Icma.az
close
up
RU
“Düşünürəm ki, Musayevlə Renduliçin işini müqayisə etmək o qədər düzgün deyil” “Sabah”dan ayrılan məşqçi

“Düşünürəm ki, Musayevlə Renduliçin işini müqayisə etmək o qədər düzgün deyil” “Sabah”dan ayrılan məşqçi

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Premyer-liqanın hər turu hansısa maraqlı hadisə ilə yadda qalır.

14-cü turdan sonra Krunoslav Renduliç istefa verdi. Onun “Sabah”dan ayrılacağı bəlkə də bir neçə tur öncədən gözlənilirdi. Artıq 7 oyundu qələbəyə həsrət qalan “bayquşlar” xorvatiyalı ilə sağollaşıb yerinə rusiyalı mütəxəssis Vasili Berezutskini gətirdi. Bir neçə gün əvvəl Renduliçin qapıçılar üzrə köməkçisi Vitali Kovalyov da komandadan ayrılmışdı. Artıq onun AFFA-nın qapıçılar üzrə maarifləndirmə kursunun baş təlimatçısı təyin edildiyi deyilir.
Bütün bu məsələlərlə bağlı Kovalyovla söhbətləşməyi lazım bildik. Mütəxəssis “Football-plus.az”ın suallarını cavabladı.
- “Sabah”dan ayrılandan sonra AFFA-da işləyəcəyiniz deyilir. Hazırda AFFA-da çalışırsız, yoxsa yenidən sizi məşqçi kimi görəcəyik?
- Bəli, internetdə AFFA-dakı fəaliyyətimlə bağlı yazılanları görmüşəm. Gələcəkdə belə ehtimalı istisna etməsəm də, indi konkret bir söz deyə bilmərəm. Üç il AFFA-da təlimatçı işləmişəm və deyə bilərəm ki, artıq bu sahədə təcrübəm var. Məşqçiliyə gəlincə, təkliflərə açığam və əminəm ki, yaxın gələcəkdə dəyişikliklər olacaq.
- Krunoslav Renduliç istefa verdi. Onun istefa verəcəyini əvvəldən bilsəydiz, yenə də klubdan ayrılardız?
- Klubdan getməyimin Renduliçlə heç bir əlaqəsi yoxdu.
- Onda rəhbərliklə aranızda hansısa problem, yaxud xoşagəlməz hal yaşanıb?
- Əvvəlki müsahibələrimdə demişdim ki, 6 ildi klubun üzvü olduğum üçün şadam. Gənc yerli qapıçılarla bağlı xeyli iş görülüb. Burda çoxlu təcrübə topladım və müəyyən uğurlar qazandım.
- “Sabah” “Makkabi” ilə səfər oyunundan sonra inanılmaz eniş yaşadı. Bunu nə ilə əlaqələndirirsiz? “Sabah”ın problemi nədədi?
- Təkcə Azərbaycanda yox, xaricdə də bir çox klublar avrokuboklardan sonra yerli çempionatda çətinlik yaşayır. Çox misal çəkmək olar. “Sabah”ın səbəbləri və problemləri ilə bağlı sualları daha konkret yalnız komandanın baş məşqçisi cavablaya bilər.
- Uzun illər “Sabah”da çalışdız. Əksəriyyət Murad Musayevin “Sabah” tarixində ən uğurlu məşqçi olduğunu düşünür. Siz necə düşünürsüz? Musayevi və elə Renduliçi də necə xarakterizə edərdiz?
- Sözsüz, Musayev "Sabah"ın tarixində ən uğurlu və titullu məşqçidi. Təsadüfi deyil ki, o, hazırda Rusiya premyer-liqasında liderlərdən biridi. Düşünürəm ki, Musayevlə Renduliçin işini müqayisə etmək o qədər düzgün deyil. Bunlar iki fərqli məşqçidi, hər birinin futbola öz baxışı və iş prinsipləri var.
- "Sabah" il ərzində iki dəfə baş məşqçisini dəyişib. Bu amil komandanın nəticələrinə nə dərəcədə təsir edir? Ümumiyyətlə, məşqçiləri tez-tez dəyişmək düzgün yoldumu?
- Məşqçinin dəyişdirilməsi komanda üçün həmişə stressdi. Bəzən müsbət təsir göstərir. Əksi də baş verə bilər. Bu nə dərəcədə düzgündü? Bunu ancaq müəyyən vaxt keçəndən sonra demək olar.
- Vasili Berezutskinin “Sabah”ı avrokuboklara çıxaracağına inanırsızmı? Rəhbərlik “Sabah”ı gənc mütəxəssisə tapşırmaqla risk etmədimi?
- Berezutski haqda heç nə deyə bilmərəm. Çünki onu şəxsən tanımıram və onun məşqçi fəaliyyətini də görməmişəm. Nəticələrə gəlincə, müasir futbolda baş məşqçinin yaşı ən önəmli meyar deyil.
RÖYANƏ OĞUZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2024 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri