Rektor Elçin Babayev: BDU da Qazaxıstan universitetləri ilə əməkdaşlıq proqramlarından birinə qoşula bilər
Icma.az, 525.az saytına istinadən bildirir.
Azərbaycan və Qazaxıstan universitetləri arasında bakalavr və xüsusilə magistratura səviyyəsində ikili və hətta üçlü diplom proqramlarının genişləndirilməsini təklif edirik. Bakı Dövlət Universiteti (BDU) də Qazaxıstan universitetləri ilə əməkdaşlıq proqramlarından birinə qoşula bilər.
525.az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda dəyirmi masada deyib.
Rektor çıxışında tədqiqat infrastrukturunun paylaşılması və açıq elmi məlumatların əldə edilməsi məsələlərinə toxunub. O, təhsil və tədqiqat institutlarında mövcud olan elmi avadanlıqlara və obyektlərə kollektiv girişin təmin olunmasının vacibliyini vurğulayıb.
Elçin Babayev elmi kadrların hazırlanması və təliminin dəstəklənməsi məsələsini də diqqətə çatdırıb. O, müxtəlif doktorantura proqramları və birillik tədqiqat təcrübələrinin təşkilinin vacibliyini vurğulayıb və belə təşəbbüslərin həm Azərbaycan, həm də Qazaxıstan üçün elmi və təhsil sahəsində yeni imkanlar yaradacağına inandığını bildirib.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















