Icma.az
close
up
RU
Rekord sayda medal!

Rekord sayda medal!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

İlham Əliyev: Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk

İdman hər bir ölkənin beynəlxalq səviyyədə layiqli təqdimatı, uşaqların sağlam böyüməsi, gənclərin fiziki cəhətdən güclü, mənəvi cəhətdən vətənpərvər ruhda formalaşmaları üçün çox mühüm vasitədir. Buna görə də respublikamızda idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. O cümlədən hər ilin sonunda dövlət başçısı, Milli Olimpiya Komitəsinin (MOK) Prezidenti İlham Əliyevin idman ictimaiyyətinin nümayəndələri ilə görüşməsi, yüksək nəticələr qazanan idmançıları mükafatlandırması gözəl bir ənənəyə çevrilib.

Bu ənənə cari ildə də davam etdirlib. Bir neçə gün bundan əvvəl 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyev mərasimdəki çıxışında ölkəmizdə idmanın inkişafından məmnunluğunu bildirib və Özünün dəyərli tövsiyələrini verib. “Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Beynəlxalq yarışlarda 2000-dən çox medal qazanılıb

Hazırda bütün istiqamətlərdə böyük uğurlara imza atan müstəqil Azərbaycan dünyada nümunəvi dövlət kimi qəbul edilir. Eyni zamanda, son illərdə respublikamız özünü həm də idman ölkəsi kimi təsdiqləyir. Bütün ölkə boyunca beynəlxalq standartlara cavab verən müasir idman infrastrukturu qurulub. Son 22 ildə Prezident İlham Əliyevin göstərişləri əsasında paytaxt Bakıda və regionlarda müasir Olimpiya İdman Komplekslərinin inşası ölkənin hər yerində böyüməkdə olan nəslin idmanla məşğul olmalarına geniş imkanlar açıb. 2025-ci ildə Gəncədə və Yevlaxda olmaqla daha iki Olimpiya İdman Kompleksinin tikintisi yekunlaşıb. Beləliklə də, bölgələrdə Olimpiya İdman komplekslərinin sayı 46-ya çatıb.

Öz növbəsində geniş əhatə dairəsinə malik olan dövlət qayğısı ölkəmizdə idmanın inkişafına və bunun nəticəsi olaraq idmançılarımızın yüksək nəticələr qazanmalarına güclü stimul verir. Beynəlxalq turnirlərə getdikcə daha çox sayda Azərbaycan idmançısının qatılması və həmin turnirlərdə qazanılan yüksək nəticələr, dünyanən ən mötəbər arenalarında bayrağımızın ucaldıllması, himnimizin səsləndirlməsi bunun əyani göstəricisidir. Ötən il idmançılarımız beynəlxalq yarışlarda təxminən 1700 medal qazanmışdılar. Artıq son günlərini yaşadığımız 2025-ci ildə isə Azərbaycan bayrağı altında müxtəlif turnirlərə qatılan idmançılar rekord sayda - 2000-dən çox medal, o cümlədən də 600-dən çox qızıl medal qazanmağa müvəffəq olublar ki, bu da kifayət qədər böyük uğurdur. İlin idman yekunlarından məmnunluğunu bildirən Prezident İlham Əliyev “Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”, - deyə vurğulayıb.

Əlbəttə, nüfuzlu beynəlxalq yarışlarda qazanılan qələbələri yalnız idman hadisəsi kimi dəyərləndirmək doğru olmazdı, bunlar həm ictimai önəm kəsb edir. Xüsusilə də vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Fiziki zəhmət və vətənpərvərlik idmanda əsas amillər qismində çıxış edir. Bir tərəfdən minlərlə tamaşaçı önündə arenalara çıxan idmançılar bayrağımızın ucaldılması, himnimizin səsləndirilməsi naminə  gərgin mübarizə aparırlar. Eyni zamanda, mötəbər turnirlərdə Azərbaycan adına qazanılan qələbələr tamaşaçı qismində çıxış edən yeniyetmələrdə, gənclərdə vətənpərvərlik hisslərini  daha da gücləndirir. Qeyd edək ki, indi idmançılarımız yarışlarda qalib ölkənin təmsilçiləri kimi mübarizə aparırlar. Bu gün Azərbaycan gənclərinin qürür hissi keçirməyə tam mənəvi haqları var. Onlar bu haqqı Vətən müharibəsində, lokal xarakterli antiterror tədbirərində göstərdikləri şücaətlərlə qazanıblar. Hərbiçilərimizin döyüş meydanlarında qazandıqları zəfərlərimizlə idmançılarımızın qələbələrinin bir-birini tamamladığına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Hər dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər”.

Dünya idman ictimaiyyətinin böyük inamı

Son illərdə Azərbaycan bir sira dünya çempionatlarına, mötəbər yarışlara ev sahibliyi edən məkana çevrilmişdir ki, bu da beynəlxalq idman ictimaiyyətin ölkəmizə artan inamını təsdiqləyir. Respublikamız Birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına böyük uğurla ev sahibliyi etməklə bu sahədə yaxşı təcrübə qazanıb və özünün güclü potensiala malik dövlət kimi təsdiqləyib. Respublikamızda ənənəvi olaraq keçirilən Formula 1 yarışı bu il də Bakının ev sahibliyi ilə uğurla baş tutdu. Dünyada böyük tamaşaçı auditoriyasına malik olan Formula 1 yarışı ölkəmizin və paytaxtımızın təqdimatı baxımından mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin sayı 20 faiz artıb. Cari ildə təxminən 20 min insan canlı olaraq bu yarışı izləyib. Bütün biletlər əvvəlcədən satılmışdı. Maraq böyük olduğuna görə əlavə tribunaların quraşdırlmasına ehtiyac yarandı.

Ümumiyyətlə, Azərbaycan Formula 1 tarixində şəhər həlqəsinin gözəl nümunəsini təqdim edir. Böyük həyəcanla izlənilən yarışlar zamanı tamaşaçılar paralel şəkildə şəhərimizin gözəllikləri ilə tanış olmaq imkanı qazanırlar. Bu təcrübə dünyada böyük maraqla qarşılanıb. Təsadüfi deyildir ki, son vaxtlarda təşkilatrçılara ayrı-ayrı aparıcı ölkərdən məhz şəhər yarışlarının təşkili ilə bağlı müraciətlər artıb. Bütün bunlar onun təsdiqidir ki, beynəlxalq səviyyədə ölkəmizin nüfuzu artıb, dünya Bakının təcrübəsindən bəhrələnməyə çalışır.

Bu il ölkəmizdə, həmçinin ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir keçirilib. Bu, dünyada ən populyar idman yarışıdır və adətən bu yarışların əksər mərhələləri Amerikada və yaxud ən inkişaf etmiş ölkələrdə baş tutur. Artıq Bakı da dünyada yüksək inkişaf səviyyəsinə çatmış meqapolis kimi qəbul olunur. Prezident İlham Əliyevin bildirdiyi kimi, minlərlə iştirakçının, xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatının bir növüdür.

Ölkəmizin ev sahibliyi etdiyi əsas idman yarışı - III MDB Oyunları

Tarixə çevrilməkdə olan 2025-ci ildə ölkəmizin ev sahibliyi etdiyi əsas idman yarışı isə III MDB Oyunları olub. Yarışlar “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6 şəhərində keçirilib.  O cümlədən Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil olunub.

Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 dövlətin idmançıları 23 idman növü üzrə yarışlarda öz məharətlərini, əzmkarlıqlarını nümayiş etdiriblər.

Azərbaycan idmançıları III MDB Oyunlarında da çoxlu sayda qələbə sevinci yaşayıblar. Azərbaycan Oyunları, ümumilikdə, 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub.

Çıxışında ölkəmizin gələcəkdə yeni yarışlara ev sahibliyi edəcəyini deyən Prezident İlham Əliyev vurğulayıb: “Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir. Xüsusilə mən ölkəmizdə ilk dəfə olaraq keçiriləcək Xizək üzrə Dünya Kubokunu qeyd etmək istərdim. Çünki bu, ilk dəfə olaraq keçiriləcək tədbirdir və ilk ildən dünya kuboku səviyyəsində Qusarda, Şahdağ Xizək Kurortunda keçiriləcək”.

Daha bir mühüm yenilik isə ondan ibarətdir ki, Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Dövlətimizin başçısının məmnunluq hissi ilə bildirdiyi kimi, artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir. Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Dekabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri