Icma.az
close
up
RU
Renduliçlə başladı Bağırovla bitdi

Renduliçlə başladı Bağırovla bitdi

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümü başa çatıb.

Futbolpress.az-ın məlumatına görə, digər mövsümlər kimi builki “futbol ili” də bir neçə məşqçi dəyişikliyi edən klublarla yadda qaldı. Son olaraq – yəni dünən “Kəpəz”də Azər Bağırov postundan getdiyini açıqladı.

Mövsümdə ilk məşqçi dəyişikliyi “Sabah”la bağlıdır. “Bayquşlar” mövsümün əvvəlində Krunoslav Renduliçlə vidalaşmış və onun yerinə Vasili Berezutskini təyin etmişdi. Komanda rusiyalının başçılığı altında ölkə kubokunda finala yüksəlib, Premyer Liqada isə mövsümü 5-ci bitirib.

Digər dəyişiklik “Neftçi”də olub. Paytaxt təmsilçisi mövsümə Roman Qriqorçukla başlasa da, işlər istənildiyi kimi getmədi və ötən ilin oktyabrında onu Samir Abasovla əvəzlədilər. “Neftçi” Abasovun rəhbərliyi altında Premyer Liqanı 6-cı sırada bitirib.

“Sumqayıt” Samir Abasovun gedişindən sonra onun postunu Vaqif Cavadova tapşırdı. Bir neçə tur yaxşı oynayan komandada sonradan yaşanan enişlə bağlı Cavadovla yollar ayrıldı. “Sumqayıt” mövsümü 8-ci bitirib.

Bu mövsüm ən çox baş məşqçi dəyişən isə “Səbail” oldu. Əvvəlcə Şahin Diniyev, sonra Cavid Hüseynov komandanı elitada saxlamaq cəhdləri göstərdi. Uğursuz nəticələr hər iki məşqçi ilə vidaya səbəb oldu. Hazırda komandaya Elvin Məmmədov rəhbərlik edir. “Səbail” Premyer Liqada sonuncu olduq və liqanı tərk edəcək.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 May 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see385

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see357

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see345

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see268

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see263

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see259

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see249

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see200

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see185

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see181

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see180

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see176

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see170

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see167

Suriyada qaz boru kəmərində partlayış Təchizat dayandırıldı

19 Avqust 2026 06:56see159

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see158

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see149

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see149

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see148

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri