Icma.az
close
up
RU
Rəqəmsal mühitin fəsadları: uşaqları necə qoruyaq?

Rəqəmsal mühitin fəsadları: uşaqları necə qoruyaq?

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dövrdə internet, sosial şəbəkələr yaşantımızın əsas hissəsinə çevrilib. Onun xeyirli tərəfləri çox olsa da, eyni anda zərərləri də kifayət qədərdir, xüsusilə də azyaşlılar və yeniyetmələr üçün. Dünyanın bir neçə ölkəsi artıq uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyub və bu ölkələrin sayı getdikcə artır.

Bundan əlavə, sosial şəbəkələrin tənzimlənməsi uşaqlar üçün riskləri azaldır. Azərbaycanda da bu istiqamətdə addım atılıb. Belə ki, Prezident İlham Əliyev “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sözügedən sərəncam, eləcə də uşaqların sosial şəbəkələrdən, yeni texnologiyalardan istifadəsi zamanı onların təhlükəsizliyinin təmin edilməsi barədə mütəxəssislər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüb.

“Yeni texnologiyaların təhlükəli tərəflərini gözdən qaçırmaq olmaz”

Media eksperti Azər Həsrət söyləyib ki, yeni texnologiyalar çox sürətli bir şəkildə inkişaf edərkən bunun təhlükəli tərəflərini də gözdən qaçırmaq olmaz: “Ona görə də Azərbaycan Prezidenti “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Əslində, biz bununla yeni nəsli qorumağa daha ciddi şəkildə səy göstərmiş oluruq”.

Ekspert qeyd edib ki, Azərbaycanda yeni texnologiyalardan istifadə senzuraya məruz qalmır, yəni azaddır: “Hər kəs yeni texnologiyalardan istədiyi kimi istifadə edə bilir. Amma bu da bərabərində boşluqlar gətirir, problemlər yaradır. O problemlərin qarşısını almaq, önləmək üçün məhz dövlətin qayğısına, qayda-qanunlarına ehtiyac var. Ona görə də Prezident bu sərəncamı imzalayıb. Yəni məqsəd odur ki, yeni texnologiyalardan düzgün və uyğun şəkildə istifadə edilsin”.

Zərərli istifadədən çəkindirmə

A.Həsrətin sözlərinə görə, bu, hansısa şəkildə yeni texnologiyaları əngəlləmək məqsədi güdmür, yaxud da bunun məqsədi yetişməkdə olan nəslin yeni texnologiyalardan uzaq tutulması deyil: “Əksinə, burada yeni texnologiyalardan, rəqəmsal imkanlardan, süni intellektdən maksimum istifadə etmək üçün təşviq var. Onun bərabərində bir də məsuliyyət məsələsi və əlbəttə ki, zərərli istifadədən çəkindirmə var”.

“Uşaqlar sosial şəbəkələrdə gördüklərini təqlid etməyə meyllidirlər”

Zərərli vərdişlər üzrə ekspert Məhbubə Mehdiyeva bildirib ki, Prezidentimiz cənab İlham Əliyev tərəfindən uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı sərəncamın imzalanmasını yalnız informasiya təhlükəsizliyi kontekstində deyil, həm də zərərli vərdişlərin profilaktikası baxımından olduqca əhəmiyyətlidir: “Bu gün rəqəmsal mühit sadəcə ünsiyyət platforması deyil, davranış modellərinin formalaşdığı sosial məkandır. Uşaqlar sosial şəbəkələrdə gördükləri həyat tərzini, münasibət formasını və hətta riskli davranışları təqlid etməyə meyllidirlər”.

“Rəqəmsal asılılıq zərərli vərdişdir”

M.Mehdiyevanın bildirdiyinə görə, xüsusilə aqressiyanı normallaşdıran, psixoaktiv maddələri “trend” kimi təqdim edən, erkən yaşda təhlükəli çağırışları təşviq edən məzmunlar zərərli vərdişlərin ilkin psixoloji zəminini yaradır: “Rəqəmsal asılılıq özü də artıq bir zərərli vərdiş forması kimi qiymətləndirilir. Uzunmüddətli ekran istifadəsi, virtual təsdiq ehtiyacı, sosial mediadan asılılıq uşaqlarda emosional zəiflik, diqqət dağınıqlığı və real həyatdan uzaqlaşma halları yaradır. Bu isə digər riskli davranışlara – o cümlədən zərərli maddələrə meyilliliyin artmasına səbəb ola bilər”.

“Zərərli vərdişlər heç vaxt birdən formalaşmır”

Ekspert zərərli vərdişlərin heç vaxt birdən formalaşmadığını, onların mərhələli şəkildə, təsir və təqlid yolu ilə yarandığını diqqətə çatdırıb: “Əgər uşaq rəqəmsal mühitdə siqaret, alkoqol və ya narkotik maddələrin romantikləşdirildiyini görürsə, bu, onun şüuraltında təhlükəli bir normallaşma prosesi yaradır. Buna görə də sosial medianın tənzimlənməsi yalnız texniki məsələ deyil, həm də ictimai sağlamlıq siyasətinin tərkib hissəsidir. Hesab edirəm ki, uşaqların rəqəmsal təhlükəsizliyi ilə zərərli vərdişlərin qarşısının alınması bir-biri ilə sıx bağlıdır. Sağlam informasiya mühiti yaradılmadan sağlam həyat tərzi təşviq etmək çətindir. Bu baxımdan qəbul edilən sərəncam preventiv yanaşmanın gücləndirilməsi və gələcək nəsillərin sosial-mənəvi sağlamlığının qorunması istiqamətində strateji əhəmiyyət daşıyır”.

“Bu, çox vacib sərəncamdır”

Sosioloq Mail Yaqub qeyd edib ki, bu, çox vacib sərəncamdır: “Bu gün sosial şəbəkələr dünyada yeni fenomendir. Təəssüflər olsun ki, sosial şəbəkələrin verdiyi hüdudsuz sərbəstlik bəzi istifadəçilərə bu vacib vasitədən sui-istifadə etməyə əsaslar verib. Bu da zərərlidir. Yəni həmin istifadəçilərin sosial şəbəkədə etdikləri əxlaqsızlıqlar, özbaşınalıqlar, dəyərlərə, mənəviyyata qarşı atılan addımlar insanların, xüsusilə azyaşlı uşaqların mənəviyyatına və psixologiyasına birbaşa ziyandır”.

“Bəzi ölkələr həyəcan təbili çalır”

M.Yaqub artıq bəzi ölkələrdə həyəcan təbili çalındığın, qanuni addımlar atıldığını deyərək vurğulayıb ki, nə yaxşı ki, bizim ölkədə də dövlət səviyyəsində belə bir addım atılıb: “Bu, təqdirəlayiqdir. İndi bu hüquqi mexanizm necə olacaq, bu başqa məsələdir. Yəni valideynlərmi bu barədə məsuliyyət daşıyacaq, yoxsa azyaşlı uşaqların sosial şəbəkəyə girişi əngəllənəcəkmi, bu artıq hüquqi və texnoloji məsələlərdir. Amma ümumilikdə bu, çox vacib addımdır. Çünki uşaqların az yaşında psixologiyasının, mənəviyyatının pozulması onların böyük yaşlarda şəxsiyyət pozuntusuna səbəb olacaq”.

“Rəqəmsal təhlükəsizlik milli məsələdir”

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı imzaladığı sərəncam müasir dövrün çağırışlarından irəli gələn strateji və preventiv qərardır: “Rəqəmsal mühitdə uşaqların üzləşdiyi zorakılıq, qeyri-etik məzmun, kiberbullinq və manipulyativ alqoritmlər artıq fərdi problem deyil, milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilməlidir”.

“Uşaqların rəqəmsal savadlılığının artırılması əsas prioritetlərdir”

Ə.Həsənli bildirib ki, sənəd yalnız məhdudiyyətlərə deyil, sistemli müdafiə mexanizmlərinin qurulmasına yönəlib: “Burada texniki filtrasiya, valideyn və müəllim məsuliyyətinin gücləndirilməsi, eləcə də uşaqların rəqəmsal savadlılığının artırılması əsas prioritetlərdir. Məqsəd uşaqları rəqəmsal dünyadan təcrid etmək yox, onları bu mühitdə təhlükəsiz və şüurlu şəkildə fəaliyyət göstərə biləcək bilik və bacarıqlarla təmin etməkdir.”

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Mart 2026 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri