Renuarın 4 əsərini oğurladılar Fransada daha bir muzey qalmaqalı
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransanın Kan-sür-Mer kommunasında naməlum şəxslər məşhur fransız impressionisti Oqüst Renuarın muzeyindən dörd rəsm əsərini oğurlayıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TF1 telekanalı mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, iki qarətçi səhər saatlarında muzeyə daxil olub. Onlar rəsmləri çərçivələrdən kəsərək götürüblər. Siqnalizasiyanın işə düşməsindən sonra hadisə ilə bağlı polisə məlumat verilib.
Ümumilikdə 4 əsərin oğurlandığı ehtimal edilsə də, onların adları hələ açıqlanmayıb. Qarətçilər hadisə yerindən qaçarkən rəsmlərdən birini yerə salıblar. Aparılan rəsmlərin dəyəri 9 milyon avro olaraq qiymətləndirilir.
Ümumilikdə muzeydə Renuarın 13 rəsmi, həmçinin digər rəssamların əsərləri sərgilənir.
Qeyd edək ki, son illərdə Fransa muzeyləri dəfələrlə qarətçilərin hədəfinə çevrilib. Ən səs-küylü hadisə 2025-ci ilin oktyabrında Luvr muzeyindən cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanın oğurlanması olub. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro olaraq qiymətləndirilir. Daha sonra “Deni Didronun Maarifçilik Evi”ndə qızıl və gümüş sikkə kolleksiyası, Vingen-sür-Moder şəhərində yerləşən Lalik Muzeyində isə təxminən 4 milyon avro dəyərində tarixi zinət əşyaları ələ keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 08 Sentyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















