Icma.az
close
up
RU
Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü? Mirmehdi Ağaoğlu

Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü? Mirmehdi Ağaoğlu

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Mirmehdi Ağaoğlunun "Köylü qızının Mirzə Qədimə çevrilməkliyi" yazısını təqdim edir.

Qərbi Azərbaycan İcmasının yerləşdiyi Gülarə Qədirbəyova küçəsinin adı dəyişdirilib. Belə ki, XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamın anadan olmasının 200 illiyi münasibətilə həmin küçənin adını Mirzə Qədim İrəvani qoyublar.

Məni burda bir neçə məqam narahat edir. Əvvəla, Gülarə Qədirbəyova Azərbaycanın ötənəsirki tarixində müəyyən rol oynamış şəxsiyyətdir. Jurnalist olub, “Şərq qadını” jurnalının baş redaktoru kimi işləyib, sovetlərin quruculuğunda iştirak edib və sair və ilaxır.

Sonra da bu bədbəxt qızının repressiya illərində başına iş açıblar. Onu Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn, o cümlədən müsavatçı ziyalılarla dostluq əlaqələrində günahlandırıb, əksinqilabi təşkilatın üzvü kimi antisovet fəaliyyətdə ittiham ediblər. Nəhayət, ərini güllələyiblər, qardaşını və özünü isə tutub sürgün ediblər. İşgəncələrə dözə bilməyən 39 yaşlı Gülarə də 1942-ci ildə Sibirdə vəfat edib. 1957-ci ildə də günahsız olduğu sübut edilib, bəraət alıb.

Daha mən orasını bilmirəm, bu qadın Sovet hökumətinin əleyhinə, həqiqətən, gizli-gizli mübarizə aparırmış, yoxsa o vaxt kiminsə qəzəbinin qurbanı olub. Hər halda yekunda bu xanımın adı Bakıdakı balaca küçələrdən birinə verilib.
Hamı da Heydər Əliyev Mərkəzinin qarşısındakı küçəni o cür tanıyıb.
İndi birdən-birə o xanımın adını bu küçədən götürməyin səbəbi nə idi?

Əgər əsas arqument kimi Qərbi Azərbaycan İcmasının (QAİ) yerləşdiyi küçə götürülübsə, sabah QAİ başqa ünvana köçsə, nə olacaq? Onda İcma İrəvani küçə adını da özü ilə aparacaq?

Məgər Bakıda İrəvaninin adının verilə biləcəyi başqa küçə yox idimi? Niyə bu bədbəxt qızının nakam ruhunu narahat edirdiniz? Niyə birini düzəldəndə birini də dağıdırsınız?

Gələk məsələnin “daimilik”, “qalıcılıq” tərəfinə.
Bakıda heç bir şey daimi, qalıcı deyil. Bu artıq aksiomdur. Sübut olunub. Şəhərin düz ortasında, gündüzün günorta çağı 150-200 il əvvəl tikilmiş hansısa bina “daşdan keçən” bir bəhanə ilə sökülə bilər, heç kəsin də tükü tərpənməz. İllərlə hamının bir adla tanıdığı məşhur küçənin adı bir qələmlə dəyişdirilər, kimsənin vecinə olmaz. Bu cür nümunələr çoxdur. Son illərin statistikasına baxın, görün Bakıda nə qədər küçənin adı dəfələrlə dəyişib.

Nəticədə nə baş verir? İstər-istəməz hamının şüuraltında belə bir fikir formalaşır ki, Bakıda hər şey an dəyişə bilər, heç nə daimi, qalıcı deyil. Ona görə də Bakıda heç bir küçənin adı yadda qalmır. Heç kəs küçə adına fikir vermir. Ünvanı deyirsən, tanımırlar. Gərək, mütləq həmin ərazidə yerləşən hansısa bir şadlıq sarayının, başqa bir məşhur yerin də adını çəkəsən. Yoxsa, tanıyan olmayacaq.
Ona görə yox ki, adamlar tənbəldirlər, Bakını küçə-küçə əzbərlərmək istəmirlər. Ona görə ki, bu gün adını öyrəndikləri küçənin sabah heç bir səbəb gətirilmədən, ötkəm qərarla adının dəyişdirilə biləcəyindən əmindirlər. Necə ki Qədirbəyova bir gecəyə İrəvani olur (Mən hələ orasını soruşmaq istəmirəm ki, gərçi bu qədər böyük şəxsiyyət idisə, niyə bu vaxta kimi adına küçə olmayıb?). Gülməli bir səbəbdən: Qərbi Azərbaycan İcması o küçədə yerləşdiyi üçün.

Bax, Bakıda hər şey, hətta küçə adları belə fani, ötəri, müvəqqəti, güvənilməz olduğu üçün doğma şəhərimizi sevə bilmirik. Çünki qalıcılıq yoxdur!

Ötəri olanın nəyini sevəsən?

Təəssüf!

"On milyonluq xalqın bir milyonu müğənnidir" - Polkovnik müğənni Azad Zamanov O daha "Kuruluş Osman"da oynamayacaq “Aygünlərin, röyaların musiqimizi təmsil etməsi dəhşətdir” - Şeyx Əbdüllə müsahibə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://kulis.az
archiveBu xəbər 11 Aprel 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri