Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Rəna Soltanovanın iddialarına Analitik Ekspertiza Mərkəzindən CAVAB

Rəna Soltanovanın iddialarına Analitik Ekspertiza Mərkəzindən CAVAB

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Analitik Ekspertiza Mərkəzinin “Laser Beauty Estetik Klinikası” MMC-nin aparılan yoxlamaya dair iddialara cavab verib.

Medicina.az təqdim edir:

"Səhiyyə Nazirliyinin Kollegiyasının 01 saylı, 11 yanvar 2018-ci il tarixli Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Qərarının 7.14.4 ci bəndinə əsasən “Dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri sutkada bir dəfə qeydə alınaraq temperatur, rütubət və havalandırma göstəricilərinin qeydiyyat xəritəsi aparılır”. Bu məlumatlar “Temperatur qeydiyyat vərəqəsi”ndə qeyd edilməlidir.

AEM-in əməkdaşları həmin vərəqəni klinikanın direktoru Cəfərova Yeganə Səlim qızına şəxsən təqdim ediblər.


Rəna Soltanova ikinci iddiasında “Digər səbəb isə əvvəlki stomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatoloji otaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqun müəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyə yoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var. İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?", deyə bildirib.

Səhiyyə Nazirliyinin 07.04.2009-cu il tarixli 37 nömrəli əmri ilə təsdiq olunan “Tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair” Qaydalarının 4-cü bəndinə əsasən, hər bir lisenziya üzrə fəaliyyət üçün icazə verilən işlərə uyğun ayrıca şərait yaradılmalıdır. Klinikada isə “cərrahi-stomatologiya” və “diş texniki” işləri üçün icazə olmamasına baxmayaraq, (lisenziyadan kənar fəaliyyət) fəaliyyət göstərmələri aşkarlanıb. Bir stomatoloji otaqda qanuna zidd olaraq, həm vizioqraf, həm diş texniklərinə aid avadanlıqlar, implant qoyulması üçün iki ədəd işlək vəziyyətdə fiziodispenser, cərrahi tikiş materialları, abatmen və paketlənən, sterilizasiya edilən, lakin saxlama şərtlərinə riayət edilməyən cərrahi stomatoloji alətlər – kəlbətin və elevatorlar aşkar edilib.

Həmçinin, stomatoloji işlərə aid sənədlər yoxlanılarkən, AEM-in yoxlayıcı-mütəxəssislərinə iki həkim-stomatoloqların və bir diş texnikinin şəxsi işləri təqdim edilib. Həkimlərdən birinin (Əliyev Elşən Alik oğlu) sertifikatının olmaması aşkarlanıb, diş texnikinin isə təhsilini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyib. Eyni zamanda, hər həkimin vəzifə öhdəliklərində tibbi qeydiyyat sənədlərinin aparılması və bu prosesə nəzarət baş həkimin səlahiyyətlərinə aiddir. Vəzifə borclarını yerinə yetirmədiklərinə görə bütün tibb işçiləri məsuliyyət daşıyırlar.

Üçüncü iddia:

- “Klinikada lazer epilyasiyası ustalarının və SMM işlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlara nöqsan kimi göstərilməsi”.

- “Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün hara gedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki, bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirmək olmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki, onların lisenziyası yoxdur deyə yoxlama apara bilmirlər. Mən də bildirdim ki, bizim lisenziyamız var deyə yoxlama aparılır və belə xırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə heç yoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki sizin "İnstagram" üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, bu məqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?! Amma mən əminəm ki, bu, belə qalmaz".

Araşdırma zamanı yoxlayıcılar SMM-menecerinin (Əsədova Kəmalə Nazim qızı) , administrator (Şükürova Lalə Şirzat qızı), sürücü (Nəsirov Vahid Çingiz oğlu), xəzinədar (Daşdanova Aynur tariyel qızı) və sair qeyri-tibb personalının şəxsi işlərinin təqdim edilməsi tələb olunmayıb.

Gözəllik salonlarında aparılan yoxlama prosedurlarına gəldikdə, klinikada yoxlama zamanı mütəxəssislər rəhbərliyə hansı hallarda yoxlamalrın aparılmasını izah ediblər. Diqqətə çatdırılıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq plandankənar və planlı yoxlamalar hansı hallarda aparıla bilər.

AEM əməkdaşlarına ünvanlanan daha bir ittiham: “Yoxlama zamanı nazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı məqama gəlincə isə Rəna Soltanova bunu da təkzib edib:

"Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizə lisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlama zamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm. Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələmə veriblər".

Qeyd edək ki, Azərbaycanda faəliyyət göstərən özəl tibb müsəssisələrinə lisenziya AEM tərəfindən deyil, Səhiyyə Nazirliyinin rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilir. O ki, qaldı “emosional reaksiya”ya, dövlət qurumunun əməkdaşlarının öz vəzifə borclarını yerinə yetirməsi zamanı mobil telefonun üzərlərinə çırpılması, yüksək tonla danışılması, yuxarı instansiyalara şikayət və nəitcədə işdən qovulmaqla təhdid etməsi, və bu əməllıərin bir müəssisənin baş həkimi tərəfindən edilməsi, əslində həmin şəxsin vəzifə səlahiyyətləri aşmasıdır ki, bununla da Rəna Soltanova baş həkimin vəzifə təlimatlarnı oxumaqla tanış ola bilər. Vəzifə təlimatlarına uyğun olaraq, baş həkim nəinkui özünün, əməkdaşlarının da etik davranış qaydalarına necə riayət etməsinə nəzarət etməlidir.

Son olaraq bildirmək istəyirik ki, Azərbaycan hüquqi dövlətdir. Qeyd olunan klinikanın rəhbərliyi Analitik Ekspertiza Mərkəzinin yoxlama zamanı hər hansı bir qanun pozuntusuna yol verdiyini hesab edirsə, aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər".



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:402
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 25 Yanvar 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri