Icma.az
close
up
RU
“Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” beynəlxalq elmi konfrans

“Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” beynəlxalq elmi konfrans

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 12-də Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Konstitusiya və Suverenlik İli”nə və Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunan “Rəqəmsal və GWAS əsaslı texnologiyaların tətbiqi ilə buğdanın yaxşılaşdırılması” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (ICARDA), Almaniya Federativ Respublikası Osnabrük Tətbiqi Elmlər Universitetinin Bitkilərin seleksiyasi departamenti və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilir.

Hibrid formatda təşkil edilən konfransa bir çox xarici iştirakçılar “Zoom” platforması üzərindən qoşulublar.

Konfransı açan AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova bildirib ki, bu tədbir qlobal miqyasda böyük əhəmiyyət kəsb edən dayanıqlı ərzaq təminatı məsələlərinin müzakirəsi, eləcə də çağdaş texnologiyaların kənd təsərrüfatında tətbiqinin genişləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. O, beynəlxalq konfransın “Konstitusiya və Suverenlik İli”nə həsr edilməsinin xüsusi önəm daşıdığını söyləyərək qeyd edib ki, kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinə nail olunması suverenliyin əsas atributlarındandır.

Alim, həmçinin Prezident İlham Əliyevin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın əhəmiyyətini önə çəkərək, bu sənədin ölkəmizdə rəqəmsallaşmanın sistemli şəkildə həyata keçirilməsini, yüksək texnologiyaların tətbiqinin genişləndirilməsini və bu sahədə kompleks islahatların dərinləşdirilməsini nəzərdə tutduğunu diqqətə çatdırıb.

Dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamını xatırladan akademik İradə Hüseynova sənədə əsasən, AMEA-nın 80 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanması və icrasının bu elm ocağına və Elm və Təhsil Nazirliyinə həvalə olunduğunu bildirib. O, bugünkü konfransın AMEA-nın 80 illik yubileyi çərçivəsində təşkil edilən tədbirlər sırasından olduğunu söyləyib.

Akademik İradə Hüseynova çıxışı zamanı “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın əhəmiyyətinə də toxunub. Qeyd edib ki, bu sənəd ölkəmizdə süni intellekt texnologiyalarının inkişafı, eləcə də onun kənd təsərrüfatında tətbiqi sahəsində strateji baxışları və prioritetləri müəyyən edir.

O, həmçinin ötən il Azərbaycanın uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-dan da söz açaraq, bu qlobal əhəmiyyətli konfrans çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupu (CGIAR) və digər beynəlxalq qurumların birgə təşkilatçılığı ilə “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” mövzusunda tədbirin keçirildiyini xatırladıb.

Akademik İradə Hüseynova çıxışının sonunda bugünkü konfransın ölkədə dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunmasında müasir yanaşmaların, o cümlədən rəqəmsal texnologiyaların və GWAS (Genome-Wide Association Studies) əsaslı texnologiyaların tətbiqinə həsr olunduğunu söyləyib.

Sonra Əkinçilik Elmi-Tədqiat İnstitutunun direktoru dosent Faiq Xudayev çıxış edərək ərzaq təhlükəsizliyinin təmin edilməsində elmin, yüksək texnologiyaların, beynəlxalq əməkdaşlığın mühüm roluna diqqət çəkib. O, qlobal iqlim dəyişikliklərinin intensivləşdiyi hazırkı dövrdə ərzaq təhlikəsizliyi probleminin xüsusi aktuallıq kəsb etdiyini bildirib, müasir zamanın tələblərinə cavab verən yeni metodlarla bitki tədqiqatlarının və elmi seleksiya işlərinin aparılmasının, daha məhsuldar buğda sortlarının yaradılmasının zəruriliyini vurğulayıb.

Faiq Xudayev iqlim dəyişiklikləri şəraitində ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş innovativ yanaşmalar, rəqəmsal fenotipləmə və GWAS əsaslı texnologiyaların tətbiqinə həsr olunan konfransın elmi əhəmiyyətini qeyd edib, tədbirin genom texnologiyalarının seleksiya proqramlarında tətbiqi məsələlərinin müzakirəsi və beynəlxalq əməkdaşlıq çərçivəsində praktiki nəticələrin paylaşılması baxımından böyük önəm daşıdığını bildirib.

Konfransda, həmçinin Aqrar İnnovasiya Mərkəzinin Elmi innovasiyaların tədqiqi şöbəsinin müdiri dosent Cavanşir Təlai, ICARDA-nın Genetik ehtiyatların mühafizəsi, xarakteristikası və istifadəsi üzrə tədqiqat qrupunun rəhbəri Zakaria Kehel, Pakistanın Osnabrük Tətbiqi Elmlər Universitetinin professoru Ali Naz və “Bayramlı Group” MMC-nin direktoru Cavid Bayramlı çıxış edərək beynəlxalq tədbirin istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra tədbir plenar iclaslarla davam etdirilib. İclaslarda “Rəqəmsal alətlər və genomika seleksiya proqramlarında səmərəliliyi necə artıra bilər?”, “Genişmiqyaslı assosiasiya tədqiqatları: kənd təsərrüfatı bitkilərinin yaxşılaşdırılmasında təkamül yönümlü yanaşmalar” və digər mövzularda məruzələr dinlənilib.

Konfrans işini bölmə iclasları və tədqiqat sahələrinin əyani nümayişi ilə davam etdirəcək.

İyunun 13-də Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında Tarla seminarı keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri