Icma.az
close
up
RU
Rəna Soltanovanın yeni oyunu: ŞOK FAKTLAR

Rəna Soltanovanın yeni oyunu: ŞOK FAKTLAR

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyən hər bir kəs sosial şəbəkə istifadəçisidir. Kimisi maraqdan, kimisi boşluqdan, kimisi işindən, kimisi də özünü reklam etmək üçün gününün bir çox saatını sosial şəbəkədə keçirir. Artıq elə bir dövür gəlib ki, biz müəllimi, ustanı, vəkili, hətda həkimi də sosial şəbəkəyə görə qiymətləndirir və seçirik. Bəs bu hal bizə necə təsir edir? Həqiqətənmi sosial şəbəkə üzərindən özlərini PR edən bu şəxslər öz sahələrinin peşəkarıdır? Onlar bizi aldadır, yoxsa həqiqətənmi vəzifəyə, bu peşəyə sahibdirlər. Gördükləri iş göz örtmək üçündür? Yoxsa sadəcə göstəriş?!
Məsələyə bir az həssas yanaşsaq və bizim üçün ən dəyərli olan insan həyatını göz önünə gətirsək, bu işə ilk olaraq həkimlərdən başlamaq lazımdır. Çünki insan həyatından daha önəmli həyatda heçnə yoxdur.
Müasir dövr dedik və həkim dedikdə ağıla ilk olaraq son dövrlər xanımların daha çox üz tutduğu kosmetoloqlar gəlir.
Bu günə qədər yüzlərlə qadın qeyri-peşəkar kosmetoloq və həkimlərin həyata keçirdiyi prosedurların qurbanı olub. Prosedurların düzgün icra edilməməsi, qeyri-peşəkarlıq və digər səbəblər nəticəsində zərərçəkənlərin bədənində çürümə və irinləmə halları müşahidə olunur.
 

Buna əsas səbəb isə bir çox “kosmetoloqların” qeyri-peşəkarlığı və özlərini sosial şəbəkələrdə “mükəmməl” göstərərək insanları aldatmalarıdır.
Adı tez-tez qalmaqallarda hallanan estetik kosmetoloq Rəna Soltanova ilə bağlı demək olar ki, hər gün yeni məlumatlar yayılır. Onun prosedurlarının qurbanı olmuş şəxslər davamlı olaraq açıqlamalar verir, ittihamlar səsləndirirlər.
Bu dəfə isə, “qəhrəmanımız” özünü sosial şəbəkədən “Turan Dövlətləri Tibbi Federasiyası”nın Azərbaycan üzrə estetik kosmetalogiya sahəsi üzrə rəhbəri kimi təqdim edib. Halbuki, belə bir Federasiyanın varlığına heç bir rəsmi mənbədə rast gəlmək mümkün deyil.
Bununla bağlı, Rəna Soltanovanın qeyd etdiyi “Turan Dövlətləri Tibbi Federasiyası”nın rəhbəri, professor Şahmar Milaniyə də sorğu göndərdik. Amma sorğumuz gözlədiyimiz kimi cavabsız qaldı.
Belə ki, özünü haqqında heç bir məlumat olmayan, hətda haqqında müsbət və ya mənfi bir informasiyaya rast gəlinməyən bu naməlum Federasiyanın vəzifəli şəxsi kimi təqdim edən Rəna Soltanova bu səfər insanları, izləyiciləri və ən əsası posientləri bu yolla özünə cəlb edərək yeni qurbanlar axtarışına keçib.
Görünən odur ki, artıq özünü hər cür PR edərək xəstələrini aldadan, onlara zərər vuraraq haqqında çıxan şikayət dolu xəbərləri həzm edə bilməyən kosmetoloq, çıxılmaz vəziyyətdə qaldığı üçün belə bir yola əl atır.
Mövcud vəziyyət bir daha sübut edir ki, estetik sahədə fəaliyyət göstərən şəxslərin peşəkarlığı və tibbi səlahiyyətləri ciddi şəkildə yoxlanmalı, insanların sağlamlığına cavabdeh olan bu sahədə nəzarət tədbirləri daha da sərtləşdirilməlidir. Həm pasiyentlərin hüquqları, həm də cəmiyyətin ümumi sağlamlığı naminə bu məsələ diqqətlə izlənilməli və cavabdehlik mexanizmləri daha təsirli şəkildə tətbiq olunmalıdır. (Veten.info)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri