Icma.az
close
up
RU
Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi QHT SMM təlimlərini davam etdirir FOTOLAR

Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsi QHT SMM təlimlərini davam etdirir FOTOLAR

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 28 iyun tarixində "Rəqəmsal İnkişafla Məşğulluq Yarat” layihəsinin yeddinci Sosial Media Marketinqi (SMM) təlimini keçirib.

​​​​​​"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, bu barədə İctimai Birliyinin sədri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, təlim rəqəmsal alətlərin və platformaların istifadəsində əlilliyi olan şəxslərin bacarıqlarını artırmaq məqsədini daşıyır:

"Bu təlimlər mərhələli şəkildə davam edəcək və iştirakçılar öyrəndikləri bilikləri real iş mühitində tətbiq etmək imkanı əldə edəcəklər. Təlimin davamı olaraq, gələcək mərhələlərdə daha dərin rəqəmsal strategiyalar və kontent istehsalı üzrə təlimlər planlaşdırılır".

Təlimçi Pərvanə Fərhadqızı iştirakçılara Meta-nın əsas sosial platformaları haqqında geniş məlumat təqdim edib. O, Facebook profilinin səhifəyə çevrilməsi, adminlik hüquqlarının verilməsi və geri alınması, səhifənin idarə olunması, eləcə də profil ilə səhifə arasındakı əsas fərqlər barədə ətraflı izah verib.

Təlim zamanı iştirakçılar Facebook platformasında peşəkar idarəetmə bacarıqları, kontent strategiyası qurulması və səhifə üzərində rol bölgüsünün düzgün aparılması ilə bağlı praktiki nümunələrlə tanış olublar. Eyni zamanda, sosial media idarəçiliyi zamanı təhlükəsizlik tədbirləri, görünürlük ayarları və interaktiv istifadə mexanizmləri kimi mövzulara da toxunulub. Təlimin interaktiv hissəsində iştirakçılar Facebook səhifələri ilə bağlı tapşırıqları yerinə yetirərək, praktik biliklərini möhkəmləndirmək imkanı əldə ediblər. Bu proses zamanı real nümunələr üzərində işləyən iştirakçılar səhifələrin qurulması və idarəedilməsi üzrə ilkin vərdişlərə yiyələniblər.

Qeyd edək ki, layihənin əsas məqsədi, əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını gücləndirərək, onların əmək bazarına inteqrasiyasını təmin etməkdir.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2025 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see261

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see251

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see248

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see186

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see176

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see173

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see160

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see142

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see138

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see136

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see129

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see126

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri