Rektor generalın xanımına vəzifə verdi
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinə yeni dekan təyin edilib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı ATU-nun rektoru Gəray Gəraybəyli əmr imzalayıb.
Əmrə əsasən, Elmira Ramiz qızı Əliyeva ATU-nun Stomatologiya fakültəsinin dekanı vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, E.Əliyeva Prezidentin Müdafiə məsələləri üzrə sabiq köməkçisi general-leytenant Vahid Əliyevin həyat yoldaşıdır.
General 2012-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.

