Icma.az
close
up
RU
Rəqəmsal transformasiya dövrünün konstitusiya anlayışı

Rəqəmsal transformasiya dövrünün konstitusiya anlayışı

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Klassik modeldən “Smart konstitusiya”ya keçidin incəlikləri

Yüksək sürətlə inkişaf edən digitallaşma prosesi son illərdə cəmiyyət həyatımıza ağılasığmaz yeniliklər gətirmişdir: rəqəmsal təhsil, pul, səhiyyə, vətəndaşlıq, suverenlik və s. Planetimizdə tamamilə rəqəmsal cəmiyyətin meydana gəldiyini söyləməyin hələ tez olmasına baxmayaraq, hər halda, bu prosesin hiss olunmaz çevikliyi özünəməxsus qaydaları olacaq cəmiyyətin yaranacağını labüd edir.

Rəqəmsal yenilikləri zəruri edən konstitusiya islahatlarının gerçəkləşdirilməsi isə hər bir ölkənin hüquqi və siyasi sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün çox zəruridir. Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan 30 il keçir və bu zaman intervalı ərzində dünya yüksək sıçrayışla yeni texnoloji mərhələyə qədəm qoyub.

Əvvəllər dünyada, demək olar ki, gündəmdə olmayan rəqəmsal transformasiya, elektron hökumət sistemləri və kibertəhlükəsizlik kimi mövzular bu gün konstitusiya səviyyəsində təznimlənməsi tələb olunan müzakirələrin vacib hissəsinə çevrilib.

Təbii ki, cəmiyyət inkişaf etdikcə və yeni çağırışlar meydana çıxdıqca, konstitusiyalar da bu yeniliklərlə ayaqlaşmaq məcburiyyətindədir. Xüsusilə son iyirmi ildə baş verən rəqəmsal inqilab və qloballaşma prosesləri dövlət idarəçiliyinə və bir sıra konstitusion institutlara yenidən baxış zərurətini meydana çıxarıb.

Yaşadığımız texnoloji inqilab dövrü çoxsaylı yeniliklər meydana gətirir və gətirəcəkdir. “Robotlaşma erası” və ya “Kiber era” olaraq da adlandıra biləcəyimiz müasir dövrümüzdə süni intellektin tətbiqi artıq bütün sahələrdə özünü göstərir. Rəqəmsallaşmanın, xüsusilə də süni intellektin elektron dövrün tələblərinə uyğun inkişafı ortaya çıxması proqnozlaşdırılan “Ağıllı konstitusiya” (“Smart Constitution”) anlayışını nəzəri və praktiki baxımdan qiymətləndirməyi tələb edir.

Digitalizasiya prosesinin təsiri ilə dünya dövlətlərinin konstitusiyalarının hansı formada dəyişikliyə uğrayacağı ilə bağlı elmi araşdırmaların aparılması artıq zərurətdən qaynaqlanır. Rəqəmsal yeniliklərin “şəxsiyyət, cəmiyyət və dövlət” üçlüyünün həyatına ciddi təsiri konstitusiya hüququ elmində mühüm müzakirəyə səbəb olacaq çoxsaylı problemləri meydana çıxarıb. Məlum olduğu kimi, ənənəvi konstitusiyaların təməlində duran “şəxsiyyət, cəmiyyət və dövlət” üçlüyü tarix boyunca hüquqi nizamın dayaq sütunları olmuşdur. Bu yanaşma insanın hüquq subyekti kimi mərkəzə alınmasını, cəmiyyətin birgəyaşayış qaydalarını və dövlətin idarəetmədəki rolunu müəyyən edib. Lakin XXI əsrin reallıqları artıq bu üçlüyü yetərli saymaqdan imtina etməyi zəruri edir. Klassik “şəxsiyyət, cəmiyyət və dövlət” üçlüyünə əlavə olaraq “təbiət” və “süni intelekt”in də qoşulması artıq vacib məsələlər sırasındadır.

Məlumdur ki, çağdaş dünyada təbiət yalnız yaşadığımız mühit deyil, həm də hüquqların və vəzifələrin obyekti kimi qəbul edilməlidir. Ekoloji böhranlar, iqlim dəyişiklikləri, təbii resursların tükənməsi və bəşəriyyətin gələcəyi təbiətlə münasibətlərin hüquqi tənzimlənməsini labüd edir. Artıq bəzi ölkələrin konstitusiyalarında təbiətə “hüquqi şəxs” statusu verilməsi, gələcək nəsillər qarşısında məsuliyyət və ekoloji hüquqlar kimi anlayışlar yer almağa başlayıb. Bu, sadəcə, hüquqi yenilik deyil, etik və sivilizasiyalı məsuliyyətin təzahürüdür.

***

Elektronlaşma dövrünün son mərhələsi kimi süni intellekt erasına keçid isə yeni hüquqi texnologiyalarının və alqoritmik dəyərlərin konstitusion tənzimlənməsini labüd edir. Bu da öz növbəsində klassik konstitusiyaların təbiətinin əhəmiyyətli dərəcədə dəyişikliyə uğramasına gətirib çıxaracağını ehtimal etməyə əsas verir. Təsadüfi deyil ki, rəqəmsallaşma prosesinin sürətlənməsi və süni intellekt texnologiyalarının inkişafı dövlətlərin “Ağıllı konstitusiya” anlayışına doğru irəliləməsini şərtləndirir.

Rəqəmsallaşma erası və süni intellekt texnologiyalarının yüksəksıçrayışlı tərəqqisi dövlətlərin rəqəmsallaşma prosesi ilə bağlı dəyişikliklərə klassik konstitusiyalar çərçivəsində deyil, “ağıllı konstitusiya”lar müstəvisində nəzər salmağı tələb edir.

“Klassik konstitusiyalar” adlandırılan dünya dövlətlərinin ənənəvi konstitusiyalarının tarixi təxminən 1700-cü illərə gedib çıxır. Dünyada ilk konstitusiya isə 1787-ci ildə ABŞ-da qəbul olunub. “Klassik konstitusiyalar” konstitusionalizm konsepsiyasına əsaslanır. Qeyd edək ki, dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdıran, insan və vətəndaş hüquq və azadlıqlarını dövlət qarşısında qorumaq məqsədilə adi qanunlardan üstün və onlardan daha çətinləşdirilmiş mexanizmə malik olan üsullarla dəyişdirə bilən və adına “konstitusiya” deyilən sərt bir ali qanunun qəbul edilməsini şərtləndirən düşüncəyə və axıma “konstitusionalizm” deyilir.

“Klassik konstitusionalizm” konsepsiyasına görə hüquqi termin kimi işlədilən “konstitusiya” sözü dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı mənasında işlədilir və bu akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir. Bundan başqa, dünya dövlətlərinin konstitusiyaları dövlət orqanlarının təşkili və fəaliyyətinin prinsiplərini, dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını, məhkəmə hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların hüquq və azadlıqlarını müəyyən edir.

Konstitusiya cəmiyyətin bütün üzvlərinin hüquqi statusunun əsasını müəyyən еdir və bununla da dövlətlə fərd arasındakı əlaqələrin ümumi konturlarını cızır. Konstitusiya bütün ölkədə norma yaradıcılığının əsaslarını, qanunvеricilik sistеmini formalaşdırır və bütün qanunvеricilik sistеminin başında durur.

Bəs, görəsən, rəqəmsal transformasiyanın hər sahəyə olduğu kimi hüquqa da təsir etməsi tamamilə yeni konstitusionallıq dəyərlərimi meydana çıxaracaq? Yoxsa mövcud olan klassik konstitusionalizm konsepsiyasının formatındamı müəyyən dəyişikliklər edəcəkdir? Bu və bunun kimi düşündürücü suallar cavablandırılmağı gözləyir.

Düzdür, klassik konstitusiyalarda olduğu kimi “Ağıllı konstitusiya”ların da əsas hədəfi elektron çağımızda şəxsiyyət, cəmiyyət və dövlətin mənafe və maraqlarını qorumaqdan ibarət olmalıdır. “Ağıllı konstitusiya”nın prioritet məqsədi yeni texnologiyaların geniş vüsət aldığı dövrdə əsas insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq, dövlətin və özəl sektorun güc və səlahiyyətlərini şəxsiyyət və cəmiyyətin xeyrinə məhdudlaşdırmağa istiqamətlənməlidir. Bundan başqa, rəqəmsal dövrdə ifadə azadlığı, məlumat azadlığı, şəxsi həyatın toxunulmazlığı kimi hüquqlar internet mühitində də təmin olunmalıdır. Azərbaycan Respublikası ilə yanaşı, bir çox ölkələrin konstitusiyasında fikir və söz azadlığı, eləcə də məlumat azadlığı artıq çoxdan tanınır. BMT-nin müvafiq qurumları isə dəfələrlə bəyan etmişdir ki, oflayn mühitdə insanların malik olduğu hüquqlar onlayn mühitdə də tanınmalıdır və təmin olunmalıdır. Lakin konstitusiya islahatı zamanı bu hüquqların məsələn, internetdə fikir bəyanetmə, onlayn media azadlığı kimi rəqəmsal hüquqların da eyni dərəcədə qorunması məsələsi konstitusiyalarda nəzərdə tutula bilər. Bu nöqteyi-nəzərdən “Ağıllı konstitusiya”lara ənənəvi insan və vətəndaş hüquq və azadlıqlarından başqa, rəqəmsal insan haqlarının da yaxın gələcəkdə daxil ediləcəyini düşünmək olar.

***

Elektron hökumətin konstitusiyalarda hüquqi baxımdan tanınması aktual məsələlərdən biridir. Hər bir halda, dövlət xidmətlərinin elektronlaşması, elektron imzanın tətbiq olunması, onlayn səsvermə, qanun layihəsinin müzakirəsində elektron qaydada iştirak hüququ kimi məsələlər hüquqa əsaslanmalıdır. Bu baxımdan konstitusiya islahatları çərçivəsində qeyd olunan məsələlərin legitim şəkildə həyata keçirilməsi son dərəcə vacibdir.

Meksika Konstitusiyasına 2013-cü ildə əlavə edilmiş müddəa ilə internetə çıxış hər bir vətəndaşın konstitusion hüququ kimi tanınıb. Maraqlıdır ki, Meksika Ali Məhkəməsi sonradan bu müddəaya istinadla bəzi mobil operatorların “məhdudiyyətli internet paketlərini” qanunsuz hesab edib. Bu isə onu göstərmişdir ki, konstitusiyada yazılan bir maddə praktiki hüquqi alətə çevrilə bilər.

Bu sahədə ən iradəli və yenilikçi addım Cənubi Amerikanın texnoloji cəhətdən ən qabaqcıl ölkələrindən biri olan Çilidən gəlib. Bu ölkə konstitusiyasının 19-cu maddəsinə 25 oktyabr 2021-ci ildə edilmiş əlavə ilə aşağıdakı məzmunda yeni bənd əlavə edilmişdir: “...Qanun beyin fəaliyyətinin və ondan əldə edilən məlumatların toplanması, saxlanması və istifadəsinin tələblərini, şərtlərini və məhdudiyyətlərini tənzimləyəcək”.

Bu maddədə “süni intellekt” ifadəsi birbaşa çəkilməsə də, real vaxtlı beyin oxuma texnologiyaları və onların süni intellekt alqoritmləri ilə emalı nəzərə alındıqda əslində bu müddəa dolayısı ilə süni intellekt texnologiyalarına da toxunur. Çili bu şəkildə süni intellekt dövrünə insan psixikasının toxunulmazlığını əsas prinsip kimi təqdim edərək daxil olur.

Beləliklə, Çili “neyro hüquqları” (beyin məlumatlarının toxunulmazlığı) barədə düzəliş qəbul etməklə süni intellektlə sıx bağlı olan neyrotexnologiyaları əsas qanun səviyyəsinə gətirən ilk nümunədir.

Yunanıstan, Meksika və Çili dövlətlərinin təcrübəsində konstitusion səviyyədə atılmış bu mütərəqqi addımlar, təbii ki, rəqəmsal bərabərliyi təmin etmək və vətəndaşların onlayn xidmətlərə çıxışını təminat altına almaq məqsədi daşıyır.

Kiber suverenliyin, başqa sözlə, “rəqəmsal suverenlik” anlayışının konstitusiyalarda hüquqi baxımdan tanınması da tamamilə yeni və düşündürücü problemlər sırasındandır. Kiber suverenlik dedikdə, dövlətin öz rəqəmsal məkanı üzərində suveren hüquqlarını həyata keçirməsi başa düşülür. Yəni hər bir dövlətin internet məkanında milli təhlükəsizliyini təmin etmək, milli qanunları tətbiq etmək və informasiya axınına nəzarət etmək səlahiyyəti olmalıdır. Bu anlayış son illərdə konstitusion beynəlxalq müzakirələrdə aktuallaşıb.

Bəzi ölkələr kiber suverenliyi ön plana çəkərək bildirirlər ki, internet üzərində tam milli nəzarət olmalıdır. Məsələn, Çin və Rusiya beynəlxalq platformalarda kiber suverenlik prinsipini fəal şəkildə müdafiə edirlər.

Rəqəmsal məlumatın mühafizəsi də suverenlik kontekstində önəmlidir. Şəxsi məlumatların qorunması həm vətəndaşların hüquqlarının müdafiəsi, həm milli təhlükəsizlik baxımından əhəmiyyətlidir. Beynəlxalq təcrübədə Avropa İttifaqının 2018-ci ildə qüvvəyə minmiş ümumi məlumat mühafizəsi reqlamenti olan “GDPR” fərdi məlumatların qorunması sahəsində qızıl standart hesab olunur və bir çox ölkələr öz qanunlarını bu prinsipə uyğunlaşdırırlar. Bir çox dövlətlər məlumatların ölkə hüdudlarından kənara çıxmasına nəzarət etməyə çalışırlar. Məsələn, bəzi ölkələrdə qanunlar vətəndaşların məlumatlarının ölkə daxilində saxlanılmasını tənzimləyən məcburi normalar nəzərdə tuturlar. Yəni verilənlərin lokallaşdırılmasından söhbət gedir. Azərbaycan Respublikasında da rəqəmsal məlumat təhlükəsizliyi təmin təhlükəsizliyinin təmin olunmasına yönələn addımlar atılır. 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərdə şəxsi məlumatların qorunması hüququ konstitusiyon səviyyədə təsbit olunubdur. Daha sonra “Fərdi məlumatlar haqqında” qanun 2010-cu ildə qəbul olunaraq bu sahədə detallı tənzimlə müəyyən olunub.

***

“Ağıllı konstitusiya”nın rəqəmsal “sifəti” yeni texnologiyalardan, xüsusilə də süni intellektdən istifadə olunmasıdırsa, onun digər “sifəti”, yəni hədəf və məqsədləri demək olar ki, klassik konstitusiyalarda olduğu kimi dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini insan hüquq və azadlıqları, eləcə də cəmiyyətin maraqları naminə məhdudlaşdırma ideologiyasına əsaslanır. Buradan isə o nəticəyə gələ bilərik ki, “Ağıllı konstitusionallıq” konsepsiyası rəqəmsal dövrün tələblərini, onun təhdid və risklərini hesablayan, həmin problemlərə modern tələblərə cavab verən həll yolları axtaran, elektron cəmiyyətin gözlən-tilərini qarşılaya bilən yeni bir hüquqi konsepsiyadır, görüşdür.

Hesab edirik ki, “Ağıllı konstitusionallıq” konsepsiyasının öz qneseoloji mənşəyi olan “klassik konstitusionalıq” konsepsiyasından tamamilə qopması ən azı indilik, hətta yaxın gələcəkdə mümkün olmayacaqdır. Bu baxımdan “Ağıllı konstitusionallıq” konsepsiyasına hələ ki, klassik konstitusionallığın hədəflərini elektron dövrün tələblərinə uyğun formada qorumağa xidmət edən bir vasitə, üsul kimi yanaşmalıyıq. Çünki “ağıllı konstitusionallıq” konsepsiyasına tamamilə fərqli prizmadan baxmağı şərtləndirən səbəblər hazırkı vəziyytətdə mövcud deyil. Məsələn, müasir dövrdə rəqəmsal dünyamızda yeni bir dövlət modelinin yaxın gələcəkdə meydana çıxacağını gözləmək yanlışlıq olar. Məhz buna görə də “klassik konstitusionalıq” konsepsiyasından tamamilə fərqlənən spesifik xarakterə malik yeni bir “rəqəmsal konstitusionalıq” ideologiyasının formalaşması hələ ki, çox tezdir. Bir qədər uzaq gələcəkdə isə bunun baş verəcəyini təxmin etmək mümkündür. Yəni, ehtimal etmək olar ki, uzaq gələcəkdə rəqəmsal dövrün tələblərinə uyğun bir formada dünyada yeni bir dövlət modeli meydana çıxa bilər.

Zənn edirik ki, elektron dövrün “Ağıllı konstitusiyası” rəqəmsallaşma və süni intellekt texnologiyalarının hüquq sisteminə inteqrasiyası nəticəsində formalaşan yeni bir hüquqi model olacaq və bu model operativ qərar qəbuletmə prosesləri, şəxsiyyətin rəqəmsal təminatı, dövlət orqanlarının fəaliyyətinin avtomatlaşdırılması, süni intellektin mürəkkəb hüquqi kazusların analitik həllində istifadə edilməsi kimi spesifik xüsusiyyətləri özündə ehtiva edəcəkdir. Şübhə yoxdur ki, “Ağıllı konstitusiya” vasitəsilə dövlət idarəetməsi daha effektiv həyata keçiriləcək, dövlət məmurlarının fəaliyyətində şəffaflıq artacaq, məhkəmə orqanlarında ədalət mühakiməsinin həyata keçirilməsində obyektivlik və ədalətlilik prinsiplərinə daha ciddi riayət olunacaq, qanunvericilik aktlarının təbiqində operativlik müşahidə olunacaq, kiber təhlükəsizliyə təminat veriləcək, son nəticədə isə insan hüquq və azadlıqları daha möhkəm qorunacaqdır.

Bunun üçün indidən yubanmadan müəyyən profilaktik işlər görməyin zəruriliyini anlayan dünya dövlətlərindən bəziləri rəqəmsallaşma dövrünün tələblərini nəzərə alaraq “Süni intellektə dair Milli Strategiyaları”nı artıq müəyyən müddət olar ki, qəbul ediblər. Məsələn, 2019-cu ildə Rusiya Prezidenti öz qərarı ilə “2030-cu ilə qədər olan dövr üçün Süni intellektin inkişafına dair Milli Strategiya”nı təsdiq edib. Türkiyədə də dövlət başçısının Rəqəmsal Transformasiya İdarəsi və Sənaye və Texnologiyalar Nazirliyi ilə birgə və bütün aidiyyəti tərəflərin fəal iştirakı ilə hazırlanmış “2021-2025-ci illər üçün Milli Süni intellekt Strategiyası” Prezidentin sərəncamı ilə təsdiq edilərək qüvvəyə minib. Ölkəmizə gəlincə, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilib.

Rəqəmsallaşma prosesinin yüksək sürətlə inkişaf etdiyi bir dövrdə təhsil müəssisələrinin üzərinə də xeyli işlərin görülməsi düşür. Qeyd edək ki, son illərdə bu sahədə müəyyən müsbət addımlar atılır. Buna nümunə kimi Azərbaycan Texniki Universitetinin Elmi şurasının 3 fevral 2021-ci il tarixli qərarı ilə “Kibertəhlükəsizlik və Süni İntellekt İnstitutu”nu yaradılmasını, 2024-cü ildə Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyası ilə birgə “Süni intellekt etikası kafedrası” yaradılması təşəbbüsünü, süni intellektlə bağlı müəyyən təlimlərin gerçəkləşməsini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Rusiyanın “Cənub” Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində süni intellektlə bağlı iki gün davam edən beynəlxalq elmi konfransın keçirilməsini nümunə göstərmək olar.

Düşünürük ki, ölkəmizdəki xüsusilə hüquqşünaslıq ixtisaslarını tədris edən universitetlərimizdə “süni intellekt hüququ”, “internet hüququ” adlı hüquq sahələri tədris olunmalıdır. Bu, zərurətdən qaynaqlanır. Xarici ölkələrin universitetlərində bu fənlər artıq neçə illərdir ki, tədris edilir. Hətta bəzi ölkələrin (məsələn, Türkiyənin) universitetlərində süni intellekt hüququna dair praktiki məşğələlərin keçirildiyi “süni intellekt hüququ laboratoriyaları” fəaliyyət göstərir.

Ümumiyyətlə, hüquq texnologiyaları laboratoriyaları (“Legal Tech Labs”) hüququn rəqəmsal transformasiyasını dəstəkləmək üçün innovativ araşdırmalar və praktiki layihələr üzərində işləyən tədqiqat mərkəzləri hesab edilirlər. Bu laboratoriyalar, həm hüquqşunaslıq ixtisasının tələbələri və müəllimləri, həm hüquq mütəxəssisləri, həm də texnoloji sahədə çalışanlarla əməkdaşlıq edərək hüquq sahəsində yenilikçi modern texnologiyaların inkişafını sürətləndirməyə çalışır.

Sonda qeyd edək ki, rəqəmsal yenilikləri zəruri edən konstitusion islahatların həyata keçirilməsi ölkəmizin hüquqi sisteminin modern dövrün tələblərinə uyğunlaşdırılması üçün çox zəruridir.

Yunis XƏLİLOV,
Naxçıvan Dövlət Universitetinin ümumi hüquq kafedrasının müəllimi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see223

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see217

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see202

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see189

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see187

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see169

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see150

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see146

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see140

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see139

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see139

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see137

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see136

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see136

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see135

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see135

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see134

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see130

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see129

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri