Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır” Kamaləddin Qafarov

“Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır” Kamaləddin Qafarov

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti təkcə təbii resursları və ya iqtisadi potensialı ilə deyil, rəqəmsal transformasiyanı nə dərəcədə uğurla həyata keçirməsi ilə də müəyyən olunur.”

Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata verdiyi açıqlamasında deyib.

O, bildirib ki, son illərdə Azərbaycanda bu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar göstərir ki, ölkə artıq rəqəmsallaşmanı ayrıca bir sahə kimi deyil, ümumi inkişaf strategiyasının əsas sütunlarından biri kimi qəbul edir. “Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan dövlət siyasəti bu sahədə uzunmüddətli hədəfləri müəyyənləşdirməklə yanaşı, onların icrasını təmin edən institusional mexanizmləri də formalaşdırır. Cari ilin fevral ayında dövlət başçısının sədrliyi ilə keçirilmiş müşavirədə qəbul edilən qərarlar Azərbaycanın rəqəmsal inkişaf mərhələsində yeni səhifə açdı. Ardınca təsdiq edilən 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik istiqamətlərində qarşıdakı dövrün əsas prioritetlərini müəyyən etdi. Bu sənədin mühüm xüsusiyyətlərindən biri onun ayrı-ayrı layihələrin məcmusu deyil, vahid strateji inkişaf konsepsiyasının tərkib hissəsi kimi hazırlanmasıdır.”

Millət vəkili deyib ki, dövlət idarəçiliyinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı bu yanaşmanın əsas məqsədləridir: “Əlbəttə ki, bu prosesdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması xüsusi əhəmiyyət daşıyır. Şuranın bu il iyunun 29-da keçirilən ilk iclasında çıxış edən Birinci vitse-prezident Mehriban Əliyeva vurğuladı ki, əsas məqsəd müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, vahid yanaşmanın formalaşdırılması və qəbul olunan qərarların vaxtında, səmərəli icrasının təmin edilməsidir. Bu yanaşma rəqəmsallaşmanı yalnız texnoloji yenilənmə kimi deyil, idarəetmə mədəniyyətinin müasirləşdirilməsi prosesi kimi təqdim edir. Çıxışda diqqət mərkəzinə çəkilən digər mühüm məqam rəqəmsal transformasiyanın iqtisadi inkişafla birbaşa bağlı olmasıdır. Qeyd olunduğu kimi, yeni texnologiyaların tətbiqi ölkə iqtisadiyyatına əlavə impuls verməli, müasir innovasiya ekosistemi formalaşdırmalı, investisiyaların cəlbini sürətləndirməli və dövlət idarəçiliyinin səmərəliliyini artırmalıdır. Bu baxış rəqəmsal inkişafın yalnız texniki yeniliklərlə məhdudlaşmadığını, onun iqtisadi və institusional modernləşmənin əsas alətlərindən birinə çevrildiyini göstərir. Təsadüfi deyil ki, Fəaliyyət Planı ölkədə qəbul olunmuş digər strateji sənədlərlə tam uzlaşdırılıb. Rəqəmsal inkişaf, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və süni intellekt üzrə müəyyən edilmiş prioritetlərin vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilməsi dövlət siyasətinin ardıcıllığını və sistemliliyini təmin edir. Dövlət qurumlarında rəqəmsallaşma təşəbbüslərinə rəhbər müavini səviyyəsində məsul şəxslərin müəyyənləşdirilməsi isə qəbul olunan qərarların operativ və məsuliyyətli icrasına xidmət edən mühüm institusional addımdır. Bütün bunlar göstərir ki, Azərbaycanda rəqəmsal transformasiya artıq ayrıca layihələr toplusu deyil, dövlət idarəçiliyinin yeni inkişaf fəlsəfəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən koordinasiya mexanizmləri bu sahədə institusional dayanıqlığı gücləndirir. Nəticə etibarilə, ölkənin rəqəmsal gələcəyini təmin edəcək müasir idarəetmə modeli formalaşır və bu model Azərbaycanın innovativ inkişaf yolunda mövqeyini daha da möhkəmləndirir”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 İyul 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see632

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see345

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see326

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see249

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see241

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see239

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see223

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see220

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see216

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see207

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see198

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see195

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see193

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see191

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see189

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see186

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see179

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see177

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see166

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri