Rəqəmsal texnologiyalardan istifadə emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rəqəmsal texnologiyalardan iqlim dəyişmələri üzrə mübarizədə istifadə etmək emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir.
Bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən Yaşıl Rəqəmsal Fəaliyyət Proqramı üzrə yüksəksəviyyəli dəyirmi masada deyib.
Onun sözlərinə görə, informasiya-kommunikasiya sektoru qlobal emissiyaların dörd faizini təşkil edir:
"Bu tullantıların təsirini azaltmaq üçün əlimizdən gələni etməliyik. Beynəlxalq Telekommunikasiya İttifaqı Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin COP29 rəhbərliyinə təqdim edib. Burada kollektiv öhdəliklərimiz ortaya qoyulub. Rəqəmsal texnologiyalardan iqlim dəyişmələri üzrə mübarizədə istifadə etmək emissiyaların təsirlərinin azaldılmasında əsas vasitədir. Bu texnologiyalar emissiyaların azaldılması, iqlim adaptasiyası, eyni zamanda dayanıqlılığın gücləndirilməsinə gətirib çıxarır”.
Nazir bildirib ki, bu tədbirdə dayanıqlı infrastruktur, inklüziv əlçatanlılıq və rəqəmsal boşluq müzakirə ediləcək:
"Müzakirələr zamanı az inkişaf etmiş ölkələrdə də bərabər və ədalətli həll yolları tapılmalıdır. COP29 rəhbərliyi hər kəsi müzakirələrdə iştirak etməyə dəvət edir. Bu müzakirələr rəqəmsal transformasiyanın iqlim hədəflərinə böyük töhfə verəcək”.
///Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















