avtomobili necə istifadə etməli olduğunu izah edirlər. Belə olduqda vətəndaş o qədər də problemlə qarşılaşmır, çünki əvvəldən hər şeyi bilir. Amma bir çox vətəndaşlar rəsmi dilerə yox, fərdi satıcılara üz tuturlar. Bu səbəbdən rəsmi diler də əlavə xərc çəkib reklam etmək istəmir".
E.Əliyev bildirib ki, insanlar hələ elektromobillərdən doymayıb. Sadəcə, hibrid avtomobillərə meyillənmə müşahidə edilir: "Güzəştlərin davam etməsi elektromobillərə tələbatı daha da artıracaq. Elektromobil istehsalçıları hər gün avtomobillərin inkişafı üçün işlər görürlər. Gələcəkdə problemlər aradan qalxmış olacaq".
Qənaətcil, sağlam, daha ucuz
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev düşünür ki, gələcək elektrikli avtomobillər üzərində qurulub: "Elektrikli avtomobil idarə edirsənsə, diqqətli olmalısan. Yanacaqla işləyən maşında da görəndə ki, yanacaq az qalıb, onu doldurmalısan. Elektromobillərdə də planını elə qurmalısan ki, yolda qalmayasan. Ümumi götürsək, elektromobillər qənaətcildir, sağlamlıq üçün faydalıdır və daha ucuz və komfortludur. Özüm üç ildir elektromobil istifadə edirəm. Puluma haradasa 70-80 faiz qənaət edirəm. Bu illər ərzində maşını cəmi bir dəfə ustaya aparmışam.
Sadəcə, hazırda bizdə yükləmə məntəqələri azdır, olanların da bəziləri yararsızdır. Gələcəkdə ənənəvi avtomobil istifadəçilərinin sayı daha da azalacaq. Bazarda əsasən elektrik və hibrid avtomobillər olacaq".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Avqust 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see617

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see511

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see460

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see334

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see326

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see308

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see290

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see278

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see267

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see252

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see244

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see236

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see212

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see209

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see209

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see196

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see194

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see190

İran Beynəlxalq Dəniz Təşkilatına ABŞ və İsrailin hücumlarına dair sübutlar təqdim edib IRNA

01 Noyabr 2026 15:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri