Icma.az
close
up
RU
Rəqəmsal imtahanlara keçid bəzi abituriyentlər üçün ciddi çətinliklər yarada bilər Sona Əliyeva

Rəqəmsal imtahanlara keçid bəzi abituriyentlər üçün ciddi çətinliklər yarada bilər Sona Əliyeva

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, bəzi imtahanlarln rəqəmsal formada keçirilməsi nəzərdə tutulub. "Artıq yeni qiymətləndirmə prosesinə keçməliyik. Bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq", - o deyib.

Bəs rəqəmsal formada imtahanların problemsiz keçirilməsinə uyğun şərait yaradıla biləcəkmi?

Redaktor.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin keçmiş üzvü, təhsil eksperti Sona Əliyeva bildirdi ki, Dövlət İmtahan Mərkəzinin rəqəmsal imtahanlarla bağlı planları, xüsusilə də magistratura və Azərbaycan dili üzrə testlərin gələcəkdə texnologiyaya əsaslanaraq həyata keçirilməsi ideyası müasir tendensiyalara uyğun bir yanaşmadır:

"Lakin burada ən vacib məsələ yalnız texnoloji imkanların mövcudluğu deyil, həm də sistemin etibarlılığı, ədalətliliyi və şəffaflığının təmin edilməsidir. Rəqəmsal imtahanların keçirilməsi prinsip etibarilə müsbət addımdır. Bu, həm resurslara qənaət, həm operativlik, həm də qiymətləndirmədə subyektivliyi azaltmaq baxımından əhəmiyyətlidir. Ancaq texnologiyanın tətbiqi özü-özlüyündə yetərli deyil. Ən vacib sual budur: bu prosesə cəmiyyət, müəllimlər, tələbələr və texniki heyət nə dərəcədə hazırdır?

Azərbaycan reallıqları baxımından həm regionlarda internet infrastrukturunun vəziyyəti, həm də rəqəmsal bacarıqların səviyyəsi hələ tam oturuşmayıb. Əgər bu sahədəki bərabərsizliklər aradan qaldırılmadan rəqəmsal imtahanlara keçid baş tutarsa, bu, bəzi abituriyentlər üçün ciddi çətinliklər yarada bilər. Ədalətli qiymətləndirmə prinsipi isə itə bilər".

Keçmiş deputatın fikrincə, rəqəmsal imtahanlara keçid mərhələli şəkildə, pilot layihələrlə, ictimai müşahidə və ciddi monitorinq əsasında həyata keçirilməlidir.

"İlk mərhələdə könüllü əsasda, müəyyən qruplar üzərində sınaq imtahanları təşkil olunmalı, texniki nasazlıqlar və psixoloji faktorlar təhlil edilməlidir.

Əgər bu keçid prosesi düzgün planlanarsa, texnologiyanın təhsildə tətbiqi yalnız imtahanlarla məhdudlaşmaz, ümumilikdə qiymətləndirmə sisteminin çevik və müasir bir modelə keçidinə zəmin yaradar. Amma bu yalnız texnoloji deyil, eyni zamanda pedaqoji, etik və sosial məsuliyyət tələb edən bir prosesdir", - deyə Sona Əliyeva bildirdi.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyul 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri