Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Rəngli inqilablar” ssenarisi artıq ömrünü başa vurur

“Rəngli inqilablar” ssenarisi artıq ömrünü başa vurur

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan ABŞ–Avropa ziddiyyətləri fonunda

Dünyada qəribə olaylar yaşanmaqdadır. ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin icrasına başlar-başlamaz beynəlxalq aləm bir-birinə dəydi. Necə deyərlər, at izi it izinə qarışıb. Dünənədək demokrat olan Ukrayna Prezidenti Volodimir Zelenski diktator kimi qələmə verilir. Dünənədək eyni cəbhədə yer alan ABŞ və Avropa bir-birinin üzünə durur.

Yazımızda vəziyyətin nə üçün belə şəkil almasından söz açacaq, bəzi məqamlara aydınlıq gətirməyə çalışacağıq. Sonda isə bu proseslər fonunda Azərbaycanın mövqeyi barədə fikirlərimizi bölüşəcəyik. Bəribaşdan deyək ki, Azərbaycan qlobal dəyişikliklərin ziyanlarından etibarlı müdafiə modelini ortaya qoymuş ölkədir. Elə bir ölkə ki, fəaliyyəti ilə əbədi varlıq salnaməsi yaradır və bu, son dərəcə vacib məqamdır.

Ukrayna ətrafında gedən diskussiyalar, ilk növbədə, “rəngli inqilablar” ssenarilərinin tamamilə iflas göstəricisidir. Birmənalı şəkildə demək olar ki, sözügedən ssenari özünün son anlarını yaşayır. Kollektiv Qərbin SSRİ-nin süqutundan sonra anti-Rusiya dalğası çərçivəsində ortaya qoyduğu ən başlıca ideoloji xətt torpağa tapşırılır. Bu xətti basdıran ABŞ-dır. Onun qəbrini isə onilliklər ərzində məhz Avropa qazmışdı. Daha doğrusu, “Köhnə qitə” mövcud istiqamətdə xüsusi canfəşanlıq göstərmişdi.

Bəli, bu gün Qərbə, Avropaya inteqrasiya fonunda ortaya atılmış müqəddəsliyin saxtalığı özünü ən parlaq çalarlarla göstərir. Halbuki, zamanında ideya çox cəlbedici idi. Postsovet ölkələrində onun təşəkkülünə və inkişafına təsir göstərən bir sıra reallıqlar da müşahidə edilmişdi. Əvvəla, həmin ölkələrdə idarəçiliyin böhranı nəzərə çarpmış, yerli hakimiyyətlər rəngli inqilablara qarşı mütəşəkkil müqavimət sistemi qura bilməmişdilər. Onlar yeni dövrün şərtlərinə uyğunlaşmamış, “rəngli inqilablar”ın insan rifahı kazusu qarşısında gücsüz olmuşdular. Gücsüzlük isə iflası doğurmuşdu.

Burada siyasi amillərlə yanaşı, sosial məsələlər də öz rolunu oynamışdı. Zəif idarəçilik fonunda insanların sosial-iqtisadi və məişət şəraitin ağırlığı “rəngli inqilab” ideyasının cəmiyyətləri silkələməsinə səbəb olmuşdu. Bu silkələnmə Avropaya inteqrasiya baxımından ortaya atılmış vətəndaş azadlığı, demokratik, hüquqi dövlət kimi pafoslu təqdimatların şüurlara yeriməsi reallığını doğurmuşdu.

***

Digər məqama diqqət yetirək. Əslində, rəngli inqilablar dalğasını Qərbin SSRİ-ni dağıdan güc formulunun davam trayektoriyası kimi də qiymətləndirmək mümkündür. Məsələ burasındadır ki, Sovetlər Birliyinin süqutundan sonra Rusiyanın keçmiş müttəfiq respublikalarının əksəriyyətinə hansısa formada təsiri saxlanılırdı. Bəzilərinə çox, bəzilərinə az. Qərb bu təsiri görür və onu aradan qaldırmaq istəyirdi. Nəzərə alaq ki, həmin respublikaların cəmiyyətləri ənənəvi rus stereotiplərindən qıcıq keçirirdilər.

Yəni, bu amillər inqilabların uğurunu şərtləndirmişdi. SSRİ-nin parçalanmasına səy göstərməklə gözəl günlər görəcəyinə ümid bəsləyən sabiq sovet respublikaları elə zənn etmişdilər ki, inqilabla mübarizələrinin ikinci fazasını reallaşdırıb tam fərqli inkişaf yoluna çıxacaq və Avropanın sosial cəmiyyət industriyasının tərkib hissəsinə çevriləcəklər. Gözləntilər özünü doğrultmadı. Bu baxımdan ilk nümunə isə Gürcüstan oldu.

***

“Rəngli inqilab”ın, belə demək mümkünsə, ən uğurlu modeli sayılan Gürcüstan 2004-cü ildə Qərbpərəst Mixeil Saakaşvilinin Eduard Şevardnadzeni hakimiyyətdən uzaqlaşdırmasından sonra inkişaf yoluna qədəm qoymuş, bir sıra nailiyyətlər əldə etmişdi. Bu nailiyyətlər daha çox Qərbin ayırdığı külli miqdarda vəsait hesabına gerçəkləşmişdi. O vəsait ki, onun davamlılığı mümkünsüz idi.

Eyni zamanda, məhz Gürcüstanda Qərb ilk dəfə özünün əsl simasını göstərmişdi. Ölkəyə ona ayrılan pulların müqabilində hərəkətə keçmək göstərişi verilmişdi. Məlum olmuşdu ki, havayı pendir ancaq tələdə olur. Gürcüstan da tələyə düşmüş və 2008-ci ildə Rusiya ilə qeyri-bərabər müharibəyə cəlb edilmişdi. Qərb ölkənin aşkar məğlubiyyətini yalnız seyr etməklə kifayətlənmişdi. Nəticədə Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin pozulması faktoru daha da dərinləşmiş, Rusiya separatçı Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanımışdı. Yəqin, Ukraynaya nəzərən tarixin təkrarlandığının fərqinə vardınız.

Bəli, havayı pendir ancaq tələdə olur. Qərbin inqilab dalğasının “ərəb baharı” istiqaməti həmin dalğanın qlobal rəqabət olduğuna dair şübhələr yaratdı. Şübhələr get-gedə gücləndi. Zamanla Qərbin əsl məramını dərk edənlər də oldu, etməyənlər də. O isə fəaliyyətinə ara versə də, niyyətindən əl çəkmədi. Nəhayət, inqilab dalğası yenə Ukraynanı tutdu və V.Zelenski hakimiyyətə gəldi. Eyni proseslər Cənubi Qafqazda da yaşandı. Qərbpərəst Nikol Paşinyan Ermənistanda iqtidarı ələ keçirdi. Deməli, Ukrayna və Ermənistan köhnəlmiş “rənqli inqilab” klişesində səmimiyyət çaralarları axtarmağa baş vurdular.

***

Əvvəldə inqilabın hansı səbəbdən postsovet məkanı üçün cəlbediciliyini formalaşdıran, habelə, yerli hakimiyyətlərin səriştəsizliyi fonunda dəyişikliklərin labüdlüyünü doğuran amilləri sadaladıq. Gürcüstandakı inqilabın 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi ilə gətirdiyi acınacaqlı durumu diqqətə çatdırdıq. Ancaq başqa məqamlar da var idi və onların götür-qoy edilməsi ortaya bəzi suallar çıxarır: Qərb dünyası “rəngli inqilablar” gerçəkləşdirdiyi ölkələrin xalqlarını özününkü hesab edirdimi? Əlbəttə ki, yox! Qərb, həqiqətənmi, demokratiya və insan azadlığı meyarlarının dərinləşməsini istəyirdi? Xeyr! Ukraynada demokratiya qalib gəldimi, qanunun aliliyi təmin edildimi? Bəlkə demokratiya Ermənistanda uğur qazandı?

Əlbəttə, Ukrayna və Ermənistan demokratik olmadılar. Gürcüstanda zamanında bu istiqamətdə hansısa işlər görülsə də, Ukraynada və Ermənistanda heç bir tədbir reallaşdırılmadı. Ermənistan Qərb demokratizmini Cənubi Qafqaza yaymaq kimi başından böyük işə başladı. Ölkə Azərbaycanla müharibəyə girişdi və rüsvayçı məğlubiyyətlə üzləşdi. Bu gün də həmin məğlubiyyət onun boynundan asılmış ağır yükdür. Ukraynada isə Zelenskinin inqilabçıları özlərini Rusiyaya qarşı çıxmağa köklədilər. Onlar Qərbin yarımçıq qalmış işinin davamını gətirməyə girişdilər.

Onu da deyək ki, Qərb gürcü xalqına müəyyən rifah üstünlükləri qazandırmaqla, əsl simasını pərdələmişdi. Ancaq Ukraynada və Ermənistanda məqsədinə doğru tam kamuflyajsız getdi. Görəsən, hər iki ölkənin cəmiyyətləri niyə bunun fərqinə varmadılar? Axı, haqqında söz açdığımız “ərəb baharı” ssenarisi də var idi. Həmin ssenaridən sonra Liviyanın, Tunisin və Misirin düşdüyü acınacaqlı durumu görmək bu qədərmi çətin idi?

***

Beləliklə, “rəngli inqilablar” dalğasının xalqlara rifah gətirməməsi şəraitində Qərbin ortaya atdığı oyun qaydaları göstərdi ki, onun gerçək məqsədi demokratiyanı, insan hüquq və azadlığı kimi ali dəyərləri dünyaya yaymaq deyil, Şərqə doğru genişlənmək, SSRİ-nin süqutunu formalaşdıran ssenarini Rusiyaya tətbiq etmək, ölkənin çəmbərini daraltmaqdır. Baxın, bu gün Ermənistanda Azərbaycanla şərti sərhəddə Avropa İttifaqının mülki müşahidə missiyası keşik çəkir. Missiya, guya ki, sərhəd insidentlərinin qarşısını almaq istəyir. Halbuki, düşüncə başqadır. Qərbin baxışında müstəqil siyasət yeridən Azərbaycana qarşı qəzəb var. Bu qəzəb hətta o qədər güclüdür ki, Qərb mediası ölkəmizi Rusiya meyilli kimi qələmə verir. Ermənistandakı missiyanın əlində binokl tutan təmsilçiləri isə özlərini Rusiyanın təsir zonasının həndəvərində dayanan qismində təsəvvürə gətirirlər. Onlar üçün işlərinin müqəddəslik parametri məhz budur.

Ümumən, Aİ-nin baxışı vurğuladığımızdan ibarətdir. Qurum Ermənistanı anti-Rusiya qalası kimi möhkəmləndirməyi, Moskvaya qarşı ikinci cəbhə açmağı düşünür. Gürcüstanda ötən il keçirilmiş parlament seçkilərindən sonra iğtişaş dalğası ona görə güclü olmuşdu ki, Qərb bu ölkəni də anti-Rusiya cəbhəsinə çevirmək istədi. Çalışmışdı ki, orada özünə yaxın qüvvələr hakimiyyətə gəlsinlər. Lakin Gürcüstanda 2004-cü ilin hadisələrini təkrarlamaq cəhdləri uğursuz alındı.

***

Bəli, “rəngli inqilablar” dalğası xalqlara rifah gətirmədiyi kimi, saxtakarlıqları da ortaya qoydu. Məlum oldu ki, Qərbin demokratiya və insan hüquqları ilə bağlı fundamental postulatları yalnız onları ayrı-ayrı ədəbiyyatlardan oxuyanda cəlbedicidir. Çünki Qərb həmin postulatları inqilab məkanlarına gətirmək barədə düşünmür. Nəinki düşünmür, başı Rusiya və Çinlə qlobal rəqabətə qarışmış Qərb ali prinsipləri öz ölkələrində də pozur. Diqqət yetirək, Avropanı etirazlar dalğası bürüyür, yerli hakimiyyətlər bunun qarşısına yalnız zor aparatı ilə çıxırlar. Məşhur Azərbaycan filmi “Nəsimi”də deyildiyi kimi, hanı sizin kəlamınızın kəraməti? Axı, obrazlı ifadə etsək, baş kəsməklə qələbə qazanmaq olmur.

Deməli, tam əminliklə demək olar ki, hazırda Qərb dünyasının böhranı mütərəqqi dəyərlərdən uzaqlaşma nəticəsində baş verib. Bunu ABŞ-ın hazırkı administrasiyası çox yaxşı dərk etdiyindən, Avropanın tənqidinə girişib. Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens bildirir ki, “Köhnə qitə”nin hakimiyyətləri öz vətəndaşlarından qorxurlar. Belə bir durumda D.Trampın Zelenskini “diktator” adlandırması məntiqidir. O anlamda ki, Ukrayna Prezidentinə dəstək verən Avropa hakimiyyətləri öz vətəndaşlarından qorxan kimi təsəvvürə gətirilirlərsə, onlardan qat-qat aşağı kimi qiymətləndirilən Zelenskiyə diktator deyilməsi təəccüblü sayılmamalıdır.

***

Sonda bütün bu dediklərimiz fonunda Azərbaycan amili barədə söz açaq. Tam qətiyyətlə demək olar ki, ölkəmiz güclü dövlətçilik modeli ilə bütün kənar təsirləri özündən uzaqlaşdırmağı bacarıb. Bu gün D.Trampın şəxsində ABŞ Avropanı ənənəvi dəyərlərdən uzaqlaşmaqda günahlandırırsa, Azərbaycan Qərbin insan hüquqları, söz və ifadə azadlığı kimi ali prinsipləri ayaqlar altına atdığının anonsunu lap çoxdan vermişdi. Nəinki vermiş, eyni zamanda, bu cür mənfi tendensiyaya qarşı müqavimət formalaşdırmağı bacarmışdı.

Azərbaycan iqtidarı özünün balanslı siyasət xətti ilə yanlız milli maraq və mənafelərdən çıxış etmiş, prinsipial və qətiyyətli mövqe tutmuşdu. Bunun nəticəsində ölkəmiz qlobal oyunlarda alətə çevrilməmişdi. Dövlət aparatının idarəçiliklə bağlı yeni forma və metodlara uyğunlaşması isə daxili problemlərin aradan qaldırılmasında dinamiklik yaratmışdı.

Bir sözlə, Azərbaycan hakimiyyəti özünün məqsədyönlü fəaliyyəti ilə “rəngli inqilablar” mühitini doğuran amilləri tamamilə sıradan çıxarmışdı. Ona görə də bu gün ölkəmiz inkişaf edir. Nəzərə alaq ki, bu inkişaf həm də gələcək üçün təminatdır. Əvvəldə də vurğuladıq ki, bu təminat əbədi varlıq salnaməsidir. Yaşasın müstəqil Azərbaycan!

Əvəz CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:308
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri