Rəqəmsal inkişaf dövlət üçün prioritetdir Əhməd İsmayılov
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda rəqəmsal inkişaf son illərdə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.
Medianın İnkişafı Agentliyindən Globalinfo.az-a verilən məlumata görə, bunu qurumun icraçı direktoru Əhməd İsmayılov İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitindəki çıxışı zamanı deyib.
“Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi xüsusi diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər rəqəmsal transformasiyanın genişləndirilməsinə və cəmiyyətin rəqəmsal imkanlardan daha səmərəli istifadəsinə xidmət edir”, – o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 27 Mart 2026 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















