Icma.az
close
up
RU
Azərbaycan uzun illərdir məqsədli dezinformasiya kampaniyalarının hədəfidir

Azərbaycan uzun illərdir məqsədli dezinformasiya kampaniyalarının hədəfidir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Məlum olduğu kimi, Davos İqtisadi Forumundan əvvəl 2026-cı il üçün qlobal risklər açıqlanıb. Əsas təhlükə yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklərin artması ilə bağlıdır. Görünən budur ki, növbəti iki ildə qeyri-sabitlik proqnozlaşdırılır. Belə ki, geoiqtisadi rəqabət və iqtisadi silahlanma, dövlətlərarası münaqişələr, regional qeyri-sabitlik, beynəlxalq əməkdaşlığın zəifləməsi, texnologiya-əsaslı risklər, iqtisadi qeyri-sabitlik qlobal problemlər sırasında olacaq. Feyk xəbərlər və dezinformasiya ikiillik proqnozda ikinci yerdədir.
Ölkəmiz üçün 2026-cı il hesabatında da yer alan əsas risklər kibertəhlükəsizlik, yanlış məlumat və dezinformasiyadır.
Azərbaycan əslində uzun illərdir məqsədli dezinformasiya kampaniyalarının hədəfidir. 30 ilə yaxın davam edən işğal dövründə olduğu kimi, post-münaqişə dövründə də bu çirkin kampaniya davam edir. Mütəmadi olaraq insan hüquqları və demokratiya bəhanəsilə ölkəmizə qarşı qara piar kampaniyası aparılır. Məqsədli şəkildə ölkəmizə qarşı faktların təhrif edilməsi, sosial şəbəkələrdə troll şəbəkələrinin aktivləşməsi, xarici mediada qərəzli məqalələrin yayılması kimi vasitələrə əl atılır. Təəssüf ki, bu prosesdə antimilli ünsürlərdən alət kimi istifadə olunur. Ölkə hüdudlarından kənarda “bloger” adı altında fəaliyyət göstərən milli satqınlar kommersiya maraqları naminə dövlətçilik maraqlarını qurban verirlər. Ümumiyyətlə, xarici qərəzli mərkəzlər üçün antimilli qüvvələr ən rahat alətdir. Onlardan mütəmadi şəkildə bu və ya digər formada maşa kimi istifadə olunur.
Bu cür dezinformasiya Azərbaycanın beynəlxalq nüfuzuna və milli maraqlarına zərər vurmağı hədəfləyir.
Ölkəmizi hədəf alan dezinformasiya siyasətinə qarşı mübarizə zəruridir. Bu, ilk növbədə milli təhlükəsizliyin qorunması üçün vacibdir. Beynəlxalq ictimaiyyətə obyektiv həqiqətlərin çatdırılması təmin olunmalıdır.
Burada media savadlılığının artırılması, beynəlxalq media və platformalarla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Dezinformasiya XXI əsrin ən təhlükəli “silah”larından biridir. Ona qarşı mübarizə yalnız dövlətin deyil, medianın, vətəndaş cəmiyyətinin və hər bir fərdin məsuliyyətidir. Azərbaycan üçün bu mübarizə həm milli maraqların müdafiəsi, həm də beynəlxalq informasiya məkanında ədalətli mövqeyin qorunması baxımından həyati əhəmiyyət daşıyır.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri