Icma.az
close
up
RU
RƏQABƏTSİZ SEÇKİ... Partiyalar bələdiyyə seçkilərində necə iştirak edir? AzPolitika onlayn siyasi ictimai qəzet

RƏQABƏTSİZ SEÇKİ... Partiyalar bələdiyyə seçkilərində necə iştirak edir? AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Azərbaycanda bələdiyyə seçkilərinə 2 həftə qalsa da, ölkədə seçki ab-havasının olduğunu söyləmək çətindir. Cəmiyyət obyektiv və bəzi subyektiv səbəblərdən yerli özünüidarə qurumlarına maraq göstərmir. Elə siyasi partiyalar da bələdiyyələrdə təmsilçilik uğurunda bir-biri ilə rəqabət aparmırlar. Seçki ancaq Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil edib həyata keçirdiyi texniki prosedurların yerinə yetirilməsindən ibarətdir.

MSK-nın məlumatına görə, bələdiyyə seçkilərində 16 min 128 nəfərin namizədliyi qeydə alınıb. Bu namizədlər 23 siyasi partiyanı təmsil edirlər. Apardığımız araşdırma zamanı öyrəndik ki, namizədlərin 10 mindən artığı hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir.

Digər partiyaların təmsilçiləri 300 nəfərə çatmır. Bir çox rayinlarda namizədlərin müəyyən olunması ilə daha çox yerli icra hakimiyyətləri və onlara tabeli qurumlar məşğul olub.

Seçkilər haqqında məlumatı MSK-nın saytından əldə etmək olar. Amma bu qurum da medianın istədiyi bütün statistik məlumatları öz saytında yerləşdirməyib.

Hazırda davam edən seçki kampaniyasında ən aktiv iştirak edən hakim partiyandır. YAP-ın bütün şəhər-rayon şöbələrində namizədlərlə görüşlər keçirilir. Yayılan fotolardan belə təəssürat yaranır ki, sadə vətəndaşlar namizədlərin görüşlərinə qatılıb, onların seçki platformaları ilə tanış olmağa elə də həvəsli deyillər. Elə şəhərdə MSK-nın ayrıdğı təbliğat-təşviqat yerlərinin də çoxu boşdur. Namizədlərdən tək-tükü təşviqat materialları hazırlayıb, mediada, sosial şəbəkələrdə təbliğat aparır.


Hakim partiyanın saytında və mətbuat orqanlarında da namizədlərlə görüşlərərdən hazırlanan materiallara geniş yer ayrılır. YAP namizdləri seçkidə mütləq qələbə çalacaqlarına əminliklərini ifadə edirlər. Amma “hansı rəqibin üzərində?” sualı qoyularsa, cavabsız qalar...

Sorğu apardığımız partiyaların rəhbər şəxsləri də suallara çox könülsüz cavab verdilər. Belə məlum olur ki, onların bələdiyyə seçkilərindənm ciddi bir bir gözləntiləri yoxdur.

Müsavat Partiyası Məclisin sədri Arif Hacılı “AzPolitika”-ya bildirdi ki, bütün ölkədə olduğu kimi, müsavatçılar arasında da bələdiyyə seçkilərinə maraq azdır.

“Bir neçə rayonda üzlərimiz seçkilərə qatılıb, onların sayı çox deyil”, -deyə, Hacılı yekunlaşdırıb.

ReAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli isə bildirib ki, 30-a yaxın namizəd irəli sürülsə də sonradan bəziləri geri çəkildi, bəzilərinin isə namizədliyi qeyd alınmadı: “Dörd namizədimiz qeydə alınmadı, hazırda 15 namizədimiz var . Onlar iddialı və öz icmalarında tanınmış insanlrdır və inamlı şəkildə seçki kampaniyası aparırılar. Onlardan 3-ü xanım, digərləri isə bəylərdir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə də partiyanın seçkilərdə 30-dan artıq namizədlə iştirak etdiyini deyib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə partiyanın seçkilərdə namizədlər iştirak etmədiyini bildirib. “Onsuz da formaldır, beş-altı namizədimiz rayonlardan öz təşəbbüsü ilə seçkilərdə iştirak edirlər”. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də partiya olaraq bələdiyyə seçkilərində iştirak etmədiklərini bildirib.

“Cəmi 3-4 namizədmiz öz təşəbbüsü ilə prosesə qoşulub, biz də onları müdafiə edirik”, - o, qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Yanvar 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri