Icma.az
close
up
RU
Rəqəmsal dövrdə kitabxana informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi

Rəqəmsal dövrdə kitabxana informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

 Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans 7 ölkənin - Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Polşa, Belarus və Rusiyanın 38 təşkilatının iştirakı ilə gerçəkləşdirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin MEK-in foyesindəki büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr edilmiş sərgiyə baxış keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.

Plenar iclasda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxananın tarixinə nəzər salıb. Qeyd edib ki, Mərkəzi Elmi Kitabxananın inkişafında iki mərhələ xüsusi rol oynayır: “Bunlardan birincisi Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdir. Həmin illərdə Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, o cümlədən Mərkəzi Elmi Kitabxanada yeni fondlar yaradılıb, kitab ehtiyatı zənginləşdirilib. Mərkəzi Elmi Kitabxananın fəaliyyətində ikinci önəmli mərhələ isə Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə kitabxananın yeni binasının tikilməsi və özünün iştirakı ilə 2014-cü il mayın 5-də istifadəyə verilməsidir. Məhz Prezidentin qayğısı nəticəsində bu gün müasir standartlara cavab verən kitabxana qurulmuşdur”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

“Mərkəzi Elmi Kitabxana dünya kitabxanalarına da qoşulub. Əgər ilin əvvəlində dünyanın 81 kitabxanasına qoşulmuşduqsa, artıq bu rəqəm 120-ni keçib. ABŞ, Fransa, Böyük Britaniya və bir çox ölkənin zəngin kitabxanasını onlayn oxuya bilirik və bu proses davam edir. AMEA-nın 80 illik yubileyi çərçivəsində Mərkəzi Elmi Kitabxananın Akademiklər zalı yenidən qurulub, Akademiklər fondu, oxu zalı yaradılıb. MEK-in əsas fəaliyyət istiqamətlərindən biri də azərbaycançılıq və müstəqil dövlətçiliyimizin inkişafına dəstək verməkdir və bu yöndə əməli fəaliyyət uğurla davam etdirilir. Mərkəzi Elmi Kitabxana bu gün biblioqrafiyaşünaslıq işində yaxından iştirak edir və sanballı akademik nəşrlər ortaya qoyur. Son illərdə Mərkəzi Elmi Kitabxana, həmçinin öz beynəlxalq əlaqələrini genişləndirib. Başda Türkiyənin Prezident Kitabxanası olmaqla, dünyanın bir çox aparıcı kitabxanaları ilə sıx əlaqələr qurulub, onların təcrübəsindən istifadə etməklə, elektron kitabxana sistemi təkmilləşdirilir. Mərkəzi Elmi Kitabxananın əməkdaşları regionlarımızda da kitabxana quruculuğu prosesində yaxından iştirak edir, öz təcrübələrini mütəmadi onlarla bölüşürlər”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Sonra MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov “Mərkəzi Elmi Kitabxananın inkişaf yolu və vəzifələri” mövzusunda məruzə edib.

“Mərkəzi Elmi Kitabxananın əsas prioriteti oxucu məmnunluğudur. Kitabxananın yeni veb-saytı istifadəyə verilib. Saytın “E-xidmətlər” bölməsində e-kitablar, tammətnli məlumat bazaları, avtoreferatlar, jurnallar, rəqəmsal kitabxanalar, xəritələr və s. bölmələrinə daxil olmaq mümkündür. Oxucular saytdan dünyanın və Azərbaycanın 300-ə yaxın qabaqcıl kitabxanalarına, məlumat bazalarına keçid edə, patent axtarışı həyata keçirə bilərlər. Bu günə qədər e-kitabxana üçün 55000-dən artıq tam mətnli kitab hazırlanıb. 41000-dən artıq kitab sayta yüklənərək oxucuların istifadəsinə verilib. Bu rəqəm 2024-cü ilin aprelinədək 2700 idi. Elektron kataloqda resursların sayı 805 minə çatıb. Bu proseslərin sürətli şəkildə irəliləməsində son 1 ildə alınmış yeni skan aparatlarının işimizə tətbiqi mühüm rol oynayır”, - deyə məruzəçi vurğulayıb.

Tədbirin plenar iclasında, həmçinin Türkiyənin Rami Kitabxanasının direktoru Əli Çelik, Prezident Kitabxanasının direktoru professor Afət Abbasova, Milli Məclisin deputatı Fazil Mustafa, Daşkənd Dövlət Hüquq Universitetinin İnformasiya-Resurs Mərkəzinin direktoru Pirmedova Xaytqul Muhammedovna, İstanbul Universitetinin Mərkəzi Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının direktoru dosent Xumar Məmmədova çıxış ediblər. Çıxışlarda MEK-ə ünvanlanmış təbriklər, dünyada baş verən kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi, rəqəmsal transformasiya kontekstində kitabxanalar, yeni çağırışlar səsləndirilib.

Sonra MEK-in yubileyinə həsr olunmuş sənədli filmə baxış keçirilib.

Daha sonra MEK-in direktoru Hüseyn Hüseynov Akademiya prezidenti tərəfindən “AMEA-nın 80 illiyi” döş nişanı ilə təltif olunub.

Həmçinin Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyi münasibətilə kitabxananın elmi və ictimai həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup MEK əməkdaşı AMEA Rəyasət Heyətinin, YAP Yasamal rayon təşkilatının, eləcə də AMEA Azad Həmkarlar İttifaqının Təşəkkürnamə və Fəxri fərmanları ilə təltif ediliblər.

Konfransın ikinci hissəsi “Kitabxanalarda süni intellekt: problemlər və perspektivlər”, “Akademik kitabxanalar rəqəmsal informasiya mühitində”, “Kitabxana fəaliyyətinin müasir vəziyyəti: Beynəlxalq və yerli təcrübə”, “Türk dövlətlərində milli-mədəni irsin qorunmasında kitabxanaların rolu” mövzulu bölmə iclasları ilə davam edib.

Mədəni irsin qorunmasında rəqəmsallaşma, kitabxanaların missiyası, türk dövlətlərində mədəni irsin qorunması, kitabxanaların ictimai və elmi funksiyaları, müasir akademik kitabxana proseslərinin rəqəmsallaşdırma və avtomatlaşdırma istiqamətləri, kitabxana fəaliyyətində süni intellekt, müasir çağırışlar və inkişaf perspektivləri kimi və digər məsələlər geniş şəkildə müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri