Icma.az
close
up
RU
“Rəqəmsal Məktəb” platforması daha 5 regionda tətbiq olunacaq

“Rəqəmsal Məktəb” platforması daha 5 regionda tətbiq olunacaq

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Təhsil xidmətlərinin elektronlaşdırılması vaxt itkisini azaldır, processeslərdə şəffaflığı artırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

Eşqi Bağırov qeyd edib ki, son illərdə təhsil sistemində rəqəmsallaşmanın mühüm istiqamətlərindən biri vətəndaşlara göstərilən xidmətlərin mərhələli şəkildə elektronlaşdırılması olub:

“Bu gün valideyn və şagird üçün əvvəllər əlavə vaxt və inzibati prosedur tələb edən bir çox xidmət artıq rəqəmsal mühitdə təqdim olunur. Şagirdlərin məktəbə qəbulu, məktəblər arasında yerdəyişməsi və digər bir sıra xidmətlər elektronlaşdırılıb. Bu ilin mühüm yeniliklərindən biri transformsiya baxımından ümumi təhsil haqqında attestatların elektron formada təqdim edilməsinə başlanılmasıdır. Bu xidmətlərin elektronlaşdırılması vətəndaş üçün prosesi daha əlçatan və çevik edir, vaxt itkisini azaldır, şəffaflığı və məlumatların dəqiqliyini artırır.”

Dövlət Agentliyinin rəhbəri vurğulayıb ki, rəqəmsallaşmanın əsas məqsədi yalnız xidmətləri elektronlaşdırmaq deyil, tədris və keyfiyyəti rəqəmsal məlumatlar əsasında idarə etməkdir:

“Məhz bu baxımdan 'Rəqəmsal Məktəb' platforması xüsusi əhəmiyyət daşıyır. Platforma artıq Bakı şəhərinin 352 ümumi təhsil müəssisəsini əhatə edir və ondan 35 minə yaxın müəllim istifadə edir. Platformanın bizim üçün ən vacib funksiyası tədrisin və keyfiyyətin idarə olunmasıdır. Məktəbdə yaranan məlumatı yalnız tədris ilinin sonunda deyil, ilboyu izləmək mümkündür. Məktəbdaxili qiymətləndirmə nəticələri məktəb, sinif, fənn və ayrı-ayrı şagird səviyyəsində təhlil edilir. Bu, məktəb rəhbərinə və idarəedici strukturlara hansı sinifdə, hansı fəndə və hansı şagird qrupunda problem yarandığını daha erkən görməyə, nəticələri müqayisə etməyə və ehtiyac yaranan istiqamətdə vaxtında müdaxilə etməyə imkan verir. Başqa sözlə, 'Rəqəmsal Məktəb' məlumatı sadəcə toplamaq üçün deyil, məlumatı idarəetmə qərarına çevirmək üçün istifadə olunur”.

E.Bağırov platformanın müəllim və valideynlər üçün yaratdığı imkanlardan da danışıb:

“Platformanın ikinci mühüm istiqaməti müəllimin gündəlik fəaliyyətinin dəstəklənməsidir. Bir tərəfdən müəllimin bir sıra inzibati işləri rəqəmsallaşdırılır və onun inzibati iş yükü azalır. Digər tərəfdən müəllim rəqəmsal və təhlükəsiz və ölkədə tətbiq edilən təhsil proqramlarına uyğunlaşdırılmış süni intellekt alətlərindən istifadə etməklə dərsin planlaşdırılması, tədris materiallarının hazırlanması və şagird nəticələrinin təhlili üçün yeni imkanlar əldə edir. Mühüm faydalardan biri də valideyni məktəbə və övladının təhsil prosesinə daha yaxın etməkdir. Valideyn övladının təlim nailiyyətlərini və davamiyyətini daha operativ izləyə, məktəbdə gedən proseslər haqqında məlumat ala və məktəblə daha intensiv kommunikasiya qura bilir. Bu məqsədlə keçirilən genişmiqyaslı sorğuda 448 mindən çox valideyn iştirak edib".

Direktor platformanın əhatə dairəsinin genişləndiriləcəyini diqqətə çatdırıb:

“Yeni tədris ilində 'Rəqəmsal Məktəb' platformasının Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir və Naxçıvanda genişləndirilməsi nəzərdə tutulur. Nəticədə platforma 500-dən çox təhsil müəssisəsini, 600 minə yaxın şagirdi və bir milyondan çox valideyni əhatə edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Sentyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri