Rəngarəng, amma təhlükəli: Yeni il hədiyyələri ilə bağlı valideynlərə XƏBƏRDARLIQ
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Yeni il bayramı yaxınlaşdıqca mağazalarda uşaqlar üçün nəzərdə tutulmuş rəngarəng hədiyyə qutularının sayı artır. Şənlik, sevinc və sürpriz adı altında alınan bu qutular valideynlər üçün xoş niyyət, uşaqlar üçün isə bayram sevinci deməkdir. Lakin marketlərdə satılan bəzi Yeni il hədiyyə qutularının tərkibi hər il olduğu kimi bu il də suallar doğurur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Ölkə.Az-a açıqlamasında bildirib ki, Yeni il hədiyyələri ilə bağlı bayramdan sonra şikayətlər daxil olur.
Onun sözlərinə görə, zəhərlənmələr, ürəkbulanmalar, mədə-bağırsaq xəstəlikləri və s. hallar müşahidə edilir:
"Təəssüf ki, ildən-ilə vəziyyət nisbətən yaxşılaşsa da, problem köklü şəkildə aradan qalxmır. Bir vaxtlar geniş yayılmış hallardan biri vaxtı keçmiş məhsulların istehlakçılara Yeni il hədiyyəsi adı altında satılması idi. Təəssüf ki, bu, bu gün də davam edir. Valideynlər Yeni il hədiyyələrini alarkən daha çox şənliyə baxırlar, uşaqlar isə həmin məhsulları istehlak edirlər və nəticədə problemlər yaranır.
İstehlakçının hüququ var ki, məhsul alarkən onun istehsal və son istifadə tarixinə diqqət etsin. Qutunun içərisində olan məhsulların üzərində buraxılış tarixi və son istifadə müddəti göstərilmirsə, həmin malların geri qaytarılması məqsədəuyğundur. Lakin bəzi konfetlərin üzərində bu məlumatlar ümumiyyətlə olmur. Etiketlərin ölçüsü kiçik olduğu üçün istehlakçılar onları yoxlamaqda çətinlik çəkirlər.
Bu problem illərdir davam edir. Buna görə də valideynlər bu cür məhsulları alarkən xüsusilə diqqətli olmalıdırlar. Hər hansı problemlə üzləşdikdə isə 1003 qaynar xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat vermələri tövsiyə olunur".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 Dekabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















