Icma.az
close
up
RU
Rekord: klubların transfer xərcləri 10 milyarda yaxınlaşdı!

Rekord: klubların transfer xərcləri 10 milyarda yaxınlaşdı!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Beynəlxalq Futbol Federasiyası (FİFA) bildirib ki, 2025-ci ilin yay “transfer pəncərəsi”ndə klublar rekord məbləğdə pul xərcləyib.

"Football-plus.az" xəbər verir ki, yay “transfer pəncərəsi” iyunun 1-dən sentyabrın 2-dək, o cümlədən ABŞ-da keçiriləcək klublararası dünya çempionatına görə iyunun 1-dən 10-na kimi açıq olub. Bu müddət ərzində kişilər arasında peşəkar futbolda 12 mindən bir qədər az beynəlxalq transfer həyata keçirilib ki, bu da yeni rekorddu.
Klubların transfer xərcləri 9,76 milyard dollara yüksəlib ki, bu da bütün dövrlər üçün rekord göstəricidi. Cari rəqəmlər 2024-cü ilin eyni dövrünün məbləğlərini 50 faizdən çox üstələyib.
İngiltərə klublarının 3 milyard avrodan çox pul xərclədiyi qeyd edilir. Bu, milli assosiasiyalar arasında bütün zamanların rekordudu.
Bu arada İspaniya La Liqasında yayın ən bahalı futbolçu transferləri bəlli olub. Ən baha üç keçidi "Real" gerçəkləşdirib. Birinci pillədə İngiltərə təmsilçisi "Bornmut"dan bu komandaya keçən Din Höysen (62,5 milyon avro) qərarlaşıb. İkinci sırada Portuqaliyanın "Benfika" klubundan transfer olunan Alvaro Karreras (50 milyon avro) yer alıb. "Real" Argentinanın "River Pleyt" komandasından Franko Mastantuononu isə 45 milyon avroya alıb. "Vilyarreal"ı "Atletiko"ya dəyişən Aleks Baena (42 milyon avro) dördüncü, "Lion"dan "Vilyarreal"a keçən Georgi Mikautadze (31 milyon avro) beşincidi
"Espanyol"un idman direktoru Fran Qaraqarsa da “transfer pəncərəsi” haqqında danışıb. O, İngiltərə premier-liqası ilə Avropanın qalan top-4 liqası arasında xərclərdəki fərqi qeyd edib:

"Premyer-liqa digər dörd liqadan daha çox xərclədi. Nəsə düzgün edilmir: idarəçilik, maliyyə dayanıqlığı, məsrəflərin aşılması... Bu, çox geniş sualdı və mən buna cavab verəcək ən yaxşı mütəxəssis deyiləm. Amma bu, məni La Liqada nəyinsə düzgün getmədiyini düşünməyə vadar edir".

Xatırladaq ki, bu yay premier-liqa klubları transferlərə 3,6 milyard avro xərcləyib. A seriyası, bundesliqa, La Liqa və Liqa 1 klubları ümumilikdə daha az - təxminən 3,4 milyard avro xərcləyib.
Eyni zamanda, İspaniya çempionatının bir sıra klublarında mövsüm üçün futbolçuların qeydiyyatı ilə bağlı problemlər var.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Sentyabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri