Icma.az
close
up
RU
Trampın İran mesajı: Yazılı zəmanət tələbi nəyi dəyişir?

Trampın İran mesajı: Yazılı zəmanət tələbi nəyi dəyişir?

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Trump İranın nüvə silahı əldə etməyəcəyinə dair yazılı zəmanət tələb etməklə Vaşinqtonun Tehrana qarşı təzyiq strategiyasını daha açıq mərhələyə keçirib. Trampın “İrana böyük hücuma hazırlaşırdıq” açıqlaması regionda hərbi risklərin hələ də gündəmdə qaldığını göstərsə də, Qətər, Səudiyyə Əərbistanı və United Arab Emirates-in vasitəçilik səyləri diplomatik həll imkanlarını gücləndirir. ABŞ-ın hərbi variantı gündəmdə saxlaması fonunda Yaxın Şərqdə yeni təhlükəsizlik balansının formalaşdığı müşahidə olunur.Vaşinqtonun İrandan yazılı öhdəlik tələb etməsi yeni nüvə sazişinə gedən yolun başlanğıcıdır, yoxsa Tehrana qarşı növbəti təzyiq mərhələsi?

Siyasi şərhçi Sədrəddin Soltan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-nin İrandan tələbləri dəyişməz olaraq qalır: “Yəni İranın nüvə proqramı ilə bağlı ABŞ əsas olaraq Tehranın atom silahı əldə etməsinə qarşı çıxır və bu məsələ indiyə qədər tərəflər arasında irəli sürülən təkliflərin ana xəttini təşkil edib. Eləcə də İranın regionda silahlı qüvvələr və təsir imkanları saxlaması, terrorçu qrupları dəstəkləməsi və raket istehsalını dayandırması Vaşinqtonun əsas şərtləri sırasında qalmaqdadır. Bu baxımdan İranla ABŞ arasında problemlərin hərbi yolla həlli variantı da hələ də gündəlikdə qalır.

Həm İran, həm də ABŞ məsələ ilə bağlı sərt mövqe nümayiş etdirir. ABŞ problemin hərbi yolla həllinə hazır olduğunu göstərməyə çalışırsa, İran da cavab tədbirləri görmək gücündə olduğunu bildirir. Belə bir şəraitdə region ölkələri – Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri – yeni hərbi əməliyyatların baş verməməsinə üstünlük verir. Xüsusilə ötən fevralın 28-dən başlayan hərbi əməliyyatlar zamanı bu ölkələrin ərazilərinin raket hücumlarına məruz qalması Körfəz dövlətlərini daha ehtiyatlı davranmağa vadar edib və onlar problemin diplomatik yollarla həllinə üstünlük verdiklərini açıqlayıblar.

Hətta bir müddət əvvəl Səudiyyə Ərəbistanı ərazisindən və ümumilikdə Körfəz ölkələri ərazilərindən İrana qarşı hərbi əməliyyatlarda istifadə olunmaması ilə bağlı müəyyən təşəbbüslərin irəli sürüldüyünə dair məlumatlar yayılmışdı. Bu isə onu göstərir ki, region ölkələri, xüsusilə ABŞ-nin strateji tərəfdaşları İranla birbaşa hərbi qarşıdurmanın əleyhinədir və öz ərazilərinin hücum platformasına çevrilməsini istəmirlər”.

Sədrəddin Soltan hesab edir ki, bu vəziyyət perspektivdə ABŞ-nin regiondakı təhlükəsizlik problemlərini hərbi yolla həll etməsini çətinləşdirən amillərdən biri kimi çıxış edir. İranın öz daxilində də vəziyyət heç də ürəkaçan deyil. Ölkə iqtisadiyyatının ağır vəziyyətə düşməsi, neft ixracının demək olar ki, minimum səviyyəyə enməsi və sanksiyaların yaratdığı təzyiqlər Tehran üçün ciddi problemlər yaradır. Bu baxımdan Vaşinqtonun İrana qarşı əsas təzyiq vasitəsi kimi hərbi müdaxilədən daha çox iqtisadi və siyasi sanksiyalara üstünlük verməsi ehtimalı daha yüksək görünür.

“Son dövrlərdə Pakistan rəsmilərinin İrana səfərləri və ABŞ ilə münasibətlərin tənzimlənməsi istiqamətində müəyyən təklif paketlərinin müzakirə olunması da göstərir ki, həm region ölkələri, həm də Vaşinqton gərginliyin azaldılması üçün daha çox diplomatik variantlara üstünlük verirlər. Bu, eyni zamanda nüvə sazişi məsələsində də özünü göstərir. Bir müddət əvvəl Donald Trump bəyan etmişdi ki, İranın müəyyən nüvə texnologiyalarını məhdud şəkildə inkişaf etdirməməklə bağlı öhdəlik götürməsi variantı da müzakirə oluna bilər. Halbuki əvvəllər ABŞ ümumiyyətlə İranın nüvə sənayesinin tamamilə dayandırılmasını tələb edirdi.

Başqa sözlə, əvvəlki dövrlərlə müqayisədə müəyyən yumşalma elementləri müşahidə olunur. ABŞ-nin İranın bəzi məhdud fəaliyyətlərinə razılıq verməsi tərəflər arasında gərginliyin azaldılması və kompromis imkanlarının yaranması üçün atılan addımlar kimi qiymətləndirilə bilər. Bütün hallarda Vaşinqtonun problemlərin həllində danışıqlar və diplomatik kanallara üstünlük verməsi ehtimalı hələ də istisna edilmir. Bu həm də Tehranın xeyrinədir, çünki müharibə aparmaq üçün Tehranın artıq gücü qalmayıb”, – deyə o qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 May 2026 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri