Icma.az
close
up
RU
Rəqəmsal suverenliyin vacibliyini hiss etdirən problem: Media və özəl sektor üçün XƏBƏRDARLIQ

Rəqəmsal suverenliyin vacibliyini hiss etdirən problem: Media və özəl sektor üçün XƏBƏRDARLIQ

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Ötən günlərdə ölkədə fəaliyyət göstərən bir çox xəbər portalında ciddi texniki problemlər qeydə alındı. Məlumata görə, bu, qlobal internet infrastrukturunun aparıcı təminatçılarından biri olan "Cloudflare" xidmətlərində yaranan kütləvi nasazlıqla bağlı idi. Nəticədə, onlarla yerli xəbər saytına giriş çətinləşdi, bəzi hallarda isə istifadəçilər tamamilə bu resurslara daxil ola bilmədilər. Hətta bəzi dövlət saytları da bu qlobal problemdən təsirləndi. Bu da informasiya təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirdi.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Cloudflare" məsələsi kimi baxmaq yanlış olar"

Məsələ ilə bağlı açıqlama verən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov bildirib ki, noyabrın 18-də 9 000-dən çox yerli saytın fəaliyyətinin dayanmasına bir "Cloudflare" məsələsi kimi baxmaq yanlış olar. Qurum rəsmisi vurğulayıb ki, böyük potensiala malik olan şirkətlərin qarşılarına qoyacaqları məqsədlərdən biri yerli məhsulların yaradılması ilə rəqəmsal suverenliyimizə dəstək olmasıdır. Bu, həm də ölkə Prezidentinin informasiya təhlükəsizliyi ilə bağlı təsdiqlədiyi strategiya ilə də qarşıya qoyduğu əsas tapşırıqlardan biridir: "Yerli məhsulların yaradılmasının və rəqəmsal suverenliyin vacibliyini hiss etdik. Bu, xüsusilə özəl sektorun xaricdən asılılığına bariz nümunə idi. ⁠Fəaliyyəti dayanan resursların içində media resurslarının da xüsusi çəkisinin olması bizi informasiya müharibəsinə hazırlıq səviyyəmizi də diqqətdə saxlamalı olduğumuza bir işarədir. Aydındır ki, lokal mühafizə həlləri ucuz başa gəlmir. Lakin dövlətimizin apardığı uğurlu siyasətin davamı olaraq bizim də həyata keçirdiyimiz informasiya təhlükəsizliyi siyasətində lokal həllərə üstünlük vermək və mühafizəni maksimal şəkildə lokal təmin etmək prioritet istiqamətlərimizdəndir".

Məlumdur ki, bu hadisədən bəzi dövlət saytları üzü ağ çıxdı. Buna səbəb isə, trafikin xaricə daşınmaması idi. T.Məmmədovun sözlərinə görə, son 3 ildə bir sıra dövlət qurumlarında istifadə edilən "Cloudflare" kimi trafikin xaricə daşınması halı dayandırılıb və mühafizəsi "AzStateNet" üzərindən təmin edilib: "Ümumilikdə son 3 ildə 457 dövlət obyektinin şəbəkə təminatı "AzstateNet" üzərinə keçirilərək lokal mühafizəsi təmin olunub. Bizim həyata keçirdiyimiz sözügedən mühafizə siyasəti sadəcə internet informasiya ehtiyatları ilə bağlı deyil, bu yanaşma eyni zamanda xüsusi dövlət rabitəsində də şamil olunur".

"Milli texnoloji ekosistem gücləndirilməlidir"

Kibertəhlükəsizlik üzrə ekspert Mehman İsgəndərov bildirib ki, son insidentdə dövlət saytları lokallaşdırılmış təhlükəsizlik və infrastruktur həlləri sayəsində minimal təsirlə fəaliyyət göstərdi: "Xarici servisə tam etibar olunmadığı üçün onlar qlobal insidentlərdən praktiki olaraq təsirlənmədilər. Lokal WAF, "DDoS" qoruma sistemləri, dövlət şəbəkəsi və müstəqil DNS xidmətləri bu cür hallarda əsas dayanıqlılıq mənbəyidir və xidmətlərin fasiləsizliyini təmin edir. Rəqəmsal suverenliyi gücləndirmək üçün prioritet istiqamətlər milli təhlükəsizlik sistemlərinin yaradılması, milli data-mərkəzlərinin genişləndirilməsi, ölkədaxili bulud və identifikasiya sistemlərinin inkişafı, milli DNS və sertifikat mərkəzlərinin qurulması və xarici texnologiyalardan asılılığın azaldılmasıdır. Dövlət strategiyasının məqsədi xarici riskləri minimuma endirmək, kritik məlumat axınını ölkə daxilində təmin etmək və milli texnoloji ekosistemi gücləndirməkdir".

Xarici texnologiyadan asılılığı necə dayandırmalı?

Mütəxəssis bildirir ki, bu problemlərlə üzləşməmək üçün özəl sektor və media resurslarının xarici texnologiyalardan asılılığı azaldılmalıdır: "Özəl sektor və media resursları üçün tövsiyələr hibrid modelin tətbiqi, lokal CDN və WAF xidmətlərinə keçid, məlumatların ölkə daxilində saxlanması, daxili monitorinq və insident cavab mexanizmlərinin gücləndirilməsidir. Bu tədbirlər qlobal insidentlər zamanı xidmətlərin dayanıqlılığını artırır və təhlükəsizlik risklərini minimuma endirir. "AzStateNet" və digər lokal şəbəkə həlləri dövlət saytları və kritik infrastrukturlar üçün təhlükəsiz məlumat mübadiləsi təmin edir, xarici təsirlərə qarşı dayanıqlığı artırır, trafik monitorinqini asanlaşdırır və qlobal kəsintilərdən qoruyur. Belə lokal həllər həm kibertəhlükəsizlik, həm də xidmətlərin fasiləsizliyi baxımından ciddi üstünlük yaradır".

Davamlı dayanıqlılıq üçün vacib nüanslar

O, həmçinin vurğulayıb ki, qlobal internet insidentləri zamanı lokal infrastrukturla işləyən sistemlər daha dayanıqlıdır: "Yerli DNS, bulud platformaları, dövlət şəbəkəsi və milli təhlükəsizlik xidmətlərinin proaktiv monitorinqi xidmətlərin fasiləsizliyini təmin edir. Ehtiyat "routing" mexanizmləri, lokal CDN və təhlükəsizlik xidmətlərinin genişləndirilməsi, həmçinin dövlət və özəl sektor arasında məlumat mübadiləsinin gücləndirilməsi və milli insident cavab mərkəzlərinin inkişafı davamlı dayanıqlılıq üçün vacibdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Noyabr 2025 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri