Icma.az
close
up
RU
Report Media Məktəbinin 20 ci qrupu təlim proqramına qoşulub

Report Media Məktəbinin 20 ci qrupu təlim proqramına qoşulub

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Global Media Group" Media Akademiyasının tərkibində fəaliyyət göstərən "Report" Media Məktəbinin sayca 20-ci qrupu yeni təlim proqramına qoşulub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, müraciət edənlərdən 11 tələbə agentlikdə xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcək. Təlim dövründə xəbər jurnalistikasına önəm veriləcək.

"Report" informasiya agentliyinin direktoru Fuad Hüseynəliyev tələbələrlə görüşdə bildirib ki, xəbərin jurnalistika standartlarına uyğun hazırlanması prioritet məsələlərdən biridir:

"Bir agentlik olaraq xəbərlərin mümkün qədər geniş auditoriyaya çatdırılmasında maraqlıyıq. Xəbərin doğru təqdim edilməsinə, beynəlxalq standartlara uyğun olmasına daim çalışırıq. "Report" Media Məktəbindəki təlim kursu da tələbələrin xəbərin hazırlanma prosesini tam mənimsəməsinə yönəlib".

"Global Management" MMC-nin İnsan resursları departamentinin baş meneceri Mələknaz Yusifova tələbələri ümumi qaydalarla tanış edib:

"Davamiyyət məsələsinə diqqətli yanaşmağınızı xahiş edirəm. Təlimə vaxtı-vaxtında gəlmək, nizam-intizam qaydalarına riayət etmək gələcək karyeranızın uğurlu olmasına zəmin yarada bilər. Bacarıqlı, bu sahəyə həvəsi olan tələbələri işlə təmin etməkdə maraqlıyıq".

"Report" Media Məktəbinin rəhbəri və təlimçisi İsmayıl Rafiqoğlu tədris prosesi ilə bağlı fikirlərini bölüşüb:

"Qrupun əksəriyyəti Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsinin tələbələrindən ibarətdir. Bakı Slavyan Universiteti və Bakı Dövlət Universitetinin jurnalistika fakültələrinin də məzunları var. Tələbələrin çoxu bir neçə xarici dili mükəmməl bilir, yüksək intellekti ilə seçilir. Onlardan yaxşı nəticə gözləyirik".

Qeyd edək ki, "Report" informasiya agentliyinin tərkibində olan "Report" Media Məktəbində 2018-ci ildən təlimlər keçirilir. Media məktəbinin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə çatdırmaq, jurnalistika peşəsinə həvəs duyan və bu sahə üzrə işləmək istəyən şəxslərin potensialını üzə çıxarmaq, peşə üzrə praktik bilik və bacarığın artırılmasını təmin etməkdir. İndiyədək "Report" Media Məktəbini onlarla gənc bitirib. Həmin gənclər ölkənin müxtəlif media qurumlarında çalışırlar.

"Report" informasiya agentliyi 2021-ci ildən "Global Media Group" media şirkətləri qrupunun tərkibində fəaliyyət göstərir. Burada yaradılan Media Akademiyası müasir mediada karyera qurmaq istəyən gənclərə geniş imkanlar təqdim edən tədris platformasıdır. Akademiyada tələbələrə keyfiyyətli təhsil və praktik təcrübə təqdim edilir.

Qalereya

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://baku.ws
archiveBu xəbər 17 Fevral 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri