Icma.az
close
up
RU
Yay tətilində rəqəmsal tələ: Uşaqları internet asılılığından necə qoruyaq?

Yay tətilində rəqəmsal tələ: Uşaqları internet asılılığından necə qoruyaq?

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Yay tətili şagirdlər üçün uzun və gərgin tədris ilinin yorğunluğunu çıxarmaq, enerji toplamaq və dincəlmək üçün ən gözəl fürsətdir. Qarşıdan gələn istirahət günlərində də uşaqların asudə vaxtlarının səmərəli təşkili hər bir valideyn üçün prioritet məsələyə çevrilir. Lakin acı bir reallıq var ki, müasir dövrdə uşaqlar tətil günlərinin böyük hissəsini smartfon, planşet və ya kompüter qarşısında, internet resurslarını izləməklə keçirirlər. Bu vəziyyət isə cəmiyyətdə ciddi narahatlıq doğuran rəqəmsal asılılığı sürətlə artırır.

29 saylı tam orta məktəbin psixoloqu Ülviyyə Rzayeva XQ-ə müsahibəsində bildirdi ki, dərslərin və rejim öhdəliklərinin olmaması yay aylarında uşaqları virtual dünyaya daha çox bağlayır. Nəzarətsiz və həddindən artıq ekran qarşısında qalmaq uşaqlarda tədricən rəqəmsal asılılıq formalaşdırır. Bu problem təkecə göz zəifliyi və ya duruş pozğunluğu kimi fiziki fəsadlarla bitmir; eyni zamanda diqqət dağınıqlığı, aqressiya, səbirsizlik və real ünsiyyətdən qaçma (sosial izolyasiya) kimi ciddi psixoloji risklər yaradır.

Mütəxəssisin fikrincə, bir çox valideynin çarəni telefonu uşağın əlindən tamamilə almaqda və ya sərt qadağalar qoymaqda görməsi ən çox edilən səhvlərdən biridir. Rəqəmsal dövrdə interneti uşağın həyatından tamamilə silmək qeyri-mümkündür və buna ehtiyac da yoxdur. Telefonu sadəcə "olmaz!" deyərək qəfil almaq uşaqda yalnız etiraz, inadkarlıq və gizli aqressiya yaradır. Əsas məqsəd qadağa qoymaq yox, zaman idarəçiliyini öyrətmək və "rəqəmsal pəhriz" tətbiq etməkdir. Bunun üçün uşaqla birlikdə gün ərzində ekrana ayrılacaq vaxtı limitləmək (yaş qrupundan asılı olaraq gündə 1-2 saat) və evdə rəqəmsal cihazların istifadə edilmədiyi xüsusi "ekransız zonalar" (məsələn, yemək masası arxasında və yatmazdan 1 saat əvvəl) müəyyənləşdirilməlidir.

Psixoloq vurğulayır ki, problemin həllində qızıl qayda internetin yerini dolduracaq real alternativlər yaratmaqdır. Əgər uşaqdan texnologiya uzaqlaşdırılırsa, onun yerinə mütləq maraqlı bir fəaliyyət qoyulmalıdır. Bu mənada istirahət günlərində birgə təbiət qoynuna gəzintilər, velosiped sürümək və açıq havada oyunlar təşkil edilə bilər. Həmçinin uşaqları rəsm, gil sənəti, musiqi və ya kitab oxumaq kimi fərdi yaradıcılıq sahələrinə yönləndirmək effektiv nəticə verir. Hətta dadlı bir yay desertinin hazırlanmasında və ya otağının dizaynında uşaqdan kömək istəmək həm onlarda məsuliyyət hissini artırır, həm də diqqəti ekrandan yayındırır.

Bununla yanaşı, uşaqların internetdə konkret hansı mövzulara maraq göstərdiyini müşahidə etmək olduqca vacibdir. Valideynlər bu maraqları real layihələrə çevirməyi bacarmalıdırlar. Məsələn, uşaq davamlı olaraq internetdə heyvanlar haqqında videolara baxırsa, həftəsonu onu zooparka və ya heyvan sığınacağına aparmaq olar. Əgər robot texnikasına, mexanikaya maraq göstərirsə, ona internetdə sadəcə baxmaq yox, evdə legolardan real konstruksiyalar yığmaq təklif edilməlidir. Bu yanaşma uşağı passiv izləyici statusundan aktiv icraçı statusuna keçirir.

Ülviyyə Rzayeva valideynlərə şəxsi nümunə olmağın vacibliyini də xatırladaraq qeyd edir ki, uşaqlar bizim dediklərimizi yox, etdiklərimizi təkrarlayırlar. Əgər valideyn özü bütün istirahət gününü divanda uzanıb sosial şəbəkələrdə keçirirsə, uşaqdan fərqli bir şey gözləmək ədalətli olmaz. Həftəsonu telefonları bir kənara qoyub övladlarımızla göz təması qurmalı, onlarla canlı söhbət etməliyik. Uşaqların internetə qaçmasının ən böyük səbəbi çox vaxt real həyatda sıxılmaları və ya valideyn diqqətindən kənarda qalmalarıdır. Övladlarımızın tətilini limitsiz internetlə deyil, unudulmaz ailə xatirələri və sevgi ilə zənginləşdirmək valideyn olaraq bizim əlimizdədir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 İyul 2026 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri