Rəngkarlıq Muzeyində gənclər üçün “Dəniz, çox sağ ol!” layihəsi təqdim edilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 2 noyabr, AZƏRTAC
Rəngkarlıq Muzeyində “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı çərçivəsində gənclər üçün “Dəniz, çox sağ ol!” layihəsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, layihə uşaqlığın möcüzəsini və gənc istedadların sərhədsiz təsəvvürünü əks etdirir.
Layihə SÖZ Multidisiplinar İncəsənət Mərkəzi və Dövlət Uşaq Filarmoniyasının birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.
SÖZ Multidisiplinar İncəsənət Mərkəzinin təsisçisi və rəhbəri Nigar Həsənzadə AZƏRTAC-a açıqlamasında bildirib ki, çıxışçılar layihənin yaradılmasında incəsənət həftəsonu layihəsinin müəllifi və təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın lirik əsərlərindən ilhamlanıblar.
“Çıxışçılar poeziya, musiqi, rəqs və vizual sənəti birləşdirərək tamaşaçılara təqdim ediblər. İstedadlı gənc sənətçilər tərəfindən göstərilən proqram poeziyanın səsdə və hərəkətdə də yaşadığını xatırladır”, - deyə N.Həsənzadə əlavə edib.
Dövlət Uşaq Filarmoniyasının direktoru Səidə Tağızadə vurğulayıb ki, layihədə iki rəqs ansamblı, xor, solistlər və rəqqaslar çıxış edir. Direktorun sözlərinə görə, bu tədbir üçün sentyabrdan hazırlıq başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 03 Noyabr 2025 00:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















