Icma.az
close
up
RU
Repetitor dərsləri sosial təzyiq yaradır, uşaqları süni rəqabətə sürükləyir Ekspertdən ETİRAZ

Repetitor dərsləri sosial təzyiq yaradır, uşaqları süni rəqabətə sürükləyir Ekspertdən ETİRAZ

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İbtidai sinifdə uşaqlara repetitor dərsləri ilə əlavə təhsil vermək valideynlər arasında geniş yayılmış tendensiyadır. Lakin bu praktikanın uşaqların psixoloji və təhsil inkişafına təsiri barədə suallar da mövcuddur:

Bəs uşaqları ibtidai sinifdən repititor yanına göndərmək doğrudurmu?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Redaktor.az-ın sualına cavab olaraq bildirdi ki, uşaqları ibtidai sinifdən repetitor yanına göndərmək məsələsi, çox yönlü şəkildə dəyərləndirilməlidir. Onun sözlərinə görə, ilk baxışda valideynlər bunu övladlarının uğuru üçün etdiklərini düşünürlər, amma dərinlikdə bu yanaşma uşağın təlimə münasibətinə, psixoloji durumuna və təhsil fəlsəfəsinə mənfi təsir göstərə bilər:

"İbtidai sinif dövrü uşağın öyrənməyə olan sevgisinin formalaşdığı, dünyanı kəşf etməyə marağının yarandığı mərhələdir. Bu yaşda əsas məqsəd uşağa məlumat əzbərlətmək yox, öyrənməyi öyrətmək, maraq hissini canlı saxlamaq, məktəb mühitinə müsbət emosional münasibət yaratmaq olmalıdır. Uşaqların təhsil həyatına bu qədər erkən müdaxilə etmək, yəni repetitor dərsləri ilə artıq proqramın fövqünə çıxmaq, onların təbii öyrənmə prosesini pozur. Uşaq bir müddət sonra öyrənməyi zövq üçün deyil, sadəcə “tapşırıq yerinə yetirmək” və ya “müəllim və valideyni razı salmaq” üçün görməyə başlayır. Bu isə uzunmüddətli perspektivdə yaradıcılığın, tənqidi düşüncənin və təşəbbüskarlığın qarşısını alır".

Ekspertin fikrincə, valideynlər çox zaman məktəb sisteminə inamsızlıq və ya gələcəkdə imtahanlara daha hazır olmaq məqsədilə bu addımı atırlar:

"Amma ibtidai sinifdə repetitor tədrisi uşağın inkişafında real ehtiyacdan çox, sosial təzyiqlərin nəticəsidir. Bu, həm də uşaqlar arasında süni yarış mühiti yaradır, “kim daha çox dərs oxuyur” kimi yanlış bir müqayisə atmosferi formalaşdırır. Halbuki bu yaşda uşaqların bir-birinə qarşı rəqabət aparması yox, birgə öyrənmə və əməkdaşlıq bacarığı inkişaf etdirilməlidir. Digər tərəfdən, ibtidai sinif müəllimlərinin rolu burada çox vacibdir. Əgər müəllim şagirdin fərdi xüsusiyyətlərini nəzərə alır, onun potensialına uyğun yanaşma sərgiləyirsə, uşağın əlavə dəstəyə ehtiyacı qalmır. Təəssüf ki, bəzi hallarda tədris sistemində yüklənmə və ya siniflərdə çoxsaylı şagird problemi valideynləri repetitor axtarışına yönəldir. Amma bu, problemi kökündən həll etmir, əksinə, uşağın gündəlik yüklənməsini artırır və bəzən öyrənmə prosesini cansıxıcı hala gətirir. İbtidai sinifdə uşaqlara əlavə dəstək lazım ola bilər, amma bu, fərdi məşğələlər, maraq yönümlü fəaliyyətlər və oyun əsaslı öyrənmə ilə olmalıdır, repetitor dərsləri ilə deyil. Uşağa öyrənmə sevgisini aşılamaq, onun sual verməkdən çəkinməməsini təmin etmək, özünü ifadə etmə bacarığını inkişaf etdirmək bu mərhələdə ən mühüm vəzifədir".

Müsahibimiz hesab edir ki, uşaqları ibtidai sinifdən repetitor yanına göndərmək doğru istiqamət deyil:

"Əgər təhsilimizin təməlində öyrənməyi sevən, düşünən, araşdıran və öz potensialına inanan bir nəsil yetişdirmək dayanırsa, onda bu yaşda uşağa əlavə yüklənmə deyil, balanslı, maraqlı və şəxsiyyət yönümlü tədris mühiti təmin edilməlidir. Təhsil yarış deyil, inkişaf prosesidir, uşaqlar da bu prosesin mərkəzində sevinc və maraqla yer almalıdırlar".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 Oktyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see218

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see212

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see191

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see178

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see178

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see171

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see167

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see164

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see154

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see146

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri