Icma.az
close
up
RU
“Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin yekun tədbiri keçirildi FOTOLAR

“Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin yekun tədbiri keçirildi FOTOLAR

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

28 iyul 2025-ci il tarixində “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin yekun tədbirini təşkil etdi.

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, tədbirdə QHT rəhbərləri, media nümayəndələri və layihədə iştirak edən əlilliyi olan şəxslər iştirak ediblər.

Layihənin əsas məqsədi əlilliyi olan gənclərin rəqəmsal bacarıqlarını inkişaf etdirmək, onları müasir əmək bazarına hazırlamaq və məşğulluq imkanlarını artırmaq olub. 9 həftə davam edən kurslarda iştirakçılara sosial media marketinqi (SMM), rəqəmsal kontentin hazırlanması və onlayn platformalarda effektiv fəaliyyət üçün nəzəri və praktiki biliklər öyrədilib.

Tədbiri ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova açaraq layihənin uğurla başa çatdığını vurğulayıb və qeyd edib ki, bu təşəbbüs əlilliyi olan gənclərin yeni peşələrə yiyələnməsi üçün mühüm bir addımdır:

“Bugünkü mərasim gənclərin bu kurslarda qazandıqları biliklərin təsdiqi – sertifikatlandırılması üçün təşkil olunub. Biz onların gələcəkdə rəqəmsal sahədə uğur qazanacaqlarına inanırıq.”

Daha sonra təlimçi, QHT.az saytının əməkdaşı Pərvanə Fərhadqızı çıxış edərək 9 həftə ərzində gənclərin yüksək maraq və aktivlik göstərdiyini, nəzəri biliklərlə yanaşı praktik tapşırıqları uğurla yerinə yetirdiyini qeyd edib.

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri və QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə layihənin uğurundan danışaraq bildirib ki, bu təşəbbüs əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlara yiyələnməsi baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, layihə iştirakçıların rəqəmsal sahədə bilik və bacarıqlarını artırmaqla onların məşğulluq imkanlarını genişləndirir və sosial-iqtisadi müstəqilliklərinə töhfə verir.

Tədbirdə QHT rəhbərləri Cəmilə Abdulova, Büllur Məmmədova, Mətanət Zeynalova, Tahirə Nağıyeva və Zeynəb Hacıyeva da çıxış edərək gəncləri təbrik edib, onların gələcəkdə rəqəmsal sahədə uğurlar qazanacaqlarına inandıqlarını ifadə ediblər.

Tədbirin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub, xatirə fotoları çəkilib.

ƏSMİD İctimai Birliyi gələcəkdə bu kimi təşəbbüslərin miqyasını genişləndirməyi və daha çox əlilliyi olan şəxsin bu proqramlardan faydalanmasını təmin etməyi qarşısına məqsəd qoyur.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see514

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see236

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see227

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see187

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see157

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see150

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see147

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see142

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see137

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri